Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərsliyin 36-cı səhifəsindəki nəzəri hissə oxunur.
İş dəftərinin 26-cı səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə: Bütün sözlər yazıldığı kimi oxuna bilməz. Bəzi sözlər bir cür yazılsa da, başqa cür
oxunmalıdır.
Tətbiqetmə. Dərslikdən 5-7-ci tapşırıqlar yerinə yetirilir.
İmla mətni:
Ev tapşırığı: – Mətndəki deyilişi və yazılışı fərqlənən sözləri dəftərə yazın. Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
BALIQLARIN SƏSİ (34 söz)
Atam deyir ki, balıqların səsini eşidə bilərik. O, çimərlikdən gətirdiyi balıqqulağının
birini mənə verir, birini də özü qulağına yaxınlaşdırır. Biz dənizdən uzaqda onun səsini
eşidirik. Amma balıqların nə dediyini başa düşmürük. Dənizin uğultusu qoymur.