II qrup. Elə bir səhnə hazırlayın ki, ana uşaqların paltarlarını ütüləyir, qızlar paltarları
şkafa qoyur, evləri tozsoranla təmizləyir, mebelin tozunu silirlər və s. Ata işdən
gəlir, uşaqlarına deyir ...
Yaxud: “Mətni dəyiş” üsulu:
Ana çanta almaq istəyəndə qızlar nəzakətlə anaya müraciət edirlər...
III qrup. Elə bir səhnə hazırlayın ki, ana dükandan ət, yağ, düyü və s. alır, uşaqları
ondan özləri üçün konfet, saqqız, digər şirniyyatlar almasını istəyirlər. Onlar
ananın əlindəki ağır zənbilləri daşımağa kömək etmirlər... Bütün bunları müşahidə
edən satıcı deyir...
Yaxud: “Mətni dəyiş” üsulu:
Ana şotka almaq istəyəndə qızlar özləri üçün də şotka alınmasını istəyirlər.
Qızlarının istəyi ananı çaşdırır, ...
IV qrup. Elə bir səhnə hazırlayın ki, ana dükandan ət, yağ, düyü və s. alır, uşaqları
ondan özləri üçün konfet almasını xahiş edirlər. Onlar anaya nəzakətlə müraciət
edirlər... Anaya ağır zənbilləri daşımaqda kömək edirlər.... Bütün bunları
müşahidə edən satıcı deyir....
Yaxud: “Mətni dəyiş” üsulu:
Ana daraq almaq istəyəndə qızlar “Anacan, pulun çatarsa, bizə də daraq al,
zəhmət olmasa” deyirlər...
Dostları ilə paylaş: