Sual: – Sizcə, niyə Rövşəndən incimişdilər? Dərsliklə iş. Dərslikdən “Az danış, çox iş gör” mətni oxunur. Mətndəki əsas fikir atalar
sözü ilə ifadə olunur (3-cü tapşırıq: ”Əməlsiz sözdə təsir olmaz”). Bu mətnlə dərsin əvvəlində
dinlənilmiş mətn arasındakı ideya-məzmun əlaqəsi, baş qəhrəmanlar arasındakı oxşarlıq
araşdırılır.
Suallar: – Yolla gedən yolçunun səhvi nədə oldu? – Atlının yolçuya dediklərini izah edin. – Siz yolçunun yerində olsaydınız, necə hərəkət edərdiniz? – Atın üstündə gedən adama atlı deyirlər, bəs öz ayağı ilə gedən adamı necə adlandırırlar? – Daha hansı minik növlərini tanıyırsınız? – “Dağdan ağır sözlər” ifadəsini necə başa düşürsünüz? Şagirdlərin cavablarından sonra bu ifadənin işləndiyi cümlələr deyilir.