Tədqiqat sualı: – Pis əməllər törədən uşağı necə tərbiyə etmək olar? Dərsliklə iş. Dərslikdən mətn oxunur. I hissə oxunduqdan sonra 3-cü tapşırığa görə
şagirdlərin hadisənin davamı ilə bağlı versiyaları dinlənilir. Daha sonra II hissə oxunur,
şagirdlərin versiyaları müqayisə olunur. 4-cü tapşırıq oxunur, şagirdlərin cavabları dinlənilir.
Daha sonra III hissə oxunur, şagirdlərin versiyaları müqayisə olunur.
Hər hissə oxunduqca həmin hissəyə başlıq verilir:
I hissə: Eldar babanın şərti
II hissə: Dolmuş kisə
III hissə: Pis əməllərdən uzaq olan Səməd