363 — Roma imperatoru Yulian (Ju-
lian) Sasani ordusuna qalib gəlib.
1453 — Sultan II Mehmedin başçılığı
altındakı Osmanlı ordusu İstanbulu
fəth edərək Bizans dövlətinə son
qoyub.
1727 — II Pyotr Rusiya çarı olur.
1848 — Viskonsin ABŞ ştatı olur.
1918 — Azərbaycan parlamenti (Mil-
li Şura) Antanta dövlətlərinin davamlı
təzyiqlərindən sonra Azərbaycan şə-
həri İrəvanın Ermənistana verilməsi
haqda qərar qəbul edir.
1924 — İspaniyada Rayo Vallekano
(Madrid) klubunun əsası qoyulub.
Mənəviyyat
№08 (183) 29.05.2015
5
Dünya
№08 (183) 29.05.2015
4
“Eurovision-2015” mahnı
müsabiqəsinin qalibi 365
xalla İsveç təmsilçisi Mons
Selmerlev olub
49 xal toplayan Azərbaycan təmsilçisi Elnur Hüseynov mü-
sabiqədə 12-ci yeri tutub.
Mayın 23-də Avstriyanın Vyana şəhərində "Wiener Stadthalle"
arenada “Eurovision-2015” mahnı müsabiqəsinin final şousu
keçirilib.
Final mərhələsində 27 ölkə təmsilçisi öz səhnə perfomanslarını
nümayiş etdiriblər.
Azərbaycan təmsilçisi Elnur Hüseynov səhnəyə 24-cü çıxaraq
“Hour of the Wolf” mahnısını səsləndirib.
İştirakçıların səhnəyə aşağıdakı ardıcıllıqla çıxaraq mahnılarını
ifa ediblər:
1. Sloveniya, 2. Fransa, 3. İsrail, 4. Estoniya, 5. Böyük Britani-
ya, 6. Ermənistan, 7. Litva, 8. Serbiya, 9. Norveç, 10. İsveç, 11.
Kipr, 12. Avstraliya, 13. Belçika, 14. Avstriya, 15. Yunanıstan, 16.
Monteneqro, 17. Almaniya, 18. Polşa, 19. Latviya, 20. Rumıniya,
21. İspaniya, 22. Macarıstan, 23. Gürcüstan, 24. Azərbaycan, 25.
Rusiya, 26. Albaniya, 27. İtaliya.
Beləliklə, “Eruovision-2016” yarışması İsveçdə baş tutacaq.
İstidən ölənlərin sayı
1118 nəfərə çatdı
Hindistanda 50 dərəcəyə çatan istilər səbəbindən ölənlərin
sayı 1118 nəfərə çatıb.
Məlumata görə, Hindistan rəsmiləri ölü sayının artacağını bildi-
rib. Qərbi Benqal və Orissa ərazilərində 24 nəfər, 46 dərəcə isti
olan Telangana ştatında isə 226 nəfər dünyasını dəyişib.
Hindistan Meteorologiya İdarəsi Orissa, Jarkhand və Andra
Pradeş ştatlarında 45 dərəcədən artıq istilərin olacağını bildirib.
Kraliçadan qalmaqallı açıqlama
Böyük Britaniya kraliçası II Yelizaveta hökumətin ölkənin Avropa Birliyinə üzvlüyü ilə bağlı
referendum keçirilməsi barədə qanun qəbul edəcəyini bildirib.
Kraliça bu haqda ölkə parlamentində çı-
xışında deyib. II Yelizaveta referendumun
2017-ci ilin sonunadək keçiriləcəyini qeyd
edib.
“Mənim ölkəm Birləşmiş Krallığın Avro-
pa Birliyi ilə münasibətlərinə yenidən baxa-
caq və bütün üzv ölkələrin xeyri, maraqları
naminə bu birlikdə islahatlara çalışacaq”, -
deyə kraliça II Yelizaveta vurğulayıb. Kra-
liça həmçinin qeyd edib ki, Böyük Britani-
ya Ukraynanın şərqindəki vəziyyətə görə,
Rusiyaya təzyiqləri davam etdirəcək.
Bildiririk ki, mayın 7-də Böyük Britaniyada keçirilən parlament seçkisində baş nazir David Ke-
meronun mühafizəkar partiyası qalib gəlib.
Avropa Birliyinə üzvlüklə bağlı referendum keçirilməsi onun seçkiqabağı vədlərindən biri olub.
Stoltenberq:
“Hərbi əməliyyatlar bərpa oluna bilər”
Ukraynanın şərqində atəşkəs rejimi pozulmaqda davam edir.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-
nun baş katibi Yens Stoltenberq bəyan edib.
Vaşinqtonun beynəlxalq
və strateji araşdırmalar
Mərkəzində çıxış edən
Y.Stoltenberq qeyd edib
ki, bölgədə hər an hərbi
əməliyyatlar bərpa olu-
na bilər: “Bu səbəbdən
mən ABŞ, Almaniya və
Fransanın səylərini tam
dəstəkləyirəm. Böhran si-
yasi yolla həll olunmalıdır.
Sülhün yolu isə Minsk
razılaşmalarının yerinə
yetirilməsidir”.
NATO-nun baş katibi Rusiyanı qonşu dövlətlərin sərhədlərini pozmaqda
ittiham edib: “Rusiya qondarma Donetsk və Luqansk xalq respublikalarına
yardım göstərir, Krımı ilhaq edərək və silahlılara fəal dəstək verərək
beynəlxalq hüququ pozur”. Y.Stoltenberqin sözlərinə görə, Ukraynada baş
verənlər Avropa qitəsində təhlükəsizliyin əsaslarını sarsıdır.
Toni bleyer istefa verdi
Sabiq İngiltərə baş naziri Toni Bleyer Yaxın Şərq Kvartetinin Xüsusi Nümayəndəliyi
vəzifəsindən istefa verib.
Məlumata görə, İsrail-Fə-
ləstin probleminin həlli üçün
ABŞ, AB, BMT və Rusiya
tərəfindən yaradılan Yaxın Şərq
Dördlüyündə təxminən 8 ildir
xüsusi nümayəndə olan Bleyerin
istefasının səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Böyük Bri-
taniyanın 1997-ci ildən 2007-
ci ilədək 73-cü Baş Naziri olan
Toni Bleyer Leyboristlərin tari-
xində ən çox partiya liderliyin-
də qalmış şəxsdir.
XX əsrdə ancaq Bleyerr və Marqaret Tetçer üç seçki nəticəsində hakimiyyətdə
qalıblar.
Vaşinqton meri 28
mayı azərbaycan
Milli Günü elan etdi
Vaşinqton şəhərinin meri Müryel Bouzer (Muriel
Bowser) 2015-ci ilin 28 may tarixinin ABŞ paytaxtında
rəsmi olaraq Azərbaycan Milli Günü elan edilməsi
barədə Bəyanat imzalayıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən
məlumata görə, sənəddə 28 may 1918-ci ildə yaradılmış
Azərbaycan Xalq Cümhuriyyətinin ilk dünyəvi mü-
səlman Demokratik Respublikası olduğu, bütün və-
təndaşlarına bərabər hüquqlar, o cümlədən qadınlara
seçkilərdə iştirak etmək hüququnu vermiş ilk müsəlman
ölkəsi olduğu qeyd edilir. Azərbaycanın ABŞ-ın önəmli
strateji tərəfdaşı olduğu vurğulanır. Bildirilir ki, sayı 40
milyondan artıq olan dünya Azərbaycanlıları 97 ildir ki
28 may tarixini Milli Gün kimi qeyd edir.
ABŞ paytaxtında 28 may tarixinin Azərbaycan Milli
Günü elan edilməsi artıq bir ənənəyə çevrilib. Hazırda
ABŞ-ın digər ştatlarında və ayrı-ayrı şəhərlərində də 28
mayın Azərbaycan Milli Günü elan edilir.
Qeyd edək ki, keçən ilin sonu Vaşinqtonun meri
seçilmiş M.Bouzer şəhər tarixinə bu vəzifəyə seçilmiş
ikinci qadın kimi düşüb.
“Qazprom” rəhbəri:
Ukraynanın qaza görə
Rusiyaya 29 mlrd dollar
borcu var
Ukraynanın qaza görə Rusiyaya ümumi borcu bu
günə 29 mlrd dollar təşkil edir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə
görə, bu barədə Rusiyanın “Qazprom” holdinqinin rəhbəri
Aleksey Miller bildirib.
“Ukraynanın “al və ya ödə” cərimələri ilə bağlı qaza
görə borcu bu günə 29,477 mlrd dollar təşkil edir, bunun
2,604 mlrd dolları 2013-2014-cü illərdə tədarük olunan
qaza görə borc və üstünə hesablanan peniyadır (faiz)”,
deyə o bildirib.
Millerin sözlərinə görə, borcun 200 mln dolları
Ukraynanın cənub-şərqinə tədarük olunan qaza görə
yaranan borcdur: “Bu tədarüklərə görə “Naftoqaz Ukray-
na” bizə ödənişlər etmir”. Onun sözlərinə görə, borcun
qalan hissəsi 2012, 2013 və 2014-cü illər üzrə “al və ya
ödə” sxemi üzrə cərimələrdən ibarətdir.
Böyük intellektual təfəkkürə malik olan Fikrət Mursaqulov
haqqında çoxdan eşitmişdim. Hətta “Borçalıdan keçən yol-
lar” almanaxında onun iki şeirini oxumuşdum. Güclü erudik
qabiliyyətə malik olan bu insan həyatı boyu öz yaradıcılıq
manerası ilə müasirlərini heyrətləndirmişdir. Onun dünyaya
baxışı saf poeziya bulağından süzülüb gələn ürəyinin çırpıntıları
ilə həmahəng səslənirdi. Onun poeziya yollarındakı addımları
mətinliyi ilə diqqəti çəkirdi. Bəlkə də poeziya Fikrətin həyat
yolunun yoldaşı idi. Fikrət Mursaqulov dünya işığına həsrət qal-
sa da, onun elm və poeziya aləmindəki uğurları yoluna həmişə
işıq salmışdır. Ürəyindən gələn poetik mənlik onun mənliyini
yüksəklərə qaldıra bilmişdir.
Böyük rus yazıçısı Qoqol göstərirdi ki, həyat reallığı yazıçı
həyatının güzgüsünə çevrilməlidir. Bu reallıq həyat həqiqətlərini
əks etdirəndə yazıçı və şairin həyatı irəliyə doğru xalq içərisində
addımlayır. Məhz Fikrətin yaradıcılığı da bu qəbilədəndir.
Həm də Fikrət həyatda olan reallıqları gözləri ilə yox, ürəyi ilə
duymuşdur. O, dünyaya ürəyi ilə baxıb, yazıb, yaratmışdır. Özü
də necə?! Həyatın bütün incəliklərini duya-duya...
Deyirlər həqiqi poeziya heç vaxt ölmür. Neçə ki, onun xalqı
yaşayır, həqiqi poeziya da həmişə yaşar olur – həmişəyaşıl
ağaclar kimi.
Bizə belə gəlir ki, Fikrətin poetik tutumlu yazıları həyat
uzandıqca daha da pərvazlanır:
Tuş gəldimi sana yağı qarğışı,
Yolladımı yığvalina qar qışı?
Çox budadın yağış günü qar qışı,
Dillənəndə hey dilədin yaz günü.
Sən olanda qalaların dustağı,
Təpələndi ömrün-günün duz dağı,
Ovulanda göz yaşının duz dağı,
Gözlərini çoxlu sardı yaz günü.
Göründüyü kimi şairin dərin poetik imkanlara malik olduğu-
nun şahidi olursan. Şairin “Bu Tiflis” şeiri bu cəhətdən daha
səciyyəvidir:
Bu Tiflisin yolunu bilməsən,
Gözəlliyi harda gəzə bilərsən?
Bu Tiflisin dilini bilməsən,
Küçələrində aza bilərsən.
Bu Tiflisin hamamları,
Çayxanaları olmasa,
Bu Tiflisi
Bir özgə yerə yozardın,
Bu Tiflisi Tiflislikdən pozardın.
Əsl ürəkdən süzülən misralardır. Fikrət heç vaxt özünü poeziya
aləmində “dərdli”, “qəmli” saymayıb, buna ehtiyac da duymayıb.
Bəlkə də taleyin və böyük Allahın ona bəxş etdiyi çatışmazlıqlarla
barışıb...
Həyata ürəyi ilə yanaşıb. Ona bu əməldə ulu Tanrı kömək
etmişdir.
Baxın, görün Fikrət “Hanı məktubun sorağı” şeirində necə gözəl,
düşündürücü epizodlar yaratmışdır:
Səmtini dəyişdi
Məktubunu mənə gətirən təyyarə?
Sözlərin yıxılıb haçalandımı,
Məktubunu mənə gətirən təyyarə ilə birgə?
Yolundanmı çıxdı
Məktubunu mənə gətirən qatar?
Sətirlərin cırıla-cırıla
Qırılıb ovxalandımı,
Məktubunu mənə gətirən qatarla birgə?
Bəlkə məktubunu mənə gətirmək üçün,
Nə havaya təyyarə qalxıb,
Bəlkə də
Elə sən özün
Şübhəmdən keçən
Təyyarəyə dönmüsən.
Şübhəmdən keçən
Qatara çevrilmisən,
Sənə yolladığım məktubdan öncə?
Görünür ki, şair kimdənsə məktub gözləyir. Lakin ümidi boşa
çıxır. Bu ümidi reallığa çevirməyə nail ola bilir – poeziya dili
ilə. Belə nəticə hasil olur ki, onun sevincinə şərik olmağa çağırır
kimi isə...
Kim bilir, bəlkə, ürəyində sevdiyi sevgilisinə gileylənir...
Əlbəttə, Fikrətin poeziyasını böyük dahilərin poeziyası ilə bir
araya qoymaq olar:
Bu gələn yaşıl yazın
Bizə sözü bir nazdı,
Bu gələn yaşıl yazın
Gətirəni bir sazdı.
Bu yaz bir sözə gəldi,
Bu naz bir saza gəldi.
Bu gələn yaşıl yazın
Bülbülü bizə gəldi.
Və nəhayət, bu yaz Fikrət 60 yaşında doğma Borçalıya gəldi,
özü də təmənnasız.
...Gərək ki, onu sevə-sevə oxuya Borçalılar!..
Elxan Əsgərov
Mənəviyyat
№08 (183) 29.05.2015
5
Dünya
№08 (183) 29.05.2015
4
İbrahimxəlil süfrəsi
(inversiya)
Mən də deyirəm, ey dad-bidad, görəsən o adam
niyə vaxtının çoxunu xüsusi parçadan tikilmiş
süsənli süfrə başında keçirir? Sən demə, süfrədə
oturmaq nə dünya illərinə, nə də axirət illərinə
qarışmırmış. Baxın, bu barədə “Əl-İxtisas” nə
yazır: “... süfrədə oturmağı uzadın; çünki həmin
müddət sizin ömrünüzdən hesab edilmir”.
O adama beş demə, on de, on demə, on beş de,
nəfsinimi cilovlayacaq? Quli-biyaban qarnını dol-
durmaqla məşğuldur; məlum məsələdir ki, qarnını
doldurmağın qeydinə bu qədər qayimməqam qa-
lan kəs qarnını halalla necə doldurursa, haramla
da o cür doldura bilər. Pakı-təmizi natəmizdən
ayırmağa vaxtımı var?
Süfrəyə dəvət edən də ona Allaha xatir yemək ve-
rir; özü də nə mükafat istəyir, nə də təşəkkürlər...
Amma o adam iki qardaşın – əvvəlcə İbrahimin,
sonra da Xəlilin süfrəsinə dadanantək, kənddə az
qala hamı İbrahimxəlil süfrəsindən danışmağa
başladı. Əlbəttə, İbrahimxəlil olaraq, söhbət mə-
nim süfrəmdən getmir. Söhbət unudulmaz türk
müğənnisi Barış Mançonun mahnı da qoşduğu
Xəlil-İbrahim süfrəsindən (Halil-İbrahim sofrası)
gedir. Sadəcə olaraq mahnının bir neçə misrasını
xatırlatmaqla kifayətlənirəm:
İllərdir sürüb gedən bir pay alma çabası...
...hələ çatal bıçak, qaşıq icad edilməmişkən,
İsmayıla enən qoç qurban edilməmişkən
bir qovğa başlamış ki, nəsib qismət uğruna...
...ağzı açıq gözü toxlar buyursunlar baş köşəyə:
buyurun, dostlar, buyurun Xəlil-İbrahim süfrəsinə...
Əlbəttə, unudulmaz Barışın mahnısından dolayı,
o adama Xəlil-İbrahim süfrəsinin mənasını
çatdırmaq istəyənlər də tapılıb. Amma o adam da
qayıdıb deyib ki, yaxşı bilirəm ki, bu işlər, bu “kirvə
payının qabağını qaytarmaq” İbrahim və Xəlil
qardaşlarının yox, o şair dediyiniz İbrahimxəlilin
işidir. O getsin kitabdan və dəftərdən (qələmi və
qələmin ucundakı ümidi nədənsə unudub) savayı
heç nə tapılmayan süfrəsinin dərdini çəksin!
Burası aydındır ki, “Allahın sevimlisi” mənasında,
əlbəttə, hər İbrahim “Xəlil-Xəlilullah” ola bilməz!
Yəni həzrət İbrahimin (ə) qonaqpərvərliyi, hətta
qonaq olmayanda süfrəyə oturmadığı və evdən
qonaq axtarmağa çıxmağı bütün insanlıq üçün
belə, bir üstünlük-istisna deyilmi? Üstəlik, həzrət
İbrahim (ə) bircə nəfər qonağının üzünə çəkmədi
ki, ey bəni-adam, qövmüm bütpərəst olan vaxt-
lar, yetkinlik yaşıma qədər təcrid olunub tənha
yaşamağım yadındadırmı? Hələ atəşə verilməyimi
demirəm. Ey bəni-adam, bunuca bil ki, oğlum
İsmayılı sənə görə yox, Allahıma görə kəsmək
qərarına gəlmişdim.
İndi mən eşidəndə ki, o adamın tez-tez qonaq
olduğu iki qardaşın – əvvəlcə İbrahimin, sonra da
Xəlilin süfrəsi quruya qalıb, yəni qədim-qayım
Xəlil-İbrahim süfrəsitək, bir ucdan aşıb daşmır,
anbarları bərəkətlə dolmur, səxavəti sellənmir...
onda qələm tutan barmağımı dişlədim: and olsun
qələmə və yazılanlara!
P.S.
İnsanoğlu yoxsul olan kəsi süfrəsinin baş
köşəsində əyləşdirir. Qəlbi, nəfsi yoxsul olanı isə
Allahın fəzilətinə ismarlayır...
İbrahimxəlil
Fikrət Mursaqulov-60
Dünyaya ürəyi ilə baxan şair
İstanbul’un Fethi (29 Mayıs 1453)
Bugün 29 Mayıs 2015, İstanbul´un Fethi´nin 562. yılı. Bizans İmparatorluğu´nun başkenti olan İstanbul (Bizans)‚ Fatih Sultan Mehmet
tarafından 53 gün süren bir kuşatmadan sonra 29 Mayıs 1453´te fethedilmiştir. Tarihin çeşitli dönemlerinde birçok devletler tarafından 28 defa
kuşatılmalara karşı koyan İstanbul´un aşılması güç olan ünlü surları‚ 29 Mayıs 1453 tarihinde aşılmış ve İstanbul (Bizans) fethedilmiştir.
Fatih Sultan Mehmet (II. Mehmet)‚ Sultan II. Murat´ın oğlu olarak 1431 yılında Edirne´de dünyaya geldi. Edirne‚ İstanbul´un fethinden 91
yıl önce fethedildiğinden (1362) dolayı‚ İstanbul´un fethine kadar Osmanlı Devleti´nin başkentiydi. Babasının inzivaya çekilmesi sebebiyle
tahtını oğluna bırakması üzerine II. Mehmet‚ 13 yaşında padişah olmuştur. Osmanlı tahtına 13 yaşında bir çocuğun geçmesini fırsat bilen batı‚
ordu toplayıp Osmanlı Edirne üzerine yürümeye başlar. Bunu haber alan padişah Sultan II. Mehmet‚ o ünlü mektubunu babasına yazar.
Sultan Mehmet, mektubunda, babasına hitaben şöyle der;
-Baba‚ padişah sen isen‚ ordunun başına geç! Yok eğer padişah ben isem‚ emrediyorum ordunun başına geç!
Babası Sultan II. Murat Manisa´dan‚ başkent Edirne´ye gelerek tekrar tahta geçer ve haçlı ordularını bozguna uğratır.
1451 yılında Sultan II. Murat´ın ölümü üzerine 19 yaşında olan oğlu II. Mehmet,
ikinci defa tekrar tahta çıkar. Tahta oturduğu günden itibaren Bizans´ı fethetmek
düşüncesi kafasını meşgul eder. Hatta bu düşünce; “-Ya Bizans´ı alırım‚ ya da Bi-
zans beni alır” diyecek kadar sabit fikir haline gelir. Bu düşüncesini uygulamaya
koymak için hazırlıklara girişti. Bunun için Edirne´de beş büyük top döktürdü. Her
bir topu 60 manda çekebiliyordu. 350 adet irili ufaklı gemi yaptırarak güçlü bir
donanma meydana getirdi.
Bu hazırlıklar yaklaşık 2 yıl sürdü. Hazırlıklar tamamlanınca da 1453 yılının 6
Nisan günü‚ 150.000 kişilik bir orduyla Edirne’den gelerek, İstanbul´u kuşattı.
Günlerce süren yıpratıcı hücumlardan sonra ve kuşatmanın 53. gününde‚ bugünkü
Topkapı ile Vatan Caddesi arasında bulunan Kale Kapısı denilen bölüm de bulunan
surlarda açılan gediklerden Türk orduları şehre girerler. İstanbul’un Fethi ile birlikte
Bizans İmparatorluğu da tarih sahnesinden çekilir.
İstanbul´un Fethi´nin 562. yılı kutlu olsun
№08 (183) 29.05.2015
7
Mədəniyyət
№08 (183) 29.05.2015
6
Bu günlərdə bir məclisdə ustad Aşıq Məhəmməd
Sadaxlının 85 yaşının tamam olacağını eşidib sevin-
dim, sonar da dərhal kövrəldim.
Sevindim ona görə ki, 85 yaş aşıq üçün, yaradıcı
insan üçün sənətin kamillik zirvəsinə ucaldığı yaşdı,
kövrəldim ona görə ki, mən hələ lap uşaq ikən ustad
aşıq ellərimizdəki toy məclislərində uca boylu, şux
qamətli, bahalı mahud parçadan zövqlə tikilmiş
qalifeyi aşıq paltarında, enli toqqa kəmərli, par-par
parıldayan çığıltılı, çəkmələrdə çox görmüşdüm,
məclislərdə gözəl və məlahətli səsi ilə oxuduğu aşıq
mahnılarını çox dinləmişdim. Onun şəxsiyyətinin
və sənətinin vurğunu idim. Sonra da fikirləşdim ki,
fürsətdi, ustadla görüşüb, onu bəri başdan təbrik
edim, keçdiyi 85 illik ömür yoluna bir ayna tutum.
Onun xatirələrini öz dilindən eşidim. Bu məqsədlə
də üz tutdum böyük Sadaxlı elinin Mollaoğlu adla-
nan guşəsinə, ustad Aşığın yaşadığı dogma yurda.
Həyət-bacada səliqə-səhman, bağ-bağça göz ox-
şayır, dağlardan əsən sərin meh təmizlik, təravət
gətirirdi. Samovar çayının ətrinə bata-bata ustad
aşıqla şirin söhbətə başladıq. Ustad xatırlatdı ki,
Mollaoğlu kəndinin adı əvvəllər Palıdlı olub. İlk
məskən salan molla oğlu olub. Onun adı ilə kənd
sonradan Mollaoğlu adlanıb. İlk məskunlaşan nəsil
Daşdəmirli nəsli olub. İndi maşallah, sayılıb-seçilən
ellərimizdən biridir.
Ustadın söylədiklərinə söykənəndə məlum olur ki,
saz çalmağa 11-12 yaşı olanda başlayıb. O zamanlar
aşıq Hüseyn Saraçlı müvəqqəti olaraq 3-4 il burada
yaşayıb. Saz sənətinə həvəs və maraq da ustad aşıq
Məhəmmədə elə bu zaman Hüseyn Saraçlı sazının
sehri ilə yaranıb. 1951-1954-cü illərdə əskərlikdə
olan ustad cismən sazdan aralı düşsə də, xəyalən
sazla bağlı olub, ürəyi dolanda tənhalığa çəkilib,
havalar uydurub, misralar pıçıldayıb. 1954-cü ildə
hərbi xidmətdən qayıdan kimi yollanıb birbaşa
ölməz sənətkar ustad aşıq Xındı Məmmədin yanına
şəyirdliyə. Saz sənətinin sehri və sirlərini ustadın
dilindən və hərəkətlərindən zərrə-zərrə, damla-
damla toplayıb, mənimsəyib, özününküləşdirib.
Və nəhayət, məclislərin birində püxtələşmiş,
kamilləşmiş aşıq kimi meydana çıxıb. Gözəl ifası,
yanıqlı çalğısı ilə adını Borçalının məşhur və ulu
ozanlarının siyahısına yazdırıb.
Həmişə yanında olan sazını köksü üstə kökləyib,
“Ustadlara rəhmət” deyib, çalmağa başlayır. Çal-
dıqca-çalır, gah həzin bulaq pıçıltısının, gah qoç
Koroğlunun Qıratının kişnərtisi eşidilir sazından.
Xəyalən zirvəyə qonmuş qartala bənzədirəm ustadı
bu an. Sanki indicə geniş və qüvvətli qanadlarını
açıb, mavi səmanın lap ənginliklərinə uçacaq…
Özü haqqında danışmağa təvazökarlıqdan doğan
xəsisliklə yanaşır. Amma elə ki, ulu Borçalı aşıq-
larından söz düşür, dərhal ruhlanır, cana gəlir, on-
lar haqqında həvəslə danışır: Daştəpə kəndində iki
ustad aşıq varıydı – aşıq Məmməd və aşıq Şamil,
özləri də dayıoğlu-mamaoğlu idilər, Soğanlıqda aşıq
Sadıq, Seyidiqocalı kəndində aşıq Oruc, Qırxılıda
aşıq Ziyəddin kimi məşhur aşıqlar var idi. Amma
təəssüf ki, onlar haqqında mətbuatda məlumatlar
az gedir. Bax, onlardan yazmaq, onları tanıtmaq
lazımdır, deyir ustad.
Sonra Bəyazidli aşıq Məsim haqqında şövqlə
danışmağa başladı. Hazırda mövcud olmayan bu
kənd keçmişdə Qırxılı ilə Qayaqocalı kəndləri
arasında olub, xarabalıqları və qəbiristanlığı indi də
durur. Aşıq Məsim orada yaşayıb deyə izahat verir
ustad. Sonra yaddaşından aşıq Məsimin iki şeirini
vərəqə köçürüb mənə verir. Qardaşoğlu, bacarsan
bax bu şeirləri çap elətdir deyir:
Aşıq Məsim Bəyazidli:
Dostları ilə paylaş: |