Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup.
1. Günəbaxanın niyə belə adlandığını izah edin və şəklini çəkin. 2. Ayabaxan bitkisi varsa, o nə zaman açılır? II qrup.
1. Günəbaxanın faydası haqqında nə bilirsiniz? 2. Ayabaxan bitkisi varsa, onun faydası nə ola bilər? III qrup.
1. Günəbaxan və sünbülü müqayisə edin. Onların oxşar və fərqli cəhəti nədir? 2. Ayabaxan bitkisi varsa, onun toxumları necə ola bilər? IV qrup.
1. Günəbaxan və qızılgülü müqayisə edin. Onların oxşar və fərqli cəhəti nədir? 2. Ayabaxan bitkisi varsa, onu necə təsəvvür edirsiniz? Şəklini çəkin.