Dinləmə ŞUŞA Bir gün Pənahəli xan Bərdə xanına qonaq gəlir. Bərdə xanı hörmətli qonağın şərəfinə ov təşkil edir. Onlar say-seçmə Qarabağ atlarına minib nökərləri, tazıları ilə yaxınlıqdakı sıx meşələrə ova çıxırlar. Dağlardan ətrafa göz gəzdirən Pənahəli xan heyran qalıb deyir: “Bura nə gözəl yerdir. Necə də saf havası var. Burada gözəl bir şəhər salmaq lazımdır”. Beləcə, Pənahəli xanın məsləhəti ilə Qarabağın həm səfalı, həm şəfalı, şüşə kimi aydın, göy kimi şəffaf yerində Şuşa adlı şəhər salınır. Suallar: – Pənahəli xan nəyə heyran qaldı? – Hadisələr Azərbaycanın hansı bölgəsində baş verirdi? Qruplarla iş davam etdirilməklə şagirdlərə aşağıdakı tapşırıqlar verilə bilər:
1. Azərbaycanın rayonları və bu rayonların təbiəti, sərvəti haqqında bildiklərinizi danışın. 2. Xarici ölkədən qonaq gəlmiş bir dostuna vətənimizin paytaxtı Bakını necə tanıdardın?