Məlumat mübadiləsi və müzakirənin təşkili. Təqdimatlar dinlənilir və müzakirə olunur.
Dərslikdən mətn rollarla oxunur. Şagirdlər jest və mimikalardan istifadə etməklə hər ob -
razın sözlərini səsləndirirlər. Oxudan sonra müəllim şagirdlərə mətni cütlərdə davam et -
dirməyi tapşırır (tapşırıq 1).
Tapşırıq 2. Cavab “A” variantıdır.
Şagirdlər mətnin məzmununa uyğun gələn başqa atalar sözləri də deyə bilərlər:
– Yalan üz qaraldır. – Yalan cücərər, amma bitməz. Tapşırıq 3.
1. Murad anasından həqiqəti gizlətdi, çünki qorxdu ki, anası onu danlayar. 2. Ana elə bildi ki, fincanı Məstan sındırıb, ona görə də pişiyi çölə qovdu. 3. Vicdanı yol vermədi ki, Məstan günahsız yerə cəzalansın, ona görə də Murad özünü cəzalandırdı. Sual: – Siz müəllifin yerinə olsa idiniz, mətnə başqa hansı adı qoyardınız? (Muradın etirafı) İş dəftərinin 32-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə: Həqiqət nə qədər acı olsa da, onu söyləmək lazımdır.