Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti



Yüklə 38,24 Kb.
səhifə1/2
tarix09.05.2023
ölçüsü38,24 Kb.
#110322
  1   2
sb 2 mülki müdafiə Rəvan

Azərbaycan Hava Yolları


Qapalı Səhmdar Cəmiyyəti
Milli Aviasiya Akademiyasi

Sərbəst iş 2



Fakültə:Fizika-texnologiya


Ixtisas:Radiotexnika ve Telekommunikasiya mühəndisliyi
Fənn:Mülki müdafiə
Mövzu: Ümumqoşun mühafizə komplekti
Qrup:2541A
Tələbə: Nuriyev Rəvan
Müəllim:Qarayev Eldar
Bakı 2023
Giriş
FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİNDƏN İSTİFADƏ EDİLMƏSİ
Müasir qırğın silahlarından mühafızə məqsədilə əhalinin mühafizə qurğularında daldalandırılması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, fərdi mühafızə və tibbi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir.
Fərdi mühafizə vasitələri bunlardan ibarətdir:
a) Tənəffüs orqanlarının mühafızə vasitələri;
b) dəri səthinin mühafizə vasitələri;
v) tibbi mühafızə vasitələri,
Tənəffüs orqanlarının mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar və əhalinin özü tərəfındən hazırlanan ən sadə vasitələrdir.
Tənəffüz orqanlarının və dərini mühafizə edən fərdi mühafizə vasitələri
Əleyhqazlar. Müasir əleyhqazlar adamın tənəffüs orqanlarını və gözlərini havadakı zəhərləyici maddələrin (buxar, duman, qaz, tüstü, ZM damcıları) radioaktiv maddələrin tə'sirindən, həmçinin aerozol halındakı yoluxdurucu mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu xassələrə malikdir. Əleyhqazların təcridedici və süzücü növləri vardır. Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaq eleyhqazları) daha geniş yayılmışdır. Onların quruluşu - içərisində fəallaşdırılmış kömür və tüstü əleyhinə süzgəclər olan süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır. Süzücü-uducu qutunun mühafizəedici qatları karbon 2-oksidi (dəm qazını udub saxlaya bilmir, buna görə də, tənəffus orqanlarının karbon 2-oksiddən mühafızəsinin tə'min edilməsi üçün xüsusi (hopkalit) patrondan istifadə olunur ki, bu patron əleyhqazın birləşdirici borusu (üzlük hissəsi) ilə süzücü-uducu qutusu arasında yerləşdirilir (qutuya burulub birləşdirilir).
Hazırda ölkəmizin MM sistemində yaşlı əhalinin mühafızəsı üçün QP-5. QP-5M, QP-7 (QP-mülki əleyhqaz) əleyhqazlarından; uşaqların mühafızəsi üçün DP-6M (uşaq əleyhqazı, 6-cı tipi, kiçik ölçülü), DP-6, PDF-7 (süzücü uşaq əleyhqazı, 7-ci tipi), PDF-D (süzücü uşaq əleyhqazi, məktəbəqədər yaşlılar üçün) və PDF-Ş (süzücü uşaq əleyhqazı, məktəblilər üçün) süzücü əleyhqazlardan istifadə oluna bilər.
Bunlardan əlavə, 1.5 yaşadək olan körpələrin mühafızəsi üçün KZD-6 (uşaq mühafizə kamerası, 6-cı tipi) uşağı mühafizə cihazı vardır.
QP-5 və QP-5M əleyhqazları kiçik ölçülü (QP-5 tipli) süzücü-uducu qutu və şlem-maska tipli üzlük hissə ilə komplektləşdirilir. QP-5M əleyhqazının şlem-maskasında membranlı qutu var (qutuda danışıq tərtibatı yerləşdirilmişdir). QP-5 və QP-5M əleyhqazlarının üzlük hissələrində birləşdirici boru olmur, onlar bilavasitə süzücü-uducıı qutuya birləşdirilir. Şlem-maskalar beş ölçüdə (membranlı şlem-maskalar 4 ölçüdə) buraxılır. Şlem-maskanın ölçüləri onun çənəaltı hissəsində rəqəmlərlə göstərilir. QP-5 tipli əleyhqazların üzlük hissəsini seçərkən başı: kəllə, yanaqlar, çənəaltı hissədən keçən dairəvi xətt üzrə ölçürlər. Alınan nəticəni 0.5 sm-ə qədər yuvarlaqlayırlar.
