Tətbiqetmə: İş dəftərinin 7-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə ye-
tirilir.
Ev tapşırığı: – Kompüterdə Paint proqramından istifadə etməklə bayraq şəkli çəkin. “Böyüyəndə bayrağımı yüksəklərə qaldıracağam” mövzusunda təqdimat hazırlayın. Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 4. ƏBƏDİ MƏŞƏL (4 saat)
Motivasiya. Lövhədən bitki, meşə, sular, neft, əsgər, qaz, dəmir filizi, çörək, bəstəkar təsvir olunmuş şəkillər asılır. Verilmiş şəkilləri üç qrupa paylamaq tapşırılır.
Tədqiqat sualı: – Azərbaycanın maddi və mənəvi sərvətləri deyəndə nə başa düşürsünüz?