Motivasiya. Parçanın bir neçə növü nümayiş etdirilir. Suallar verilir:
– Kim bu parçaların növünü bilir? (İpək, yun, kətan, çit)
– Parçalar nədən toxunur? (Sapdan)
Tədqiqat sualı: – Sapı nədən əyirirlər? Fərziyyələr dinlənilir. Daha sonra dərslikdəki mətn oxunub təhlil olunur.
Qeyd. Yalnız tut yarpağı yeyən tırtıllar xeyirlidir. Palıd, qoz yarpağı yeyən tırtıllar çox ziyanlıdır. Zəhərli olduğuna görə onları quşlar da yemir. Ona görə belə həşəratları məhv etmək çətin olur. Məlumat mübadiləsi və müzakirənin təşkili. Dərsliklə iş. Dərsliyin 140-cı səhifəsindəki
1-2-ci tapşırıqlar yerinə yetirilir.
1-ci tapşırıq. Nöqtələrin yerinə tut yarpağı, barama, sap, kəpənək, ipək sözləri əlavə olu -
nur.
2-ci tapşırıq. Qoyundan yun qırxılır, pambıq qozasından pambıq alınır, ipəkqurdu barama
hörür. Bunların hər üçündən – yundan, pambıqdan, baramadan sap alınır. Yun sapdan yun
parça, pambıq sapdan pambıq parça, baramadan alınan sapdan ipək parça toxunur. Bu
parçalardan paltar tikilir.
Yazı. Mətndən ipəkqurdu tırtılının kəpənəyə çevrildiyi hissəni dəftərinizə köçürün.
İş dəftərinin 99-cu səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə: Təbiətin bəxş etdiyi sərvətlərdən istifadə etmək, onları qorumaq lazımdır.