Dil qaydaları 4-cü tapşırıq, eləcə də
iş dəftərinin 138-ci səhifəsindəki dil qaydalarına aid tapşırıqlar
yerinə yetirilir.
“Kim daha tez” oyunu Nə? sualına cavab olan sözlərə şəkilçi artırmaqla kim? sualına cavab verən sözlər yarat-
maq olar. Mətndə yol – yolçu, at – atlı kimi sözlər bu cür verilib. Şagirdlər belə sözlər fikirləşib
söyləyirlər (dəniz – dənizçi, qoruq – qoruqçu, çay – çayçı, kənd – kəndli və s.) və cümlədə
işlədirlər.
Yazı. Mətndən atlının atdan düşdükdən sonra etdikləri dəftərə köçürülür.
Ev tapşırığı: – Dərsliyin 191-ci səhifəsindəki 5-ci tapşırığı yerinə yetirin.
Qiymətləndirmə. Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 109. ƏKİNÇİ VƏ CANAVAR (4 saat)