Azərbaycanın ictimai – siyasi həyatı ( 1900 – 1914 illər ) Plan: Azərbaycan inzibati idarəçilikdə dəyişikliklər
Siyasi təşkilatlar və partiyaların yaranması
İctimai – siyasi vəziyyətin kəskinləşməsi, sosial və milli əsarətə qarşı mübarizə
Azərbaycan cəmiyyətində siyasi fəallığının artması
Azərbaycan nümayəndələri Rusiyanın dövlət dumalarında.
1.XX əsrin əvvəlləri inzibati-polis aparatının yenidən qurulması və onun nəzarət-cəzalandırma funksiyalarının genişləndirilmasi çarizmin ordu, jandarm, polis, məhkəmə va ümumiyyətlə, bütün dövlət aparatımı Rusiyada, o cümlədən də Azərbaycanda gündən-günə artan azadlıq harəkatını boğmağa yönəltməsi ilə səciyyələnirdi. Hələ 1881-ci ildə qəbul olunmuş və “müvəqqəti əsasnamə” adlanan, əslində isə “Rusiya imperiyasının ən sabit, əsas qanunlarından biri” sayılan gücləndirilmiş mühafizə haqqında əsasnamə 1902-1903-cú illərdə Azərbaycanın bir çox şəhər və qəzalarına şamil edildi. 1905-ci ildə fevralın 26-da Qafqazda canişinlik bərpa olundu. Canişin təyin edilmiş qraf Vorontsov – Daşkovun adına verilmiş çar reskriptində qeyd olunduğu kimi, onun ən birinci vəzifəsi “ Qafqazda təxirə salınmadan dinclik yaratmaq” idi. Canişin bu məqsədi həyata keçirmək üçün həm repressiyalardan həm də müxtəlif qüvvələri zəiflədən və parçalayan manevrlərdən istifadə edirdi. Qeyd etmək yerinə düşər ki, Vorontsov – Daşkov geniş təbliğ edilən iki üzlü vədlər siyasəti yürüdürdü. Mütləqiyyət Rusiyadakı dekabr silahlı üsyanını yatırdıqdan sonra canişinliyin ləğvi məsələsi qaldırıldı. Lakin Nazirlər Şurası bu orqanı saxladı və göstərdi ki, onun fəaliyyəti ümumdövlət siyasəti ilə sıx surətdə bağlı olub Mərkəzi hakimiyyət tərəfindən istiqamətləndirilməlidir. Çar hökuməti inqilabi çıxaşlara və milli-azadlıq hərəkatına qarşı repressiyaları kifayət hesab etməyərək, fövqəladə səlahiyyət verilmiş müvəqqəti general-qubernatoru təsisatı yaratdı və bir çox qubemiyalarda harbi vəziyyət elan etməyə başladı. Qeyd etmək olar ki, bu dövrdə 1905_ci ilin fevralında Bakı quberniyasında, eləcə də 1905_ci ilin sentyabrında Yelizavetpol quberniyasında hərbi vəziyyət tətbiq edildi. Azərbaycanda, eləcə də Rusiyanın bir sıra digər rayonlarında hərbi vəziyyət elan edilməsi hatta çar qanunvericiliyinə belə zidd idi. Bu qanuna əsasən, ancaq müharibə dövründə,özü də ancaq hərbi əməliyyatlar gedən yerlərdə hərbi vəziyyət rejimi tətbiq etmək olardı. Hərbi vəziyyət mütləqiyyətə fövqəladə orqanlar yaratmaq, qol-budaqlı hərbi bürokratik va hərbi-mahkəmə orqanlarından inqilabi hadisələrin iştirakçılarına divan tutmaq üçün istifadə etmək imkanı verirdi. Hərbi vəziyyət rejimindan irəli gələn tədbirləri hayata keçirməli olan müvəqqəti general-qubernatorluq isə çox geniş səlahiyyətə malik idi O, yığıncaqları qadağan edə, sanaye va ticarət müəssisələrini bağlaya, “etibarsız” şəxsləri quberniya hüdudlarından kənara sürgün edə və ya onlar üzərində polis nəzarəti qoya, kütləvi axtarışlar keçirə bilərdi. Quberniyada yerləşən qoşunlara ümumi komandanlığı da hayata keçirən müvəqqəti general-qubernatorluq eyni zamanda cinayət işlərinin ümumi qanunlarla nəzərdə tutulmuş baxılma instansiyasını dəyişib, onları həbi məhkəmənin məhkəməsinə vermək, hərbi dövrün cəzalarını tətbiq etmək, onun fikrincə, “düşüncələrin qızışdırılmasına və asayişin pozulmasina” səbəb ola biləcək bütün işlərin bağlı qapı arxasında mühakimə olunmasını tələb etmək hüququna malik idi. Müvəqqəti general-qubernatorluq institutunun tətbiqi ilə yanaşı, quberator başda olmaqla, əvvəlki quberniya aparatı da fəaliyyət göstərirdi. O, qayda-qanun və dinclik yaratmaq” işində müvəqqəti general-qubernatorluğa tabe idi Qalan hər şeydə isə quberniya va qəza k ancaq qubernatora tabe idi. Müvəqqəti general-qubernatorluq yerli inzibati idarələrin vəzifəli şəxslərini nəinki işdən uzaqlaşdıra, hatta cəzalandıra da bilməzdi Quberator belə tədbirlərin görülməsi təklifləri ilə müvəqqəti general-qubernatorluğa müraciət etməli və aldığı cavabdan razı qalmasaydı, bu zaman canişinə təqdimat verməli idi Müvəqqəti general-qubematorluq və qubernator arasında bütün bu və ya digər ixtilaflanı canişin həll edirdi. 1905-ci il sentyabrın 22-da Peterburqda keçirilən müşavirədə Bakı qarnizonu və polisinin gücləndirilməsi məsələsini qaldıran neft sənaycçiləri qradonaçalnikliyin yaradılması tələbini irəli sürərək, onun saxlanması xərclərinin xeyli hissəsini öz üzərlərinə götürməyə hazır olduqlarını nümayiş etdirirdilər, Bakı şəhəri və qəzasında inqilabi hərakatla mübarizəni gücləndirmək üçün canişinin 1905-ci il 2 dekabr tarixli sərəncamı ila bu bölgələr “ ictimai asayiş və təhlükəsizliyin mühafizəsi” baxımından Bakı quberniya idarəsinin ixtiyarından alındı və müvəqqəti general-qubernatorluğun birbaşa idarəsinə verildi. Elǝ oradaca Vorontsov Daşkov tərəfindən təqdim edilmiş Bakı şəhəri və qəzasının idarəsi qaydalarında nəzərdə tutulurdu ki, Bakı şəhari qəzasına münasibətdə quberniya idarələrinim funksiyaları ancaq inzibati idarəçilik üzrə cari yazışma ilə məhdudlaşmalıdr Quberniya idarəsi imüvəqqəti general-qubernatorluğun icazasi olmadan Bakı şəhərində pristavları belə dəyişdirə bilməzdi. 1906-cı ilin dekabrında Bakı şəhəri quberniyasmda harbi vəziyyət fövqəladə mühafizə vəziyyəti ilə avəz olundu, müvəqqati general-qubernatorluq isə ləğv edildi. Mütləqiyyət azadlıq hərəkatı ilə mübarizədə jandarma xüsusi yer verirdi.. O, milli va inqilabi təşkilatlar, tətil komitələrinin üzvləri haqqında məlumat. toplayır, fəaliyyəti şübhəli görünən şəxslərin “siyasi etibarlılığını öyrənməklə” məşğul olur, tətilci fəhlələri həbs və sürgün edirdi. Cənubi Qafqazda quberniya jandarm idarələri ilə yanaşı, axtarış müəssisələri adlanan orqanlar da (1902-ci ikda Tiflisdə mühafizə şöbəsi, 1904-cü ilin dekabrında Bakıda mühafiza məntəqəsi-qayda-qanun va ictimai asayişin mühafizəsi üzrə məntəqə) yaradılmış, onların ştatları 1905-1907-ci illərin inqilabi hadisələri dövründə xeyli genişləndirilmişdi. Qubernatorlara torpaq sahiblərinin vəsatətləri üzrə və onların hesabına kənd yerlərində polis vəzifələri tasis etmək va keşikçi komandaları yaratmaq hüququ verilməsi barədə 1905-ci il 8 dekabr tarixli əmr Cənubi Qafqaz ərazisinə də şamil edilmişdi. Inqilabi va milli-azadlıq hərəkatının yüksəlişi dövründə Azərbaycan cəmiyyətənin yüksək dairələrinin nümayəndələri çar hökumatindən bəzi siyasi güzəştlər almağa, o cümlədən özünü idarə orqanlarında milli burjuaziyanın iştirakına qoyulan məhdudiyyətləri ləğv etməyə ciddi səy göstərdi Məsələn, azərbaycanlı qlasnıların təkidi ilə 1906-ci ilin yanvarında Bakı şəhər duması Cənubi Qafqaz şəhər özünü idarə orqanlarında müsəlmanların hüquqlarını xristianların hüquqları ilə bərabərləşdirmək barəsində vəsatət qaldırdı. 1907-ci ilin martında Bakı duması təkraran belə bir addım atdı. Lakin dumanin bu vəsatətləri çar hökumət orqanları tərəfindən rədd edildi. Azərbaycanlı qlasniların seçilməsi üzrə məhdudiyyətlər ancaq sadələşdirilmiş ictimai idarələrin bəzi orqanlarında lələğv edildi. Məsələn, 1906-c1 ildə Lənkəran şəhər sadaləşdirilmiş ictimai idarəsinə müvəkkillər seçilməsində qeyri-xristian müvəkkillərin sayını məhdudlaşdırmağa icazə verildi.
2.XX əsrin əvvəllərində Azərbaycanda formalaşmağa başlayan ilk siyasi təşkilatlar, bütün Rusiyada olduğu kimi, əsasan sosialist yönlü idi Rusiyadan gəlmiş bir neçə nəfər inqilabçı 1900-cü ildə Bakida sosial demokrat təşkilatının əsasına çevriləcək rəhbər mərkəz yaratmağa nail oldular. Rəhbər qrupa A.S. Yenukidze, V.Z.Ketsxoveli vo A.Q. Ey zenbet daxil idilər. 1901-ci ildə RSDFP Baki Komitasi yaradıldı və RSDFP Bakı taşkilatının formalaşması başlandı. Yuxarıda adları çəkilən şəxslardan əlavə, 1902-1903-cü illərdə BK-nin tərkibinə N.V Vişnevski, Y. V. Qolikova, M. V.Kobetski, L.M Knunyants, IF.Sturua, V.A.Şalqunov va b. daxil oldular. XX əsrin əvvəllərindən etibarən azərbaycanlı ziyalılar içərisində yerli fəhlələrin acınacaqlı vəziyyətinə dərindən acıyan və özlərini büsbütün zəhmətkeşlər içərisində inqilabi iş aparmağa hesr edən adamlar meydana çıxmağa başlamışdı. Onlardan bəziləri – S.M Əfəndiyev, A.Axundov, MQ Mövsümov, M.Ə.Əzizbəyov RSDFP-nin üzvü idilər. Lakin çoxları marksizmin bəzi müddəalarına rəğbət bəsləsələr də, bu partiyanın sıralarına keçmirdilər. Onlardan M.Ə. Rəsulzadə, M.A.Mirqasimov, M. Hacıyev, A. Kazımzadə, M.Hacınski va başqalarının birgə səyi nəticəsində 1904-cu ilin oktyabrından Bakıda müsəlman aləmində ilk sosial demokrat “Hümmət” təşkilatı fəaliyyətə başladı. 1905-ci ilin fevralına kimit Azərbaycan dilində “Hümmət” qəzeti nəşr edilmişdir Həmin ildən N.Nərimanov “Hümmət”ə daxil olmuşdur. Bu təşkilat 1903-cu ildə M. Ə. Rəsulzadə tərəfindən yaradılması barədə də fikirlər var. Hər halda jandarm idarasinin 1910-cu ilə aid məlumatında M.Ə.Rəsulzadə Hümmət iştirakçılarındandır. 1905-ci ilin fevral va avqust hadisələri zamanı “Hümmət” ahalinin sakitləşdirilməsində və talanların dayandırılmasinda böyük rol oynadı. Hökumət orqanları tərəfindən təşkil edilmiş millətlərarası qurğını dayandırmağa çağıran vərəqələr buraxılırdı S.M.Əfandiyevin qeyd etdiyi kimi, “...o dövrdə milli antaqonizmla mübarizə, ümumiyyatla, bütün partiya şi üçün zəruri zəmin idi, çünki bu dövrün dahşətli milli toqquşmaları şəraitində har cur partiya işi və proletar hamray liyi iflic hala düşürdü. 1905-ci il fevralın ortalarında “Hümmət” qəzeti “zərərli istiqamətinə görə” bahanəsi ilə polis tarafindən bağlandı 1906-cı ilin may ayından avqustunadək Azərbaycan və erməni dillərinda çıxan “Davət-Qoç” qəzetinin nəşri taşkıl olundu. 1906-cı ilin dekabrinda hümmətçilər “Irşad” matbaas inda Mehdi bəy Hacınskinin adina 1907-ci ilin martina qədər çıxmış “Təkamül” qəzetinin buraxılmas ma icazə ala bildilər. Elə həmin il avqustdan sentyabradək “Hümmət” əslində “Təkamül’ün davamı olan “Yoldaş” qəzetini nəşr etdirmişdi.