Nəticə: Bayatı 4 misradan ibarət olur. 1, 2, 4-cü misralar qafiyələnir. Bayatının əsas məz -
munu sonuncu iki misrada açılır.
Tətbiqetmə. 1-ci tapşırıq. Verilmiş bayatı bu şəkildə olmalıdır:
İş dəftərinin 125-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları. 4-cü tapşırıq. Cavab “B” variantıdır.
Sual: – Elə sözlər deyin ki, həm ad, həm də hərəkət bildirsin. (gül, yay, yaz və s.) Bu sözləri müxtəlif mənalarda cümlədə işlədin. Yazı. İmla mətni:
Hüsnxət. “U” hərfi. İş dəftəri, səh. 127.
Ev tapşırığı: – 3 bayatı tapıb köçürün. Onların mövzusunu müəyyən edin. Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 102. JANRLAR (2 saat)
Motivasiya. Müəllim şagirdlərə məlumat verir: – Hər bir əsər müəyyən xüsusiyyətlərə malik olur. Məsələn, atalar sözləri müdrik fikir, tapmacalar sual ifadə edir, bayatılar dörd mis- radan ibarət olur, yanıltmacı demək çətindir. Bu cür xüsusiyyətlərə görə əsərlər janrlara ayrılır. Daha sonra müəllim bir tapmaca, bir atalar sözü, bir layla və bir bayatı oxuyur. Şagirdlər -
dən hər bir oxunan mətnin hansı janra aid olduğu soruşulur.
Tədqiqat sualı: – Janrlar bir-birindən nə ilə fərqlənir? Mən aşiqəm, şum olsun,
Şumla yeri, şum olsun.
Yaxşı evim olunca
Bir yaxşı qonşum olsun.
BƏNÖVŞƏ (39 söz)
Bir qar dənəciyi torpağa düşüb yazda bənövşəyə çevrildi. Amma heç kəs onun
qar dənəciyindən yarandığına inanmadı. Buna görə də bənövşə hamıdan küsdü.
Kolun dibində boynunu büküb təkcə qaldı.
İndiyəcən bənövşə kol dibindən çıxmayıb. Çünki hələ də çiçəklər ona inanmır.