Dərs 15. ŞAM (2 saat)
Motivasiya.
Müəllim aşağıdakı mətni səsləndirir:
Nərgiz stolun arxasında oturub çəmənlik şəkli çəkirdi. Günəşi qızmar, çəmən -
likdəki açılmış gülləri rəngbərəng təsvir etmək istəyirdi. Bu vaxt qardaşı ona ya -
xın laşıb şəklə baxmaq istədi. Necə oldusa əlindəki stəkandan bir neçə damcı
su kağızın üzərinə düşdü. Nərgiz hirsləndi:
– Sən nə etdin?! Şəkli korladın!
Sonra fikirləşib pozanı götürdü, göydəki günəşi silib əvəzinə buludlar və yağış dam -
cıları çəkdi və öz-özünə dedi: “Hə, indi düzəldi”.
Tədqiqat sualı:
– Kağızın üzərində çəkilən şəkil kağıza təsir edə bilərmi?
Dostları ilə paylaş: