Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Sual: – Hansı cümlə hekayənin ideyasını daha düzgün əks etdirir? A) Adamı tərbiyə etmək heç vaxt gec deyil. B) Hətta pis adam da çox xeyirxahlıq etdikdə axırda xeyirxah insana çevrilir. C) Adam babasının sözünə qulaq asar. Nəticə: Hər bir kəsi tərbiyə etmək olar. Sadəcə, onu xeyirxah işlər görməyə alış dırmaq
la zım dır.
Tətbiqetmə. Dərsliyin 42-43-cü səhifələrindəki 5-6-cı tapşırıqlar yerinə yetirilir.
Şagirdlər cütlərə bölü nürlər və hər cüt növbə ilə bir cümlə demək lə mətni danışır.
İş dəftərinin 29-31-ci səhifələrindəki mövzu ilə bağl tapşırıqlar yerinə yetirilir.
Yazı. Şəkil bərpa olunduqdan sonra şagirdlər mətnin bu şəklə aid olan parçasını tapır və
onu üzündən köçürürlər.
“Sehrli torba” əsərinin qəhrəmanına məktub yazın. Onun əvvəlki və sonrakı hərə kətlərinə
qiymət verin.
Müəllimin nəzərinə: Məktub yazmaq üçün əməl edilməli olan aşağıdakı şərtlər şagirdlərə çatdırılmalıdır: başlıq, məktubu alacaq adama müraciət, salamlar, xəbər veriləcək başlıca fikir, xahiş, arzular və sonda imza, ayın tarixi. Bundan əlavə, tələbə uyğun olaraq ünvanın yazıl ma sını da öyrətmək lazımdır. ЫЫ бюлмя 64
Дярслярин планлашдырылмасы
Çap üçün deyil
DİL QAYDALARI Motivasiya kimi 7-ci tapşırıqdan istifadə olunur. Mətndə göy rənglə verilmiş sözün “maneə” kimi yazıldığı lüğətdən istifadə edilməklə müəyyən olunur.
Tədqiqat sualı: – Ailə sözünü necə tələffüz edirik?