Tədqiqat sualı: – Oğlanlar və qızlar evdə hansı işləri görürlər? Tədqiqatın aparılması. Fərziyyələr dinlənilir. Dərsliklə iş. Mətn oxunub təhlil olunur.
Dərsliyin 34-cü səhifəsindəki 1-2-ci tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 1. Ana şotka almaq istəyəndə qızlar susdular, çünki onlar iş görmək istəmirdilər. Tapşırıq 2. Cavab “B” variantıdır.
Şagirdlərə aşağıdakı suallarla müraciət olunur:
– Bu mətndə qızların hansı xüsusiyyətini bəyənmədiniz? – Daha hansı mənfi xüsusiyyətlər var? – Bu xüsusiyyətlər insana necə ziyan vura bilər? Şagirdlərin fərziyyələri dinlənildikdən sonra iş dəftərinin 24-cü səhifəsindəki mövzu ilə bağlı
tapşırıqlar yerinə yetirilir.
Dərslikdən 4-cü tapşırıq qruplar şəklində yerinə yetirilir. Burada hər qrup öz versiyasını
hazırlayıb təqdim edir.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər.
Şagirdlər 4 qrupa bölünürlər. (Burada “Mətni dəyiş” üsulundan da istifadə oluna bilər.)
I qrup. Elə bir səhnə hazırlayın ki, ana hər işi özü görür, uşaqları heç bir işdə ona kömək etmirlər. Ata işdən gəlir, uşaqlarına deyir... Yaxud: “Mətni dəyiş” üsulu:
Ana daraq almaq istəyəndə qızlar özləri üçün əl çantası istəyirlər. Ana “Pulunun çatmadığını” söyləyir...