Tədqiqatın aparılması. Dərsliklə iş. Şeirlər oxunub müqayisəli təhlil olunur.
– Niyə Yasəmən yanar şam çəkməkdən qorxdu? – Nə üçün o belə düşündü? – Doğrudanmı, hasarın üstündəki quşlar uçub getdilər? – Bəs onlar niyə yoxa çıxdılar? Suallar cavablandırılır.
Məlumat mübadiləsi və müzakirənin təşkili. Dərsliyin 37-ci səhifəsindəki 1-ci tapşırıq
yerinə yetirilir. Hər iki şeirdə əsər qəhrəmanı şəkildəki təsvirləri real, canlı qəbul edir.
Nəticə: Bəzən kağız üzərində çəkilmiş şəkil canlı kimi qəbul olunur.
Tətbiqetmə. Yazı. “Hasardakı quşlar” şeiri əzbərdən dəftərə yazılır. Deyilişi və yazılışı
arasında fərq olan sözlərin altından xətt çəkilir (təbaşir, taxta, dəstə-dəstə, üstdən, quşlar).
Dil qaydaları. Dərsliyin 37-ci səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilir. Cavab “A” variantıdır.
Ev tapşırığı: – “Şam” şeirini əzbərləyib qısa məzmununu öz sözlərinizlə yazın. Qiymətləndirmə. Müəyyən edilmiş meyarlara əsasən aparılır.