Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər. Hər qrupa iki tapşırıq verilir.
1. Ağasəf Osmanlının “Təbiətin dərdi” şeirinin bəndləri qruplara paylanır. Qruplar bəndləri
təhlil edib ona uyğun şəkil çəkir, qüsurların aradan qaldırılması yolları ilə bağlı fikirlərini
bildirirlər.
2. Şagirdlər Ana Təbiətə cavab məktubu yazırlar. Onlara məktub yazmaqda ekoloqlar
kömək edəcək.
Müəllim ekoloqlar haqqında məlumat verir: – Ekoloqlar təbiət, ətraf mühit və onun prob - lemlərini araşdırır, insanların təbiətə müdaxiləsi nəticəsində baş verə biləcək fəlakətləri müəyyənləşdirirlər. Şagirdlər ekoloq-alim rolunda çıxış edərək Yer planetini xilas etmək üçün tədbirlər düşünməlidirlər.