I qrup. Təəccüb
II qrup. Qəmli
III qrup. Acıqlı
IV qrup. Gülərüz
Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərsliyin 70-ci səhifəsindəki 1-2-ci tapşırıqlar yerinə yetirilir.
Rollu oyun. Sinifdə “ailə” oyunu oynanılır. Uşaqlar öz təxəyyüllərinə görə ailədə baş
vermiş bir hadisəni səhnələşdirir və hərə ailə üzvlərindən birinin (ata, ana, nənə, baba və b.)
rolunu oynayır.
– Əhvalının pisliyi ətrafdakılara təsir edirmi? Dərslikdən II hissə oxunur və təhlil olunur.
Məlumat mübadiləsi və müzakirənin təşkili. Dərsliklə iş. Dərsliyin 71-ci səhifəsindəki
3-4-cü tapşırıqlar yerinə yetirilir.
Nəticə: İnsanın ətrafdadakılara münasibəti çox zaman onun əhvalından asılı olur. Onun
ovqatı isə ətrafdakıların ona münasibətinə təsir edir. Xoş əhval, xoş münasibət, təbəssüm in-
sanlara xoş təsir bağışlayır. Çalışmaq lazımdır ki, pis ovqatını ətrafdakılara hiss etdirməyəsən.