Köməkçi suallar: – Oyunun şərtlərinə hamı əməl edirmi? – Oyunun şərtlərinə əməl etməyən oyunçu necə adlanır? Fərziyyələr içərisində “cığal” sözü işlədilir.
Tədqiqat sualı: – Həyatda cığallıq edənlərə münasibət necə olur? Tədqiqatın aparılması. Dərsliklə iş. Mətn (dərslik, səh. 188-189) qruplar arasında 4
hissəyə bölünür. Hər qrup oxuduğu hissəyə münasibətini bildirir.
Mətnlə bağlı suallar verilir:
– Cığal sərçənin sazı alanadək cığallıq etdiyi mərhələləri deyin. (tikan – çörək – qoyun – gəlin) – Təsəvvür edin ki, qarı nənə sərçənin tikanı əvəzinə yerdən başqa bir tikan tapır və sərçəyə verir. Sizcə, bu halda nağıl necə davam edərdi? Şagirdlər öz versiyalarını irəli sürürlər.