Alınan kəmiyyət 63 sm-ə (membranlı şlem-maska üçün 61 sm-ə) qədər olarsa - "0 ölçülü; 63.5-dən 65 sm-ə (61.5-dən 64 sm-ə) qədər olarsa - 1-ci; 65.5-dən 68 sm-ə (64.5-dən 67 sm-ə) qədər olarsa - 2-ci; 68.5-dən 70.5 sm-ə (67.5-dən artıq) olarsa - 3-cü; 71 sm –dən artıq olarsa - 4-cü ölçülü şlem-maska lazımdır.
QP-7 tipli əleyhqazlar iki növdə buraxılır: QP-7 və QP-7V, bunlar bir-birindən üzlük hissələri ilə fərqlənir. QP-7 əleyhqazı danışıq tərtibatlı və suiçmə tərtibatı olmayan MQP tipli üzlük hissə ilə komplektləşdirilir. QP-7V əleyhqazı isə danışıq tərtibatı və ordu su qabından (flyaqa) içmək üçün suiçmə tərtibatı olan MQP tipli üzlük hissə ilə komplektləşdirilmişdir ki, bu da zəhərli atmosferdə işləyərkən adamın su içə bilməsinə imkan yaradır.
Uşaq əleyhqazları quruluşca müxtəlifdir: DP-6 uşaq əleyhqazları 1.5 yaşdan yuxarı kiçikyaşlı uşaqlar üçündür.
PDF-7 əlehqazları kiçik və böyük yaşlı uşaqlar üçündür; QP-5 tipli süzücü-uducu qutudar və üzlük hissə olaraq dörd (1.2.3.4) ölçülü MD-3 maskalarından ibarətdir.
PDF-Ş əleyhqazı 7 yaşdan 17 yaşa qədər olan uşaqlar üçündür; QP-5 tipli süzücü-uducu qutudan və üzlük hissə olaraq iki ölçülü (3.4) MD-3 maskaları və ya dörd (0.1.2.3) ölçülü şlem-maskalardan ibarətdir.
Təcridedici əleyhqazlar (İP-4, İP-46). Təcridedici əleyhqazlar İP-4, İP-5 və ya təcridedici oksigen cihazları (KİP-5, 1CİP-7, KİP-8) adamın tənəffüs orqanlarını ətrafdakı havadan tamamilə təcrid edir; nəfəs almaq üçün oksigen balondan verilən oksigendən istifadə olunur. Belə əleyhqaz və cihazlar: havada ZM-in konsentrasiyası çox yüksək olduğu üçün ZM süzücü qutudan keçmək qorxusu yaradan və süzücü əleyhqaz e'tibarlı surətdə mühafizəni tə'min etməyən hallarda; hava¬da karbon 2-oksidin konsentrasiyası yüksək olduqda işlədilir.
Oksigenlə təchizetmə prinsipinə görə təcridedici əlehqaz və cihazlar iki qrupa ayrılır: kimyəvi əlaqəli oksigenlə və sıxılmış oksigenlə təchiz edən cihazlar. Birinci qrupa İP-4, İP-46 M əleyhqazları, ikinci qrupa İP-5, KİP-7, KİP-8 cihazları aiddir.
Respiratorlar. Tənəffüs orqanlarını radioaktiv maddə və bakterial vasitə aerozollarından (tozlarından), habelə zəhərli tüstülərdən mühafızə üçün respiratorlardan istifadə olunur. Yaşlı əhali üçün R-2, uşaqlar üçün R-2D növlü respiratorlar mövcuddur. R-2 respiratoru süzücü yarımmaskadan ibarətdir ki, ondan dəfələrlə istifadə etmək və 12 saatadək mühafızə olunmaq mümkündür.
R-2D respiratoru uşaqlar üçün nəzər də tutulan respirator növüdür, kiçik ölçülərə malikdir, fasiləsiz olaraq 4 saat ərzində mühafızəni tə'min edir.
Tənəffüs orqanlarını mühafizə edən ən sadə vasitələr. Belə vasitələrdən əhali respirator kimi istifadə edə bilər. Bunlar quruluşca çox sadədir, ona görə də əhalinin özü tərəfindən hazırlanan kütləvi vasitə olaraq işlədilməsi tövsiyə edilir. Tənəffus orqanlarının ən sadə mühafizə vasitələrinə tozdan qoruyan parça maska PTM-1 və pambıqlı tənzif sarğı aiddir.
Tozdan qoruyan PTM-1 parça maskası iki əsas hissədən: maskanın gövdəsindən və bərkidici hissədən ibarətdir. Maskanın gövdəsi 2-4 qat parçadan hazırlanır, onun göz yerləri olur ki, buraya şüşə lövhəcikləri (və ya hər hansı şəffaf material, plyonka) salınır. Maska başa onun yan kənarları boyu tikilmiş parça zolaq (bərkidici hissə) vasitəsilə geyilir. Bərkidici bağlar vasitəsilə, maskanın üzə kip yatması tə'min edir ki, bu da maskanın altına zəhərli hava keçməsinin qarşısını alır. Nəfəsalma zamanı parçanın bütün qatlarından keçən hava maskanın bütün səthində süzülüb təmizlənir.
Pambıqlı tənzif sarğı ölçüləri 100x50 sm olan tənzif parçasından hazırlanır. Onun orta hissəsinin üzərinə 30x20 sm sahədə qalınlığı 2 sm olan pambıq qatı döşəyir, Pambıqlı tənzif ağızı və burunu əhatə edib örtməlidir. Belə sarğılar ancaq 1 dəfə istifadə üçün yararlıdır. Parça maska və ya sarğı olmadıqda dəsmaldan, şərfdən, yaylıqdan və s. istifadə etmək lazımdır. Gözləri radioaktiv tozdan qorumaq üçün tozdan qoruyan eynək taxmaq olar.
Dəri səthini mühafizə vasitələri - bədənin açıq sahələrini, paltarları, sursatı və ayaqqabıları onların səthinə ZM damcıları, yoluxucu xəstəliktörədiciləri, radioaktiv toz düşməsindən, həmçinin qismən də işıq şüalanmasının tə'sirindən mühafizə etmək üçün nəzərdə tııtıılmuşdur. Bunlar tabel vasitələrinə (ümumqoşun mühafızə komplekti - OZK, yüngül mühafızə kostyumu L-10 və əlaltı vasitələr (məişət paltarlarının ünsürləri) növlərinə ayrılır. Mühafızə prinsipinə görə tabel vasitələrinin süzücü (havakeçirən) və təcridedici (havakeçirməyən) növləri olur.
Dərini mühafizə edən süzücü vasitələrə ZFO-58 markalı süzücü mühafızə paltarı komplekti (dəsti) aiddir: Bu paltar dəsti: xüsusi biçimli və xüsusi kimyəvi maddə - pasta məhlulu hopdurulmuş parça kombinezondan, habelə kişi alt paltarından (tuman və köynək), parça şlemaltlıqdarı, iki cüt portyankadan (ayağa sarınan parça zolaqları) ibarətdir ki, bunların bir cütünə də kombinezona hopdurulmuş pasta hopdurulur. Hopdurucu pasta məhlulu ya zəhərləyici maddə buxarlarını tutub saxlayan (adsorbsiya tipli), ya da bu buxarları neytrallaşdıran (xemosorbsiya tipli) kimyəvi maddələrdən ibarətdir.
Süzücü mühafızə paltarı komplektindəki kombinezonların ölçüləri: birinci ölçü - boyu 160 sm-ə qədər, ikinci ölçü - boyu 160 sm-dən 170 sm-ə qədər və üçüncü ölçü - boyu 170 sm-dən artıq olan üçündür.
Dərini təcridedici mühafızə vasitələri - havakeçirməyən mate¬rialdan hazırlanır, həm tam hermetik (adamın bütün bədənini örtüb ZM damcıları və buxarlarından qoruyan kostyum və kombinezonlar), həm də qismən, yaxud tamamilə qeyri-hermetik (plaşlar, bürünclər, örlüklər və s.) ola bilər. Qismən qeyri-hermetik vasitələr (ümumqoşun mühafizə komplekti L-1, mühafizə kombinezonu və ya kostyumu), əsasən maye damcıları halındakı ZM-dən mühafizə edir. Ümumqoşun mühafızə komplekti OZK, yüngül mühafızə komplckti mühafızə kombinezonu və ya kostyumu), əsasən maye damcı halındakı ZM-dən mühafızə edir.

Yüklə 38,24 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin