Dinləmə
(Mətn pauzalarla oxunur və dinləmə prosesi mətn üzrə sual-cavabla müşayiət olunur.)
Nəsib və Fuad dost idilər. Onlar bir sinifdə oxuyurdular. Fuadın anası bərk
xəstələnmişdi. Atası da ezamiyyətdə idi. Neçə gün idi ki, Fuad anasına qulluq
edir, yatağının yanından çəkilmirdi. Dəfələrlə müəllimin verdiyi ev tapşırıqlarını
yerinə yetirməmişdi. Buna görə də müəllim ona demişdi ki, valideyni məktəbə
gəlməlidir. Fuad isə bütün bunları xəstə anasına deməmişdi. Nəhayət, müəllim
Fuada dedi ki, əgər valideyni məktəbə gəlməsə, o özü evə gələcək.
Fuad bilirdi ki, müəllim anasına şikayət edəcək. Bu isə onsuz da ürəyi ağrıyan
anaya pis təsir edə bilərdi. Odur ki Fuad dərdini dostu Nəsibə açdı. Nəsib də öz
anasından xahiş etdi ki, Fuadın anasının adından müəllimlə danışsın, amma
Fuadın anasına heç nə deməsin.
Diskussiya:
– Bu yalan “Yaşıl fincan” hekayəsindəki yalandan nə ilə fərqlənir? Sizcə,
hekayə nə ilə nəticələnir?
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
DİL QAYDALARI
4-cü tapşırığın icrasından sonra (
müəssisə, müasir) dərsliyin 45-ci
səhifəsindəki nəzəri
hissə oxu nur. Şagirdlər tərkibində yanaşı gələn saitlər olan sözlər söyləyir və onların
tələffüzü və yazılışı arasında fərqlərin olub-olmadığını araşdırırlar.
5-ci tapşırıq yerinə yetirilir (
təəccüb, səadət, bədii, müəllif).
Tapşırıq 6.
Dostları ilə paylaş: