Ənənəvi təlim prosesində müəllim fəaldır, şagirdlər isə passiv dinləyicidirlər. Müəllim deyir, şagirdlər eşidir. Belə dərs prosesində qarşılıqlı əlaqə, əks əlaqə
yoxdur. Şagird bu prosesdə yalnız bir obyektdir. Müəllimin şagirdlərlə əla-qəsi yalnız
suallara verilən cavablar, yazı işləri vasitəsilə həyata keçirilir.
Şagirdlərə çatdırılan
biliyin mənimsənil məsi baxımından belə metod səmərəsizdir. Lakin, belə ənənəvi
deyə bilərik. Şagirdin belə fəaliyyəti pro-duktiv deyil, reproduktiv təlim adlanır.
Reproduktiv təlim onunla xaraktrerizə edilir ki, şagird yalnız yazır,
informasiyanı, bilikləri alır, onu qəbul edir, başa düşür, yadda saxlayır və təcrübədə
tətbiq. Belə fəaliyyətin əsas məqsədi məktəblidə bilik, bacarıq və vərdişlərin
formalaşdırılması, diqqət və yaddaşın inkişaf etdiirlməsidir.
Ənənəvi təlimin müəyyən imkanları da vardır. Belə ki, ənənəvi pedaqoji prosesi təsvir edəndə biz ilk növbədə lövhənin qarşısında duran müəllimi və onun sakit
dinləyiciləri olan şagirdləri görürük. Bu zaman müəllim çalışır ki, bilikləri çatdırsın,
şərh etsin və misallar gətirsin. Sagirdlər isə bu məlumatları passiv şəkildəqavrayır,
anlayır, mənimsəyir, sonra bilikləri möhkəmləndirmək üçün bunları təkrarlayır və ya
məsələlərin həlli prosesində tətbiq edirlər. Yəni, ənənəvi dərsdə şagirdlər məlumatları
yadda saxlamağa çalışırlar, müəllim isə nəticələri özü çıxararaq bilikləri hazır şəkildə
şagirdlərə çatdırır. Öyrədici fəaliyyət ilk növbədə müəllimin fəallığı əsasında həyata
keçirilir. Ənənəvi təlimin bu xüsuiyyətinə görə onu izahedici-illüstrativ və ya
reproduktiv (təkraredici) təlim adlandırırlar. Bunu aşağıdakı sxem əsasında təsvir
etmək olar.
Ənənəvi təlim
Hamıya məlum olduğu kimi, hər hansı bir məlumat real həyatda tətbiq edilən zaman əsaslı biliyə çevrilir. Şagirdin ca-vabına qoyulan tələblərin əsasını əslində
biliklərin mənimsənilməsinin yoxlanılması yox, verilən məlumatların yadda
saxlanılması təşkil edir. Eyni zamanda ənənəvi təlim prosesində biliklərin praktiki
tətbiqini təsəvvür etmək üçün şagirdə müvafiq imkanlar yaradılmır.
Beləliklə, dərsin məzmunu adətən daha çox nəzəri öyrənilir və həyatın