I qrup. “Səməni”
II qrup. “Kos-kosa oyunu”
III qrup. “Novruzda bayram süfrəsi”
IV qrup. “Qulaq falı”
(Müəllim bu mövzuları seçərkən “Altun kitab” nəşrlər evinin “Bayramlar və tarixi günlər”
kitabından istifadə edə bilər.)
Dərsliklə iş. Dərslikdə “Novruz bayramı” mətni oxunur. Müəllim mətndən çıxarılmış
aşağıdakı hissəni oxuyur və həmin hissənin mətndəki yerini müəyyən etməyi tapşırır:
Nə yax şı ki, Novruz bayramında böyüklər tonqal qalamağı qadağan etmir lər.
Başqa vaxt deyirlər ki, odla oynamaq olmaz. İlaxır çərşənbəsində isə nəinki ton-
qal qalamağa, hətta üstündən tullanmağa da icazə verirlər.
Sonra dərslikdən 1-2-ci tapşırıqlar yerinə yetirilir.
Müəllim uşaqlarla birlikdə “təntənə” sözünün mənasını açıqlayır və
iş dəftərinin 14-15-ci
səhifələrindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dostları ilə paylaş: