Qrup: 2560a fənn: Mülki müdafiə Mövzu


İctimai asayişi mühafizə xidməti



Yüklə 176,49 Kb.
səhifə5/6
tarix20.12.2022
ölçüsü176,49 Kb.
#76732
1   2   3   4   5   6
A.Kazım

İctimai asayişi mühafizə xidməti. Rayon polis şöbəsinin bazası əsasında təşkil olunur (xidmət rəisi- rayon polis şöbəsinin rəisidir). Xidmətə: dövlət hakimiyyətini və ictimai mülkiyyəti, habelə vətəndaşların şəxsi əmlakını qorumaq; çaxnaşmanın qarşısını almaq; nəqliyyatın hərəkətini təmin etmək; əhalinin müəyyən edilmiş davranış qaydalarının yerinə yetirilməsinə nəzarət etmək həvalə olunur. Xidmət köçürülmə işlərinə,
Yanğından mühafizə xidməti. Yanğından mühafizə təşkilatlarının bazası əsasında yaradılır (xidmətin rəisi- rayonun yanğın müfəttişidir). Bu xidmətin vəzifələri: yanğınsöndürən dəstələr hazırlamaqdan, yanğına qarşı profilaktika tədbirlərini həyata keçirməkdən, müəssisə, idarə və qəsəbələrin ərazisində su hovuzları tikilməsini təşkil etməkdən ibarətdir. Yanğınlar baş verdikdə onların məhdudlaşdırılması və söndürülməsi üçün xidmət hər cür tədbir görür.
Ərzaq və paltarla təchizat xidməti. Rayon istehlak cəmiyyəti və ticarət bazası əsasında yaradılır (xidmətin rəisi rayon istehlak cəmiyyətinin sədridir). Bu xidmət: anbarlarda, ictimai iaşə və ticarət müəssisələrində saxlanan malların zəhərləyici, radioaktiv maddələrdən və bakterioloji vasitələrdən mühafizəsi məsələləri ilə məşğul olur; köçürülən və zərər çəkmiş əhalini və MM dəstələrini yeməklə təmin edir, onları ən lazımi əşyalarla təzhiz edir;
Heyvanları və bitkiləri mühafizə xidməti. Baytarlıq və aqronomiya idarələrinin bazası əsasında təşkil olunur. Xidmət baytarlıq tədbirlərini və heyvanların, kənd təsərrüfatı bitkilərinin, meyvə ağaclarının və meşələrin kütləvi zədələnmə vasitələrindən qorunması üçün tədbirlər həyata keçirir. Kənd təsərrüfatı bitkilərinin, meyvə ağaclarının və meşələrin kütləvi zədələnmə vastlərindən qorunması üçün tədbirlər həyata keçirir.
Rayonun MM dəstələri. Rayonun müəssisələrində, şəhərlərində və qəsəbələrində bubdəstələr yaradılır: xilasedici dəstələr (komandalar), kəşfiyyat qrupları (manqaları), ətraf mühitin radioaktivliyini müşahidə postları, rabitə qrupları, sanitar drujinası dəstələri və sanitar drujinaları, yanğınsönsürən komandalar (bölmələr), ictimai asayişi mühafizə dəstələri (komandaları), zərərsizləşdirici komandalar(qruplar), kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə komandaları (qrupları).
Dəstələri istehsalat prinsipi əsasında komplektləşdirir və təlimə cəlb edirlər.

Yüklə 176,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin