3-cü tapşırıq. Döyüşən tərəflərdən biri ağ bayraq qaldırarsa, həmin tərəf danışıqlar
aparmaq istədiyini bildirir. (“Dəyərlərimiz” bölməsində “Bayraqlar” mətni yada salınır.)
Müəllim şagirdlərin diqqətini nağılın adına yönəldir:
– Oxuduğunuz hissədə bu adda obraza rast gəldinizmi?
– Sizcə, Ağbulaq camaatı düşmənin suallarına cavab verə biləcəkmi?
– Sizcə, düşmən hansı suallar verəcək?
– Hadisələr necə davam edəcək?
Şagirdlər hadisələrin davamı ilə bağlı öz versiyalarını təqdim edirlər.
Müəllim bir neçə məntiqi məsələ səsləndirir. Məsələn:
a)
Hərbi qərargahda 4 əsgər 4 saat növbədə durdu. Hər əsgər neçə saat növbədə
durdu? (4)
b)
Usta düzbucaqlı masanın bir küncünü kəsdi. Masanın neçə (bucağı) küncü oldu? (5)
c) “Bir qalanın sirri” filmində əsir düşmüş Həkim babanın rebusunu – əşyalarla olan
məktubunu xatırlayın. Sandığın içində sim, nar, qanlı daş, qıfıl var. Bunların mənası nədir?
(Həkim bu əşyalarla bildirmək istəyir ki, Simnar xan onu Qanlı qalada zindana salıb)
Belə məntiqi tapşırıqları
daha tez, düzgün yerinə yetirənlər xüsusi qeyd olunurlar.
Sual: –
Bəs bizim qəhrəman imtahandan necə çıxdı?
Mətnin oxusu davam etdirilir, qəhrəmanın vəziyyətdən necə çıxması
təhlil olunur
(səh.183-185).
II hissəyə başlıq verilir:
“Əhməd kəndini xilas edir”. Həmin hissənin planı tutulur:
1. Balaca Əhmədin qərarı
2. Atlarla bağlı sual
3. Əhmədin atları ayırd etməsi
4. Almalarla bağlı sual
5. Əhmədin almaları fərqləndirməsi
6. Daşdan paltar tikmək lazımdır.
7. Qumdan iynə-sap düzəltmək olar?
8. Kənd yadellilərdən xilas oldu.
Plan üzrə nağılın 2-ci hissəsi nəql olunur.
Mətnin sonundakı suallar cavablandırılır.
4-cü tapşırıq. Madyan – dişi at, xoruz – toyuğun erkəyi, təkə –
erkək keçi, qoç – qoyunun
erkəyi. 1-ci düzgün cavab:
Fərqli olan xoruzdur. Xoruzdan başqa qalanları heyvanlardır. 2-
ci düzgün cavab:
Fərqli olan madyandır. Madyandan başqa qalanları erkəkdir.
5-ci tapşırığa əsasən, mətndəki bəzi sözlərin yaxınmənalı qarşılığı müəyyən olunur.
6-cı tapşırıqda qoyulmuş sual ətrafında müzakirə keçirilir.
Dostları ilə paylaş: