Yazı. Mətndən elçilərin 1-ci sualı və Əhmədin ona cavabı olan hissə seçilib dəftərə
köçürülür.
Nəticə: Ağılla, savadla böyük qəhrəmanlıqlar etmək olar. Dövləti qorumaq üçün onun
sağlam və savadlı vətəndaşları, inkişaf etmiş iqtisadiyyatı və güclü ordusu olmalıdır.
İş dəftərinin 131-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı: – Mətnə uyğun atalar sözləri tapıb yazın. Şagirdlərə bildirilir ki, bu atalar
söz ləri ağıl, bilik, vətənpərvərliklə bağlı olmalıdır.
Qiymətləndirmə. Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 106. İKİ AYI BALASI (4 saat)
Motivasiya. Müəllim: – Qonur olur, ağ olur, Yatanda bir dağ olur. Mağaradır yuvası, Bir ovucdur balası. Əyripəncədir adı, Necədir əsl adı?