Tədqiqat sualı: – Bacı-qardaş münasibətləri necə olmalıdır? Tədqiqatın aparılması.
Dərsliyin 35-ci səhifəsindəki “İki alma” mətni oxunub təhlil olu -
nur. Mətnlə bağlı suallar verilir:
– Nə üçün anası Tofiqə məsələnin düzgün həlli yolunu demədi? – Sevda nə üçün öz almasını da qardaşının çantasına qoymuşdu? – Nə üçün ana qızını “mehriban, qayğıkeş qızım” adlandırdı? (Sevdanın etdiyi hərəkət
qardaşına qarşı mehriban olmasının nəticəsi idi. Qayğıkeşliyi isə xoşladığı almanı qardaşının
çantasına qoyması ilə izah oluna bilər. Sevda istəmirdi ki, qardaşı pis qiymət alsın.)
Bu mətndən hansı nəticəni çıxartdınız? (Ailə üzvləri bir-birinə hörmət və kömək etməlidirlər.)