Qrup: 2560a fənn: Mülki müdafiə Mövzu



Yüklə 176,49 Kb.
səhifə1/6
tarix20.12.2022
ölçüsü176,49 Kb.
#76732
  1   2   3   4   5   6
A.Kazım





Fakültə: Fizika-texnologiya fakültəsi
İxtisas: Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi
Qrup: 2560A
Fənn: Mülki müdafiə
Mövzu:Respublikamizda sülh mənşəli fövqəladə hallarda fəaliyyət göstərə dövlət sistemi
Müəllim: Qarayev Eldar
Tələbə: Abbasəliyev Kazım

BAKI-2022


MÜNDƏRİCAT


Giriş hissə 3


Əsas hissə 4
Sistemin gündəlik idarəetmə orqanları 4
Obyektlərdə mülki müdafiə 7
Mülki Müdafiə xidmətləri,qüvvələri,onların təyinatı və yaradılması 8
Rayonun MM qərargahı 8
Nəticə…………………………………………………………………………………………… 9
Ədəbiyyat………………………………………………………………………………………… 10


Giriş

Azərbaycan Respublikasının Mülki müdafiəsi – sülh və müharibə dövrlərində respublikanın ərazisində əhali və təsərrüfat obyektlərini təbii fəlakətlərin, həmçinin güclü qəzaların nəticələrindən, habelə müasir qırğın vasitələrinin təsirindən mühafizə məqsədilə dövlət, təsərrüfat, hərbi idarəetmə orqanları tərəfindən bütün vətəndaşların iştirakı ilə həyata keçirilən sosial və müdafiə tədbirləri sistemidir.


Fövqəladə hallarda əhalinin təhlükəsizliyini təmin etmək, maddi zərəri azaltmaq və belə halların nəticələrinin aradan qaldırılması işlərinin təşkili məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992- ci il 30 aprel tarixli 239 nömrəli qərarı ilə “ Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi” yaradılmış, onun tərkibini, vəzifələrini, fəaliyyət qaydalarını müəyyən edən Əsasnamə və digər normativ sənədlər təsdiq edilmişdir.
Sistemin hər bir vəsiləsi üçün rəhbər orqanlar; gündəlik idarəetmə orqanları; ətraf mühitə, təhlükə potensiallı obyektlərə nəzarət və müşahidə edən qüvvə və vasitələr; fövqəladə halların nəticələrini aradan qaldıran qüvvələr; rabitə və xəbərdarlıq sistemi müəyyən edilmiş, lazımi maddi- texniki vəsait ehtiyatları yaradılmişdır.
Sistemin rəhbər orqanları bunlardır:
-bütün respublika üzrrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi(FHN)- rəhbəri FHN-nin naziri;
-muxtar respublika üzrə: Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar Komissiyası rəhbəri Naxçıvan MR baş Nazirinin müavini olmaqla;
-şəhər və rayonlar üzrə: rayon (şəhər) icra hakimiyyəti orqanlarının fövqəladə hallar komissiyası (RFHK)- rəhbəri icra hakimiyyəti başçısının birinci müavini olmaqla;
-təsərrüfat obyektlərində: obyekt fövqəladə hallar komissiyası (OFHK)- rəhbəri obyektin baş mühəndisi olmaqla (bu komissiyalar onlara ehtiyac və maddi- texniki baza olduqda yaradılır);
-Nazirliklərdə (dövlət komitələrində, baş idarələrdə): sahə fövqəladə hallar komissiyası (SFHK)- rəhbəri nazirin (komitə sədrinin) müavini olmaqla.
Mülki müdafiə qüvvələri FH-in nəticələrini aradan qaldırarkən QX və DTİ yerinə yetirmək, bu işləri təmin etmək, eləcə də mülki müdafiə üzrə başqa vəzifələri icra etmək üçündür. Mülki müdafiə qüvvələrinin əsasını hərbiləşməmiş dəstələr təşkil edir. Bunlar sülh və müharibə vaxtı yerinə yetiriləsi tədbirlərdə iştirak edən mülki müdafiə qüvvələrinin sayca ən böyük hissələridir.

Əsas hissə




Yüklə 176,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin