Gürcüstanda Müstəqillik Günü qeyd olunub



Yüklə 3,1 Mb.
Pdf görüntüsü
səhifə3/5
tarix31.01.2017
ölçüsü3,1 Mb.
#7261
1   2   3   4   5

Gözəl 

Səbəb nədi gəlib pambıq dərirsən,

Söylə görüm, nədir günahın, gözəl,

Bu dünya fanidir, qəsd etmə cana,

Qozalar incidər barmağın, gözəl.

Qozalar açılıb ağlı-yumşaqlı,

Yanın da yoldaşı,körpə uşaqlı,

Özü həyalıdı, ağzı yamşaqlı,

Laləyə bənzəyir yanağın, gözəl. 

Əcəb seyrangahdı Qaçağan düzü,

Sürməli ceyrana bənzəyir gözü,

Məsim qonaq gəlsin əlində sazı,

 Xalıynan bəzənə otağın, gözəl.    

Gəldi-keçdi 

Borçalı elində, yol kənarında,

Sallanıb qarşımnan yar gəldi-keçdi,

Keçdi, soruşmadı əzri-halımı,

Gen dünya başıma dar gəldi-keçdi.

Al-yaşıl geyinib, xınalı dəsdi,

Yel vurub cığalı telləri əsdi,

Qıyqacı, baxışı səbrimi kəsdi,

Çiskinli, boranlı qar gəldi-keçdi. 

Aşıq Məsim dərdin-qəmin kanıdı,

Şirin ləblərinnən əmən çağıdı,

Bütün var əndamın can dərmanıdı,

Qıymadı, qoynunda nar gəldi-keçdi. 

Ustada  söz  verirəm  ki,  sağlıq 

olsun,  inşallah,  çap  etdirərəm. 

Oğul-uşağın, 

nəvə-nəticənin 

içində (3 oğul, 4 qız, 20 nəvə, 16 

nəticə) dağ döşündə bitmiş palıd 

ağacına  bənzədirəm  ustad  aşıq 

Məhəmməd Sadaxlını. 

Köklərin  dərin,  gövdən  möh-

kəm, budaqların uzun və çalkeçir, 

yarpaqların  sıx,  kölgən  sərin, 

qonaqlı-qaralı olsun, Ustad! 

Beləcə  yekunlaşır  söhbətimiz 

Ustadla,  Türk  adətincə  əllərini 

öpüb,  gözlərimin  üstünə  qo-

yuram.  Arxamca  ustadın  ey-

vandan  “Ellərimiz  var  olsun” 

sözlərini söylədiyini eşidirəm. 

Mən də ustadın sözlərinə cavab 

kimi  elqızımız  şairə  Məhbubə 

xanımın  ustad  aşıq  Məhəmməd 

Sadaxlıya  həsr  etdiyi  şeirindən 

bu misraları pıçıldayıram: 



Dastançı aşıqsız, gözəl avazla,

Sehirli aləmsiz o telli sazla,

Deyən, qarışıqsız baharla, yazla,

Eşq də sizdə, yaz da sizdə, ay Ustad! 

Şen olsun ocağınız, xananız,

Şərəflidi sizing ustad adınız,

Neçə-neçə dastanlar yaratdınız,

Yol da sizdə, iz də sizdə, ay Ustad! 

Borçalının çox dəyərli oğlusuz,

Etibarda, əməlində doğrusuz,

Ustad Məhəmmədi Tanrı qorusun,

Ömür olsun yüz də sizdə, ay Ustad! 

Əmiraslan Əlizamanlı,

Marneuli, Aşağı Qullar. 

Putin Polad bülbüloğluna 

"Şərəf" ordeni təqdim etdi

 

Rusiya  prezidenti  Vladimir  Putin Azərbaycanın  Rusiyadakı  səfiri  Polad 



Bülbüloğlunu  "Şərəf"  ordeni  ilə  təltif  edib. APA-nın  Moskva  müxbirinin 

verdiyi məlumata görə, Kremlin Yekaterina zalında dövlət mükafatlarının 

təqdimetmə mərasimi keçirilib. Mərasimdə Vladimir Putin "Şərəf" ordenini 

səfir Polad Bülbüloğluna təqdim edib.

Səfir  Polad  Bülbüloğlu  çıxışında  Rusiya  prezidentinə  yüksək  mükafata 

görə  təşəkkürünü  bildirib:  "Sizin,  Rusiya  Federasiyasının  prezidentinin 

əlindən "Şərəf" ordenini almağın yüksək şərəf olduğunu başa düşürəm. Mən 

sizə can sağlığı, böyük Rusiyanın xeyrinə fəaliyyətinizdə müvəffəqiyyətlər 

arzulayıram".

Rusiya prezidenti "Vətən qarşısında xidmətlərinə görə", "Hərbi xidmətə 

görə",  "Şərəf"  və  "Dostluq"  ordenlərini  xalq  təsərrüfatının  müxtəlif  sa-

hələrinə və humanitar sahələrdə fərqlənən şəxslərə təqdim edib.

Vladimir  Putin  çıxışında  dövlət  mükafatı  alanlara  yaradıcı  əməyinə,  öz 

ölkələrinə sədaqətliliyinə və əldə etdikləri nəticələrə görə təşəkkürünü bildi-

rib.

Tbilisidə Türkiyə, Gürcüstan, 

azərbaycan və Kərkük yazıçılarının 

görüşü keçirilib 

 

Tbilisidə  "Varlıq"  Mədəniyyət  Mərkəzinin  təşkilatçılığı  ilə  Türkiyə, 



Gürcüstan,  Azərbaycan  və  Kərkükdən  (İraq)  gələn  şair  və  yazıçıların 

görüşü keçirilib.

Gürcüstan  Elmlər Akademiyasında  keçirilən  görüşdə  çıxış  edən  Kıbrıs-

Balkanlar-Avrasiya  Türk  Ədəbiyyatları  Qurumunun  (KİBATEQ)  rəhbəri 

Feyyaz Sağlam görüşün tanışlıq xarakteri daşıdığını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin 

rəhbəri  Rafiq  Hümmət  və  bölmənin  üzvləri,  gürcü  yazıçıları,  KİBATEQ-

in üzvləri görüşün tarixi əhəmiyyət kəsb etdiyini, ədəbi əlaqələrin daha da 

inkişaf etdiriləcəyini vurğulayıblar. Tədbirin sonunda türk və azərbaycanlı 

şairlərdən  Şükrü  Aydın,  Mövlud  Kaplan,  Güzin  Onralkan,  Aişə  Tural, 

Kərkükdən  gələn  Şəmsəddin  Küzeçi,  Səadət  Buta,  Fatma Aslan,  Osman 

Əhmədoğlu və başqaları şeirlərini söyləyiblər.

İraqdan gələn Kərkük Mədəniyyət Dərnəyinin qurucusu Şəmsəddin Küzeçi 

İraqtürkmənlərini təmsil etdiyini bildirib: "Biz özümüzü Azərbaycanımızın 

bir parçası hesab edirik. Bu gün Gürcüstanda yaşayan azərbaycanlı şair və 

yazıçılarla keçirdiyimiz görüşlər bizi çox sevindirir".

Tədbirdə  yazarlar  kitablarını  bir-birilərinə  hədiyyə  ediblər.  Sonda  görüş 

iştirakçıları xatirə şəkili çəkdiriblər.

Tədbirdə  Gürcüstanın  baş  nazirinin  köməkçisi  Savalan  Mirzəyev, Azər-

baycanın  Gürcüstandakı  səfirliyinin  əməkdaşı  Elcan  İmamverdiyev,  Gür-

cüstan parlamentinin üzvü Mahir Dərziyev, Gürcüstan barışıq və vətəndaş 

bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı, gürcü 

türkoloqları,  jurnalistlər  və  QHT  nümayəndələri,  həmçinin  bölgələrdən 

gələn azərbaycanlı yazıçı və şairlər iştirak ediblər.

aşıq Məhəmməd Sadaxlı – 85

Sinəsi söz yatırı aşıq


№08 (183) 29.05.2015

7

Mədəniyyət

№08 (183) 29.05.2015

6

Cəmiyyət

  bəhram İsmayılov:

 Kəndimizi gözəl və firavan görmək istəyirəm!

nəzərli kəndindən Qardabani rayon bələdiyyəsinə se-

çilmiş deputat bəhram Ziyəddinoğlu ilə müsahibəmizi  

oxucularımıza təqdim edirik. 

 İsmayılovBəhram  Ziyədinoğlu 1953-ci il  oktyabr ayının 15-də  



Qardabani rayonunun  Nəzərli kəndində anadan olub. O, 1969-cu 

ildə Kosalı  kənd orta məktəbini bitirdikdən sonra, elə  həmin ildə də  

Azərbaycan  Dövlət  Tibb  İnustutunun  Pediatriya  fakültəsinə  daxil 

olur. 1976-ci ildə İnustutu bitirən Bəhram İsmayılov  azadtəyinatla 

doğma vətəninə qayıdır. Həmin ildən dəo,  Rustavi şəhərindəki   uşaq 

xəstaxanasında  pediatr həkim kimi əmək fəaliyyətinə başlayır. 

 Sonra Bəhram Ziyəddinoğlu 1980 ci-ildə  Qardabani  rayonunun   

Vaxtanqisi kənd ambulatoryasında uşaq həkimi, sonralar isə həmin 

ambulatoriyanın    baş  həkim  vəzifəsinə  təyin  edilir.Bir  çox    ixti-

saslara yiyələnən Bəhram İsmayılov 1988-ci ildə  Nəzərli kəndində 

kənd  ambulatoryasını yaradır.  Bu ambulatoriya respublikada ilk  gündüz  stasionar polikilinika sta-

tusunu alır.  Elə  həmin  poliklinikanın baş həkimi işləyən soydaşımız  2002-ci ildə xalqın etimadını 

qazanaraq  kənd  deputatı  seçilir.  Sonralar  Nəzərli  kəndi  üzrə  Qardabani  rayon  icra  hakimiyyətinin 

səlahiyyətli nümayəndəsi kimi vəzifələrdə çalışır. 

Hal hazırda Qardabani rayon sakrebulosunun mojoritar deputatıdır.  O, həm də Qardabani rayon icti-

mai səhiyyə idarəsinin direktoru müavini vəzifəsində  çalışır. 

Ailəlidir. 3 övladı var. 

   -bəhram müəllim, kəndinizdə bu günə qədər görülən işlər barəsində oxucularımıza məlumat 

verməyinizi  xahiş edirik.

-  Qeyd  edim  ki,  kəndimiz  rayonmuzun  ən  böyük  kəndlərindən  biridir.  Kəndimiz  1800-ə  yaxın 

təsərrüfatdan  ibarətdir.  Kəndin  6  min  nəfər  sakini  var.    Kənd  sakinlərinin  əsas  məşğuliyəti  isə  kənd 

təsərrüfatı və maldarlıqdır.  Son illər ərzində kəndimizdə böyük işlər görülüb. Küçələrin asvalt örtüklə 

bərpa edilməsi, küçələrdə gece işiqlarının qurulması, kəndə internet kabel sisteminin çəkilməsi, kənd 

məktəbinin əsaslı təmir edilməsi,  kənddə kiçik  müasir  idman meydançasının  qurulması  kimi işlər 

aparılmışdır. Görüləcək işlərmizdə,  hazırda yenədə davam etməkdədir. 

-  bəhram  Ziyəddinoğlu,    yeri  gəlmişkən,  kəndinizdə  hansı  yeni  işləri  görməyi  nəzərdə  tutur-

sunuz?

Onu bildirim ki, dövlətin  kəndlərdə apardığı  “kəndlərin inkişafı” adlı proqram çərçivəsində kəndimiz 

üçün vacib olan uşaq bağçası binasının bərpa edilməsini, kənd arası küçələrinin çınqılla eləcədə asvalt 

örtüklə təmir edilməsini, bəzi yeni salınmış küçələrə təbii qaz xətlərinin çəkilməsini həyata keçirmək  

qarşımızda duran əsas vəzifələrdəndir. Bu işlərin görünməsinə isə  yaxın günlərdə başlanılacaq. Qeyd 

edim ki, artıq  mərhələ-mərhələ kəndimizin  sosial - infrasturuktura, problemləri həl edilməkdədir. 



 - bəhram İsmayılov, kəndinizingələcəyini necə görmək istəyərdiniz?

 - Mən işlədiyim illər ərzində hər zaman kənd ağsaqqaları, bir qrup müəllim heyəti, gənclər və  eləcədə  

bəzi kənd sakinləri ilə kənd haqqında, kənddə görüləcək işlər barədə, kəndimizin rayon səviyyəsində 

daha nümünəvi və fəal  bir kənd kimi olmasını düşünərək, bununla əlaqədar vaxt aşırı  kənddə toplantılar 

keçiririk, fikir mübadilələri aparırıq və ümümi qərar qəbul edirik. Mən Nəzərli kənd sakini kimi hər za-

man kəndimizi firavan və gözəl  görmək istəyirəm. Buna görə hər zaman elim-obam üçün kəndimiz üçün 

xidmət etməyə çalışacam. əlimdən gələni heç zaman əsirgəməyəcəm.  

nadir almazoğlu

İslamda kişi qadından üstündürmü?

Qadın,  ya  da  kişi,  fərq  olmadan,  bütün  müsəlmanlar  Quran  əxlaqını  ən  gözəl 

şəkildə yaşamağa cəhd göstərməlidirlər.

Allahın  insanlar  üçün  hidayət  rəhbəri  olaraq  endirdiyi  İslam  dini  qadına  böyük 

dəyər verir. Allah Quranın bir çox ayəsi ilə qadını və qadın haqlarını qorumuş, cahil 

cəmiyyətlərdə qadınlara qarşı olan yanlış dünyagörüşünü ortadan qaldırmış, qadına 

cəmiyyət içərisində hörmət qazandırmışdır. Rəbbimiz Quran ayələriylə insanlara Al-

lah Qatında üstünlük ölçüsünün cinsiyyət deyil, Allah qorxusu, iman, gözəl əxlaq, 

ixlas və təqva olduğunu bildirmişdir.

Allah Quranda qadın və kişi arasında fərq qoymamış, bütün insanları ümumi bir 

müsəlman modelinə tabe olmağa çağırmışdır. Müsəlman Allahdan qorxan, hər işində 

Allahın razılığını axtaran, dünya həyatının keçici, ölümün isə yaxın olduğunu bilib, 

axirəti hədəfləyən insandır. Qadın, ya da kişi fərq olmadan, bütün müsəlmanlar Quran 

əxlaqını ən gözəl şəkildə yaşamağa cəhd göstərməlidirlər. Quran əxlaqını mənimsəyən 

qadınlar  da  bütün  zəifliklərdən,  acizliklərdən  və  düzgün  olmayan  davranışlardan 

uzaqlaşaraq, imanın qazandırdığı güclü xarakterə sahib olarlar. İman sahibi insanlar 

yaşadıqları cəmiyyətdən, ailələrindən, ya da dost-tanışlarından gördükləri təlqinlər 

nə olursa-olsun, bunları bir kənara qoyar, Quranda ifadə edilən müsəlman xarakterini 

yaşayarlar.  Mömin  qadın  da Allahın  bəyənib  məmnun  olacağı  əxlaqı  və  xarakteri 

Qurana əsasən təyin edib mənimsəyər.

Quran ayələrinə ümumi şəkildə nəzər saldıqda Allahın qadın və kişiyə ortaq xitab 

şəklindən istifadə etdiyini görürük. Allah Quranda insanın gənc, yaşlı, qadın, ya da 

kişi olmasının deyil, səmimi qəlbdən iman etməsinin önəmli olduğunu bildirir. Buna 

görə də Quran ayələrində qadına və kişiyə birlikdə xitab edir və hər ikisinin də eyni 

məsuliyyətlərə sahib olduqlarını xatırladır. Quranda bu şəkildə bir çox ayə var. Allah 

Quranın,  “Həm  kişilərdən,  həm  də  qadınlardan  mömin  olaraq  yaxşı  işlər  görənlər 

Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (Nisa 

Surəsi, 124) ayəsində səmimi iman etdiyi zaman insanın qadın, ya da kişi olmasının 

heç bir əhəmiyyəti olmadığını, heç bir haqsızlığa uğramadan, mütləq Allahın rəhməti 

və Cənnəti ilə qarşılıq görəcəyini xatırlatmışdır.

Allah Quranda inkar edənlər haqqında məlumat verərkən də qadınlara və kişilərə 

eyni  şəkildə  xitab  edir. Allah  inkar  edən  qadınlarla  inkar  edən  kişilərin,  münafiq 

qadınlarla münafiq kişilərin və müşrik qadınlarla müşrik kişilərin də axirət günündə 

eyni şəkildə qarşılıq görəcəyini, cinsiyyətlərinə görə fərqli qarşılıq görməyəcəklərini 

bildirir.

İman  edən  bütün  insanlar  kimi  müsəlman  qadının  da  tək  rəhbəri  Qurani-Kərim 

və  Peyğəmbərimiz  (səv)-in  sünnəsidir.  Mömin  qadın  bütün  şəxsiyyətini,  xarakter 

xüsusiyyətlərini, həyat tərzini, ideallarını, istəklərini, rəftarını və əxlaqını Qurana və 

Peyğəmbərimiz  (səv)-in  tövsiyələrinə  görə  təyin  edir.  Hər  işlərində  Quranı  rəhbər 

etdikləri  və  Peyğəmbərimiz  (səv)-in  əxlaqını  nümunə  götürdükləri  üçün  daim 

məqsədəuyğun hərəkət edir, hikmətli qərarlar verir və buna görə də etdikləri hər işdə 

ən yaxşı nəticələri görürlər. 

Bundan  başqa  cahiliyyə  əxlaqının  qadınlara  yaşatdığı  bütün  narahatlıqlardan  və 

çətinliklərdən uzaq həyat yaşayırlar. Allahın “Mömin olaraq yaxşı iş görən kişi və 

qadınlara əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları 

mütləq mükafatlandıracağıq.” (Nəhl Surəsi, 97) ayəsiylə mömin qadınlara və mömin 

kişilərə vəd etdiyi kimi gözəl həyat yaşayırlar.

nərmin Kərimzadə

bakıdan məktub 

Hörmətli Fazil müəllim, 

Salamlarım və xoş arzularım Sizin üçün daimidir. Qızım Aynurə 

Sizinlə olan söhbəti xoş təəssüratlarla mənə çatdırdı. Qızıma qarşı 

olan hörmət və sayğınıza görə, rəhmətlik Muxtar müəllimin, Gül-

xu xalanın və mənim ünvanıma söylədiyiniz xoş sözlərə, qızıma 

verdiyiniz məsləhətlərə, isti qayğıkeş  münasibətə və qəbula görə, 

minnətdarlığımı çatdırıram. 

Fazil müəllim, “RegionPress” qəzetində Borçalıda anadan olmuş 

və başqa ölkələrdə nailiyyətlər əldə etmiş həmvətənlər (özümü də 

Borçalılı hesab edirəm)  haqqında məlumatlar verdiyinizi nəzərə 

alaraq bir nəfər haqqında Sizə məlumat vermək istəyirəm. 

Abbas  Nəsibov  1910-cu  ildə  Marneuli  rayonunun  Kəpənəkçi 

kəndində anadan olub, 1936-cı ildə Tiflis Dəmir Yolu İnstitutunu 

qurtarıb,  fəaliyyətini  Azərbaycanda  davam  etdirib,  yüksək 

nailiyyətlər əldə etmiş, işgüzar, bacarıqlı, məsuliyyətli işlərinə görə, 

Ağstafa, Gəncə, Kürdəmir, Mincivan, Xaçmaz stansiyalarında yol 

distansiyalarının  rəisi  vəzifəsində  çalışmışdır.  Müharibə  (1941-

45-ci  illər)  vaxtı  fəal  işlərinə  görə  Stalinin  Abbas  Nəsibovun 

adına göndərdiyi teleqram Borçalı oğlunun işinə münasibətindən, 

əldə  etdiyi  nailiyyətlərdən  xəbər  verir  (həmin  teleqramı  Sizə 

göndərirəm).

A.Nəsibov  iki  övlad  atasıdır.  1983-cü  ildə  vəfat  etmiş, 

Kəpənəkçidə dəfn edilmişdir.

O  nəslin  davamçısı  olmuş  Hidayət  Mahmud  oğlu  da  1930-cu 

ildə  Kəpənəkçidə  anadan  olmuş,  1949-cu  ildə  əmisi Abbas  Nə-

sibovun  məsləhəti  ilə Azərbaycana  gəlmiş  və  həyatının  63  ilini 

dəmir yoluna həsr etmiş, 2012-ci ildə təqaüdə çıxmışdır. Hidayət 

Nəsibov  da  əmisi  kimi  dəmir  yolunda  böyük  nü-

fuza  sahib  olmuş,  “fəxri  dəmiryolçu”  adına  layiq 

görülmüş,  müxtəlif  vəzifələrdə  çalışmış,  dəmir 

yolu  rəhbərliyinin  və  tabeçiliyində  olan  işçilərin 

hörmətini  qazanmışdır.  Azərbaycan  dəmir  yolları 

idarəsində işlədiyim vaxtda H.Nəsibovla yaxından 

tanış olmuşam. 

Onu da qeyd edim ki, “Azərbaycan Dəmir Yolları” 

QSC-də Borçalıdan olan xeyli adam çalışır, hamısı 

da böyük nüfuz və hörmətə malikdirlər. 

Borçalıların  tanıdılması  məqsədi  ilə  atdığınız 

addımlar  alqışa  layiqdir,  gənclərin  tərbiyəsində 

mühüm  əhəmiyyət  kəsb  edir.  “Borçalıları  tanıyaq 

və tanıdaq” yolunda Sizə uğurlar arzulayıram. 

Hörmət  və  ehtiramla,  özünü  həmişə  borçalılarla  hesab  edən, 

borçalılara böyük hörmət bəsləyən Sizin Vidadi müəllim (Məm-

mədrzayev)

Tarixdən bir yarpaq 

Stalinin teleqramı

Zaqafqaziya  dəmir  yolu  idarəsi  və  yol  həmkarlar  ittifaqı 

komitəsinin  orqanı  olan  “Bolşevistkaya  putyovka”  qəzetinin  20 

fevral 1945-ci il 22\2767\ saylı nömrəsində belə bir teleqram dərc 

edilmişdir. 

Ağstafa, Zaqafqaziya dəmir yolu 

Ağstafa yol distansiyanın rəisi, mühəndis-mayor Nəsibova, 

Partiya təşkilatının katibi Çaparlıya, 

Yerli komitənin sədri Heybətova

Xahiş  edirəm  yol.  Bağırov  adına  tank  dəstəsinin  tikintisi  üçün 

72 000 rubl, 152 000 rubl dəyərində dövlət istiqraz vərəqəsi və 

istifadə olunmamış məzuniyyətlərə görə 176 000 rubl kompensasi-

ya toplayan Ağstafa yol distansiyasının işçilərinə mənim qardaşlıq 

salamımı və Qızıl Ordunun təşəkkürünü yetirəsiniz. 

İ.Stalin 

Moskvadan  daxil  olan  9435  nömrəli  teleqrama  əsasən  və  tank 

dəstəsinin  tikintisinin  yaxşı  təşkilinə  görə  yol  rəisinin  müavini-

nin 13 fevral 1945-ci il 1018 nömrəli əmri ilə distansiyanın rəisi 

Nəsibova, partiya təşkilatının katibi Çaparlıya və yerli komitənin 

sədri Heybətova təşəkkür elan edilmişdir. 



Redaksiyadan:  Tarixin  yaddaşlarda  iz  qoyduğu  hər  an  vaxt 

keçdikcə xatırlanarkən daha təqdirə layiq olur. Məhz buna görə 

xalqımızın  faşizmə  qarşı  ölüm-dirim  mübarizəsində  göstərdiyi 

rəşadəti və yüksək vətənpərvərliyi yada salmağı öz müqəddəs bor-

cumuz hesab etdik. Əbəs deməyiblər ki, “Unutsaq unudularıq”. 

Gürcüstanda “associated 

Press”in azərbaycanlı 

fotomüxbirinin sərgisi açılıb 

 

Gürcüstan  Mədəniyyət  Nazirliyinin,  Tiflis  me-



riyasının  və  “Kolqa  Tbilisi  foto”  təşkilatının  tə-

şəbbüsü  ilə  Tiflisdə  fotoqrafların  müsabiqəsi  keçi-

rilib.

APA-nın  Gürcüstan 

bürosunun  məlumatına 

görə,  müsabiqəyə  40 

ölkədən  9  min  foto 

daxil  olub  və  4  nomi-

nasiya  üzrə  qaliblərin 

adı  açıqlanıb.  Məşhur 

“Associated  Press” 

agentliyinin  Qafqaz 

üzrə  fotomüxbiri,  soy-

daşımız  Şahvələd  Əli 

oğlu  Eyvazov  müsabiqənin  qalibi  olub  və  Gürcüs-

tanda foto sənətinə verdiyi töhfələrə görə Aleksandr 

Roinişvili adına mükafata layiq görülüb.

Tiflisdəki  İosif  Qrişaşvili  adına  Tbilisi  Tarix  Mu-

zeyində  Şahvələd  Eyvazovun  çəkdiyi  fotoları  sər-

gisinin  açılışı  keçirilib.  "Müharibə  xətti"  adlanan 

sərgidə Ş. Eyvazovun 60-dan çox foto əsəri nümayiş 

olunub. Sərgidə nümayiş olunan fotolar Osetiya, Ab-

xaziya,  Dağlıq  Qarabağ  və  Çeçenistan  müharibələri 

zamanı çəkilib.

Sərgi mayın 9-na kimi davam edib.

Qeyd edək ki, Şahvələd Eyvazov 23 ildir “Associ-

ated Press” agentliyi ilə əməkdaşlıq edir.

Ş.  Eyvazov  APA-ya  açıqlamasında  müharibənin 

ünvanı olmadığını bildirib: "Bu sərginin keçirilməsi 

məni 20 il əvvələ aparır. Çox kədərlənirəm. Anaların 

göz  yaşı  hələ  də  gözümün  önündən  getmir.  Bu 

müharibələr istər Qarabağda, istərsə də Abxaziya, Sx-

invali və Çeçenistanda insanları evsiz-eşiksiz qoyub, 

neçə-neçə körpə ata-anasız qalıb, neçə-neçə ailə yox 

olub, torpaqlar işğal edilib. Bax, bu kədəri, qəmi mən 

fotolarıma köçürmüşəm, lakin bu kədər-qəm hələ də 

mənim ürəyimdə yaşayır”.


Mənəviyyat

№08 (183) 29.05.2015

9

Cəmiyyət

№08 (183) 29.05.2015

8

Əfsanəvi azərbaycanlı 

haqda film çəkilir

 

Azərbaycan  və  Polşa  ordu  quruculuğunda  iştirak  edən  azərbaycanlı 



hərbçi haqda film çəkilir.

Axar.az-a verilən xəbərdə deyilir ki, I Dünya müharibəsində iştirak edən, 

1918-ci ilin sentyabrından Milli Orduda korpus komandirinin yanında eskad-

ron komandiri olan Vəlibəy Yadigarov haqda sənədli film ekranlaşdırılır.

Çəkilişlər  üç  ölkədə  aparılır.  Filmin  rejissoru  Tahir  Əliyevin  verdiyi 

məlumata  görə,  sənəndli  filmin  çəkilişləri  Gürcüstanda  və  Polşada  artıq 

yekunlaşıb. İyun-iyul aylarında Azərbaycanda da çəkilişlər bitdikdən sonra 

film tamaşaçıların ixtiyarına veriləcək. Rejissorun sözlərinə görə, filmin çəkilişlərində polşalı həmkarları da iştirak edir.

Filmin polşalı rejissorı Leji Lyubax, tərəfdaş qurum isə “Koleydoskop” kinostudiyasıdır. T.Əliyev bildirib ki, Varşava 

çəkilişlərində Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da yaxından iştirak edib. Rejissor H.Həsənovun filmin ideya 

müəlliflərindən biri olduğunu vurğulayıb. Sənədli film Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə,”Salnamə” kinostudiyası 

tərəfindən lentə alınır. Filmin ssenari müəllifi Ramil Ələkbərov, prodüseri Məhsim Məhsimovdur.

Filmə texniki dəstək RTV-yə (Region TV) aiddir. Qeyd edək ki, Vəlibəy Yadigarov 1918-ci ilin sentyabrından Milli Orduda 

korpus komandiri yanında eskadron komandiri olub. XI Ordu Bakıya basqın edəndə Üçüncü Şəki süvari alayının pərakəndə 

dəstəsilə vuruşa-vuruşa Gürcüstan ərzisinə çəkilib. 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşub və həmin il əvvəlcə 

Türkiyəyə, sonra Polşaya mühacirətə gedib. Polşada "Armiya Krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 

10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olub. Vəlibəy Yadigarov Polşaya hücum etmiş hitlerçi qəsbkarlara 

qarşı 1939-cu il 11 sentyabrda təşkil olunan müdafiə kompaniyasında iştirak edib, Mazovetski süvari briqadasının qərargah 

rəisi işləyib. Polşanın işğalından sonra “Armiya Krayova”nın (AK) tərkibinə daxil olan "Olen" alayının komandiri kimi 

Varşava üsyanında iştirak edib. Müharibədən sonra Vəlibəy Yadigarov Argentinaya mühacirət edib. 1971-ci il dekabrın 13-

də Buenos-Ayresdə vəfat edib. 2000-ci ildə nəşi Polşaya gətirilib və təkrar dəfn edilib.

LİbERLanD

(referat əvəzi)

Eşitmiş  olarsan:  bu  yaxınlarda  Çexiya  Respublikasından  bir 

nəfər  vətəndaş  Xorvatiya  ilə  Serbiya  arasındakı  “neytral  zonada” 

Liberland adlı yeni dövlət qurduğunu elan edib. Şüarının “yaşa və 



başqalarının yaşamasına da icazə ver” olduğu bildirilən dövlətdə 

rəsmi dilin çex dili olduğu da bəyan edilir. 

Bunu  da  eşitməmiş  olmazsan:  Sovet  İttifaqı  dağılhadağıl  Mirzə 

Qələmin əmisini də oxşar suçla şərə salmışdılar ki, bəs deməzsənmi, 

o, Gürcüstanla Türkiyə arasındakı “neytral zonada” yeddi kvadrat 

kilometrlik ərazidə dövlət qurmaq istəyir. Mirzə Qələmin əmisi də 

and-aman eləmişdi ki, həzərat, axı Gürcüstanla Türkiyə arasında heç 

bir neytral zona-filan yoxdur; nədən nahaqdan günah qazanırsınız? 

Məgər bilmirsinizmi ki, istər aşkar, istərsə də gizli günahı dərhal 

tərk etmək lazımdır: çünki günahkarlar gec-tez əməllərinin cəzasına 

çatırlar! 

Bu bəlkə də daha çox Süsən-Sünbül sxolastikasındandır: Türkiyədən 

yazanda  deyirlər  ki,  bəs  deməzsənmi,  Türkiyəyə  işləyir  –  Turan 

yaratmaqla məşğuldur; gözləyin, separatçılığa marçıltılı meyllidir. 

İranın eləcə azərkədə adını çəkmək kifayətdir ki, “iranşünas” adını 

alasan. Rusiya ilə bağlı məsələ də regenerativdir: səncə, “renesans” 

Ruhullaya  “Rusiya  prezidentinin  rezidenti”  ləqəbini  Putinə  olan 

“padşahpərəst”liyinə görəmi verdilər? 

Qaldı Monqolustan...

Mirzə  Qələm  Monqolustanla  bağlı,  daha  doğrusu,  indiki  Mon-

qolustan ərazisində tapılan bəzi Orxon-Yenisey abidələri ilə bağlı 

deyil, monqol atları barədə – monqol atsız, quş qanadsız olmur – 

esse yazmışdı. Yazıda monqol mədəniyyətində monqol atlarının yeri 

– məgər on üçüncü əsrdə monqollar dünyanın az qala yarısını elə bu 

atların sayəsində tutmamışdılarmı? – araşdırılırdı. Süsən-Sünbüldə 

onu “Çingiz xanın törəməsi” adlandıran avantürist öz “kəşf”i ilə in-

dinin özündə də karsalalıq eləyir. 

Mirzə 


Qələm 

haqqında  öz  tə-

rəfimdən  bahar-

bənd bunları deyə 

bilərəm  ki,  bu 

fədakar  maarifçi 

daha  çox  Zərda-

bi,  Vəzirov  kimi 

“əkinçilər”in  və 

üstəlik  də  Pesta-

lotsinin (almanca: 

Johan  Heinrich 

Pestalozzi) varisidir. Bunu da eşitmiş olarsan: Pestalotsinin devizi 

“özüm  üçün  heç  şey,  özgələr  üçün  hər  şey!”  olub. Yəni  məktəb, 

məktəbdarlıq  uğrunda  cən  fəda  etmək  hər  bəni-adama  dad-bidad 

müyəssər olmur axı! 

Çala-çökük çuğulluq içimizdə çalağan yuvası qurduğundan bunu 

da deyim ki, “senzorlar” bir vaxtlar calaq əcnəbilərdən ibarət idi: 

məsələn,  Mirzə  Cəlil  Məmmədquluzadənin  vaxtında.  “Anamın 

kitabı”nda  Senzor  deyir:  “...hökümət  nəzərində  sizi  belə  qələmə 

veriblər ki, [...] siz Rusiya islamlarını Türkiyə dövlətinə tərəf çəkib 

ittihadi-müslimində... iştirak edirsiniz”. 

Bəs  indi  heç  bir  xarici  senzor  olmaya-olmaya  bu  qədər  çullu 

çuğul haralardandır? Bu yerdə belə məlum olur ki, eynən “Anamın 

kitabı”nın  qəhrəmanlarından  biri  olan  Səməd  Vahidtək,  bu  çullu 

çuğulların  bəziləri  “cəmiyyəti-xeyriyyə  məktəbində  elmi-qafiyə 

dərsi”  deyən  bəzi  “poeziya  elmləri  doktorları”  imiş!  Unudulmaz 

Sabir demiş:

Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

Az zəmanda nə sərəncam etdi?! Amma millət a!..

Amma  Mirzə  Qələmə  görə,  bu  çullu  çuğulluğun  əsas  səbəbi 

bundadır ki, çox adam özünü Xeyir tərəfdarı və hətta Xeyir timsalı, 

rəqibini  isə  Şər  tərəfdarı,  üstəlik,  Şər  şahgülü  hesab  edir.  Süsən-

Sünbülün  defisit  və  dəlizoğal  dili  ilə  desək,  Mirzə  Halaypozan 

Şərxata  bütün  haşan-kaşanda  və  bütün  heçə-puçalarda  haqlıdır, 

amma  Mirzə  Qələm  həmişə...  haqsızdır!  Deməli,  günahkardır! 

Mirzə Halaypozan Şərxatanın ağlına bircə dəfə də olsun gəlməyib 

ki, Şərdən heç olmasa bircə, tək bircə Xeyir yapsın. Bir nəfər yo-

rulmaz yelkənli yazarın yazdığıtək: “Xeyir Şərdən başqa özgə heç 



nədən düzəlmir”. 

Mirzə  Qələmə  edilən  donosbazlığın  bircəciyi  yadımda  qalıb: 

milliyətcə abxaz Fazil İskəndərin adını başda çəkdiyi köşəni aparıb 

N. N. Məmurun masasının üstünə qoyublarmış ki, bəs deməzsənmi, 

bu Mirzə Qələm deyilən bizə düşmən kəsilən Abxaziyaya dəstək 

verir,  bunun  əyri  burnunu  qanadmaq  lazımdır.  N.  N.  Məmur  da 

ədəbiyyatı  bilən  vəzifəlilərdən  imiş.  Deyir  ki,  get  kanalizasiyanı 

təmizlə, Fazil İskəndər boyda yazıçıların Liberlandı, vilayəti-vətəni 

ədəbiyyatdır, insandır, insanşünaslıqdır, kitabdır, Kitabıstandır!

Kanalizasiya köləsi də qalır güruh gözlərini döyə-döyə...



Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin