Qrup: 2560a fənn: Mülki müdafiə Mövzu



Yüklə 176,49 Kb.
səhifə4/6
tarix20.12.2022
ölçüsü176,49 Kb.
#76732
1   2   3   4   5   6
A.Kazım

Tabeliyinə görə - ərazi dəstələri və obyekt mülki müdafiə dəstələri.
Yerinə yetirdikləri vəzifələrə görə - obyektlərdə ümumi məqsədli mülki müdafiə dəstələri, xidmət dəstələri(xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.
Ümumi məqsədli dəstələr zədələnmə ocağında xilasetmə işləri aparmaq təbii fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur.
Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığma mexanizasiya dəstələri (komandaları) – ümumi məqsədli dəstələr sayılır.
Mülki müdafiə xidmət dəstələri – xüsusi təyinatlı dəstələr kəşfiyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s.xidmət dəstələri sayılır.
Rayonun MM qərargahı. Rayonun icra başçısı MM dəstələrinin işinə qərargah və xidmət rəisləri vasitəsilə gündəlik rəhbərlik edir. Qərargah rayonun icra başçısı və onun şöbələrinin idarələrinin və digər təşkilatların işçilərindən təşkil olunur.
Rayon qərargahının əsas vəzifələri: rayonun mülki müdafiə planını işləyib hazırlamaq və onun yerinə yetirilməsini təşkil etmək; əhalini, xalq təsərrüfatı istehsalını qorumaq və zərər çəkmiş şəhərlərə yardım göstərmək üçün mülki müdafiənin döyüş hazırlığını daim təmin etmək; əhaliyə mülki müdafiə siqnalları vasitəsilə xəbər vermək və dəstələrin, xidmətlərin arasıkəsilmədən idarə olunmasını təmin etmək; kəşfiyyatı təşkil etmək və ona müntəzəm rəhbərlik göstərmək və s.
Rayonun (şəhərin) MM xidmətləri. MM tədbirlərini, dəstələrin hazırlığını və zədələnmiş (zəhərlənmiş) yerlərdə iş görərkən onların düzgün idarə olunmasını nəzərə alaraq, rayon (şəhər) icra Hakimiyyətinin qərarı ilə rayon xidmətləri yaradılır.
Rabitə xidməti. Rayon (şəhər) rabitə kntorunun bazası əsasında təşkil olunur.
Rabitə xidmətinin işçiləri: İcra Hakimiyyətinin nümayəndəsinə, idarələrin, müssisələrin vəzifəli şəxslərinə və rayonun bütün əhalisinə fövqəladə hadisələr təhlükəsi barədə vaxtında xəbər verir; MM siqnallarının verilməsini təşkil edir, rayonun bütün obyektləri ilə rabitə yaradır və daim fəaliyyətə hazır saxlayır; rayonun ərazisində fəaliyyət göstərən mülki müdafiə qüvvə və vasitələrin idarə olunmasını təmin edirlər.
Tibb xidməti. Tibb müəssisələrinin bazası əsasında yaradılır (xidmət rəisi- rayonun baş həkimidir). Xidmət: müalicə- profilaktika, epidemiya əleyhinə və sanitariya – gigiyena tədbirlərini həyata keçirir; tibb dəstələrinin ixtisas hazırlığını təmin edir; zərər çəkmiş, zədələnmə ocağından çıxarılan adamların qəbul edilməsi, yerləşdirilməsi və müalicəsi üçün binaları hazırlayır.

Yüklə 176,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin