DİL QAYDALARI
Motivasiya.
Dərsliyin 39-cu səhifəsindəki 3-cü
tapşırıq motivasiya kimi istifadə olunur.
(“Komandir” sözündə “o” səsi fərqli tələffüz olunur.)
Lövhədə sözlər yazılmış plakat asılır: samovar, pomidor, təbii, tələ, pəncərə, konfet,
vaqon, üzüm, kompot.
Tapşırıq: – Plakatda yazılmış sözləri oxuyun. Yazıldığı kimi deyilməyən saitləri qeyd edin.
Tədqiqat sualı:
– Sözlərdə saitlərin tələffüzü ilə yazılışı arasında fərq varmı?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Buraxılmış hərfləri əlavə edin və sözləri tələffüz edin.
…kiz, p…ncərə, ş...kolad, üm…d
II qrup. “A”, yoxsa “o”?
m…tor, k…mpot, p…midor, k…tlet, p…rtağal, k…lleksiya
III qrup. Aşağıdakı sözlərin düzgün yazılışını müəyyənləşdirin:
mubarək, xöşbəxt, devr, devran, evlad, devlət, müdür, samavar
IV qrup. “O” saitinin “a” kimi oxunduğu sözləri seçin. Özünüzdən 5 belə söz yazın.
portağal, kompot, konsert, vaqon, komissar, pomidor, orden, motor, kosmos, ko-
mandir, paroxod, komanda.
Dostları ilə paylaş: |