Tədqiqatın aparılması. Mətn hissə-hissə oxunur, təhlil olunur. Rollu oyun tətbiq edilə
bilər. Bu zaman yaxşı olar ki, bir kətəni iki nəfər arasında bölmək təklif olunsun.
Suallar: – Bu nağılda tülkünün hansı xüsusiyyəti ilə tanış oldunuz? – Tülkü, həqiqətən də, ayı balalarına kömək etmək istəyirdi? – Onun məqsədi nə idi? – Nağılın ideyasını necə ifadə edə bilərsiniz? (Çox istəyən azdan da olar.)
Məlumat mübadiləsi və müzakirənin təşkili. Dərsliyin 187-ci səhifəsindəki tapşırıqlar
yerinə yetirilir.
1-ci tapşırıq:
1. ..., çünki qorxurdular ki, birinə az, o birinə çox düşər.
2. ..., çünki başa düşdü ki, ayı balaları axmaqdır.
3. ..., çünki tikələrin bərabər olmasını istəyirdilər.
4-cü tapşırıq. Şagirdlər “Qoğal” nağılını, A.Səhhətin “Ayı və şir” təmsilini misal göstərə
bilərlər.
“Nağılı dəyiş” üsulu tətbiq edilir. Müəllim uşaqlara müraciət edir:
– Nağılı elə dəyişin ki, ayı balaları 1-ci bölgüdən sonra tülkünün hiyləsini başa düşsünlər. Şagirdlər öz versiyalarını söyləyirlər. Ən yaxşı, maraqlı versiya söyləyən şagird “Mahir
nağılbaz” nominasiyasının qalibi seçilir.