Dərs 16. PARKDA HADİSƏ (4 saat)
Motivasiya.
Müəllim şagirdlərə 1-ci sinifdə keçdikləri “Əvəzini çıxdı” mətnini xatırladır.
– Kənan bacısına qarşı necə idi? Bacısının Kənana münasibəti necə idi?
Cavablar dinlənilir.
– Özünüzdən kiçik bacı və ya qardaşlarınız sizinlə oynamaq istəyəndə nə edirsiniz?
– Əgər dərs oxuyursunuzsa, yaxud əlinizdə vacib işiniz varsa, onda nə edirsiniz?
Dərsliklə iş. Dərslikdən mətn “Bunu görən atası başını buladı”
cümləsinə qədər oxunur.
Sual: – Vasifin kiçik qardaşına qarşı kobudluğuna haqq qazandırmaq olarmı?
Cavablar dinlənilir. Vasifə haqq qazandırmayan uşaqlar elə arqumentlər gətirməlidirlər ki,
Vasifə haqq qazandıran uşaqlar öz cavablarından imtina etsinlər.
Sonda şagirdlər belə bir
nəticəyə gəlirlər:
Kiçiklərə və zəiflərə hörmət və qayğı ilə yanaşmaq lazımdır.
Mətnin davamı oxunur. Oxudan sonra mətn hissələrə bölünür.
Hər
hissəyə plan tutulur:
Dostları ilə paylaş: