Torpağın becərilməsi. Torpağın beçərmə texnologiyası payız-
lıqlar yığıldıqdan sonra torpaqda önkotancıqlı kotanla 25-27 sm
dərinlikdə dondurma şumu aparılmaqla başlayır, yazda malalama və
8-
10 sm dərinlikdə kultivasiya ilə birlikdə təkrar malalama aparılır.
Alaq
lar göründükdə cərgəarası becərmələr başlanır. İki yarpaq faza-
sında seyrəltmə aparılır.
Gübrələmə. Suvarma şəraitində normal gübrələmə məhsuldar-
lığı 30-70% artırır, toxumun keyfiyyətini yaxşılaşdırır. Gənəgərçək
əkilən sahənin hər hektarına 20-30 ton peyin, N
20-30
, P
30-40
, K
30-40
norma
da mədən gübrələri ilə qatışdırılıb verilir.
Səpin. Keyfiyyət göstəricilərinə görə seçilmiş toxumlar məhsul-
darlığı 1,0-1,5 s/ha artırdığına görə toxumların səpinə hazırlanmasına
xüsu
si diqqət yetirilməlidir. Torpağın 8-10 sm dərinliyində 10-12
0
C
temperatur olduqda gənəgərçək səpilir. Səpin üçün iri toxumlu sort-
lardan istifadə olunur. Toxumun təmizliyi 98 %-dən az olmamalıdır.
Səpinqabağı toxumları dərmanlayırlar.
Gənəgərçək gencərgəli üsulla əkilən bitkidir. Ən geniş yayılmış
səpin sxemi 70 x 20-35 sm (hektarda 50-85 min bitki) sxemidir. Yu-
va üsulu i
lə əkdikdə (70 x70; 90 x 90 sm) hər yuvada 2-3 bitki (3-4
toxum) saxlanılır. Səpin norması yığımqabağı hər hektarda 60-62
min bitki miqdarında müəyyənləşdirilir. Alçaqboylu tezyetişən sort-
lar və hibridlər nisbətən az, hündür, qol-budağı çox olan sortlar isə
çox qida sahəsi tələb edir. Hektara səpin norması iri toxumlu sortlar
səpildikdə 20-25 kq., xırda toxumlu sortlar səpildikdə isə 10-12 kq.-
32
dır. Toxumun basdırılma dərinliyi 6-10 sm, boz torpaqlarda isə 5-6
sm-dir.
Gənəgərçək punktir səpin üsulu ilə SUPN-8, SPÇ- 6 MF aqre-
qatı ilə cərgəarası 70 sm olmaqla səpilir. Gənəgərçəyi cərgə araları 3
metr, bitki araları 60 sm olmaqla da əkirlər.
Qida sahəsi gənəgərçəyin məhsuldarlığına çiddi təsir göstərir.
Beləki, hər yuvada üç bitki saxladıqda hər hektardan 17,6, iki bitki-
də 16,0, bir bitkidə, yəni bitkiləri tək-tək saxladıqda isə 14,4 sentner
məhsul almaq olur. Buradan belə nəticə çıxarılır ki, sıx əkində gənə-
gərçək çox boy budaqlı olmur, az yarpaq əmələ gətirir, bir qayda
olaraq, mərkəzi süpürgədə geniş qida sahəsinə nisbətən 10-15 gün
tez yetişir.
Hindistan şəraitində gənəgərçəyi iyul və avqustda əkib, dekabr
və yanvar aylarında yığırlar. Əkinlərdə ən çox birillik formalar isti-
fadə olunur. Qırmızı gövdəli formalarının meyvələri tikansız, yaşıl
gövdələrin meyvələri (qozaları) isə tikanlı olur. Toxumlarının tərki-
bində 45-55% yağ olur. Son zamanlar yarım qısa və qısaboylu, iri
yarım kompakt salxımlı, açılmayan qozalı sort və hibridləri əkilib
becərilir. Dəmyə şəraitdə orta toxum məhsuldarlığı təxminən 0,3-0,4
ton/ha -
dır.
Sortları. Ən çox yayılmış sortları yüksək məhsuldardır, məh-
sulu maşınla yığılır, qozası partlamayandır. Vniime-18 və 165,
Kubanskaya-
15 və Çervonnaya sortları daha geniş yayılmışdır. Orta
tezyetişən Stepnaya-6 sortu cənub rayonlarında daha çox əkilir.
Əkinə qulluq. Səpindən cücərtilərin alınmasına qədər 2-3 həftə
vaxt keçir. Cücərtilər alındıqdan sonra 3-4 dəfə cərgəarası becərmə-
lər aparılır. 2-ci əsil yarpaq əmələ gəldikdən sonra cücərtilər seyrəl-
dilir.
Məhsul yığımı. Yığım üçün müntəzəm yetişmə və qozaların
quru
ması baş verməlidir. Qozaları açılmayan sortlar əkildikdə bitki-
ləri qurutmaq üçün maqnezium xlorat tətbiq edilir. Çiləmə salxım-
ların orta hissəsindəki qozalar qonurlaşdıqda aparılır. Yığım isə çilə-
mə apardıqdan 12-15 gün sonra həyata keçirilir. Gənəgərçəyin qoza-
ları eyni müddətdə yetişmir. Əvvəlcə mərkəzi qozalar sonra isə ətraf-
dakılar yetişir. Odur ki, qozaları partlamayan sortları desikasiya edə-
33
rək (maqnezium xlorid, 15 kq/ha + 100 litr su) kökü üzərində quru-
durlar.
Desikasiya müddəti toxumun bioloji yetişmə dövründə aparı-
lır. Bu dövrdə qozalar hələ yaşıl rəngdə olmaqla, gövdə tikanları sa-
ral
mağa başlayır, toxum bərkimə fazası keçirir və ondakı nəmlik 30-
35%-
ə enmiş olur. Desikasiya, məhsul yığımını 2-3 həftə tezləşdirir.
Desikasiyadan 2 gün sonra yarpaqlar quruyur. Lakin, qozaların tam
quruması əlverişli şəraitdə 12-15 gün çəkir. Bu vaxt yığıma başlayır-
lar
. Suvarılmayan əkinçilik şəraitində gənəgərçəyin yığımı salxımın
orta hissəsindəki qozalar qonurlaşdıqda və onların nəmliyi 12-14%
olduqda aparılır.
Suvarma şəraitində isə yığım bir qədər gec - yəni 1- ci və 2-ci sı-
rada
kı salxımlardakı qozalar qonurlaşdıqda aparılır. Quru havada
yığım desikasiyadan 8-10 gün sonra aparılır.
Gənəgərçəyin yığımı bir dəfəyə və ya iki dəfəyə (bir fazalı və ya
iki fazalı) aparılır. İki fazalı yığımda salxımlar sahədən yığılıb sta-
sio
nar şəraitdə (xırmanda) qurudulur və təmizlənir. Bu üsulla əsasən
açılan qozalı gənəgərçək sortları yığılır. Açılmayan qozalı sortlar isə
bir faza
lı üsulla, yəni birbaşa kombaynla yığılır.
Bu üsulda əsas məhsulun 15-20% -i yaşıl (yaş) halda yığılıb xır-
ma
na tökülür. Xırmana tökülmüş toxum qalağı mütləq qurudulub tə-
miz
lənməlidir. Çünki bu vaxt onun nəmliyi 50%-ə qədər olur və tər-
ki
bində 15% -ə qədər qarışıqlar olur.
Qozaları partlayan sortların məhsulu çox qısa müddətdə 2-3
günə yığılıb qurtarmalıdır. Qozası partlamayan sortlarda məhsul
yığımı 10-12 iş günündə yerinə yetirilir. Məhsul birbaşa KKC-6 mar-
kalı kombaynla yığılmalı, yığılmış toxumlar 6-7% nəmlik dərəcəsinə
kimi qurudulub, yad zibillərdən təmizlənir və anbara saxlamağa qo-
yulur.
Məhsulun işlənməsi və saxlanması. Əmtəəlik məhsulun qurut-
ma temperaturu 65-70
0
C, toxumluq məhsulun ki, isə 35-40
0
C ol-
ma
lıdır. Toxumluq gənəgərçək qurudulan zaman temperatur 40
0
C-
dən yuxarı qalxmamalıdır. Quru havalarda xırmanda açıq havada
qurutma daha yaxşı nəticə verir. Qurudulan toxum (salxım) qatının
qalınlığı 10-15 sm olmalıdır. Qeyd etdiyimiz kimi təmizlənib, quru-
34
dul
muş və sortlaşdırılmış gənəgərçək toxumlarının nəmliyi 6-7%-dən
artıq olmamalıdır.
1. 3. YER
FINDIĞI (ARAXİS)
Xalq təsərrüfatı əhəmiyyəti. Araxis və ya yerfındığı (Arachis
hypogaea L.)
toxumlarından ərzaq yağı (yeməli yağ) almaq üçün
əkilib becərilir. Araxis toxumlarının tərkibində 60%-ə qədər yağ
(orta hesabla 53%) və 35%-dən çox zülal vardır. Tərkibindəki zülalın
miqdarına görə araxis ancaq soyadan geri qalır. Araxis yağı konserv
sənayesində, marqarin alınmasında, sabunbişirmə sənayesində və tib-
də istifadə olunur. Araxis yağı yarımquruyan (yod ədədi 90-103)
yağlar qrupuna aiddir. Orta hesabla bir ton qabıqlı araxis toxumdan
226-
317 kq. yağ alınır. Araxis yağı əsas etibarı ilə konserv və qənna-
dı sənayesində istifadə olunur. Üyüdülmüş araxis toxumları şokolad
hazırlananda əlavə kimi tətbiq edilir. Qovrulmuş toxumları ərzaq
kimi yeyilir və xırdalanmış halda bir çox qənnadı məhsullarına əlavə
edilir. Yağın emalından sonra jmıxın tərkibində 45% zülal və 8% yağ
olur. Ərzaqlıq sortları lobya dadı verməməlidir. Araxisin jmıxı və
gövdəsi (bəlimi) heyvandarlıqda yem kimi istifadə olunur. Bəlimində
11%-
ə qədər zülal var və qida keyfiyyətinə görə yonca və üçyarpaq-
dan geri qalmır. Eyni zamanda həm bəliminin, həm də meyvəsinin
istifadə perspektivlərinə görə ABŞ-da araxis iribuynuzlu mal-qara və
donuzlar üçün otlaq bitkisi kimi becərilir. Cecəsindən isə izolyasiya
materialı və yanacaq kimi istifadə olunur.
Tarixi, yayılması və məhsuldarlığı. Araxisin vətəni cənubi
Ameri
kadır (Argentina və Boliviya). O buradan Hindistana, Çinə və
Yaponiyaya
keçmiş, Filippin və Madaqaskara yayılmışdır. Araxisi
Çi
nə 1560-cı ildə Portuqaliyalılar gətirmişdir. Afrikaya XVI əsrdə
Amerikanın ticarət işçiləri gətirmişdir. Güman edilir ki, ilk araxis
paxlaları Qvineyaya Braziliyadan gətirilmişdir. Seneqal, Nigeriya və
Konqo araxisin ikinci genetik mərkəzi hesab olunur. Avropaya (İspa-
niya, Fransa və İtaliyaya) XVI-cı əsrdə Çindən gətirilmişdir. Ona
görə də uzun müddət onu “Çin qozu” adlandırmışlar.
35
Yerli əhali araxisin toxumlarından yağ çıxarmağı öyrənmiş və
onun
əkin sahələri tez çoxalmışdır.
Araxisi birinci ixrac (eksport) edən ölkə Seneqal olmuşdur.
1840-
cı ildə yağ almaq üçün 10 kisə (722 kq) araxis Ryufisk rayo-
nun
dan Ruana (Fransa) gətirilmişdir. O vaxtdan başlayaraq qərbi
Afri
ka ölkələrindən araxisin müntəzəm ixracı (eksportu) başlamışdır.
ABŞ-da araxis yalnız XIX əsrdə şimal və cənub arasındakı
vətəndaş müharibəsindən sonra yayılmağa başlamışdır. O vaxt bura-
dakı pambıq əkinləri pambıq uzunburunu ilə kəskin sirayətləndiyin-
dən fermerlər pambıq əkinlərini araxis əkinləri ilə əvəz etməyə başla-
dılar.
Araxis bitkisi Rusiya ərazisinə 1792-ci ildə (bəzi müəlliflərə gö-
rə XIX əsrdə) Türkiyədən gətirilmişdir. Onun iqlimləşdirilməsinə ilk
cəhd 1825-ci ildə Odessa botanika bağında edilmişdir. Hazırda araxis
çox d
a böyük olmayan sahələrdə Orta Asiyada, Zaqafqaziyada, Uk-
ray
nanın cənubunda və Şimali Qafqazda əkilib-becərilir.
Son illərdə dünya üzrə araxis paxlalarının istehsalı əkin sahələ-
rinin artması, yüksək məhsuldar sortların istifadəsi, gübrələmə, dər-
manl
ama, suvarma, həmçinin də yığım maşınlarının müasirləşməsi
(təkmilləşməsi) hesabına artmaqda davam edir. Dünya üzrə araxisin
əkin sahələri 19 mil. hektara yaxındır. Araxis istehsalında qabaqcıl
ölkə Hindistan (7,2 mil. ha) təxminən, Çin, İndoneziya, Mayama
hesab olunur. Dünya üzrə araxis istehsalında ikinci yeri Afrika ölkə-
ləri (təxminən 6,0 mil. ha) tutur. Seneqal, Nigeriya, Tanzaniya, Mo-
zam
bik, Uqanda, Niger kimi ölkələrin iqtisadiyyatında araxis birinci
dərəcəli əhəmiyyət kəsb edir. Amerika kontinentində isə araxisin ən
çox əkinləri Braziliya, Argentina, Meksika və ABŞ-dadır.
Məhsuldarlığı hektardan 15-18 sentner, suvarma şəraitində isə
40-
60 sentnerə çatır.
Sistematikası. Yeni sistemləşdirmədə Arachis hypogaea növü 2
yarımnövə bölünür. A. hypogaea ( Arachis asiatica) yarımnövünün 2
növmüxtəlifliyi vardır: hypogaea növmüxtəlifliyi Braziliya və Virci-
niya sorttipinə, hirzuta növmüxtəlifliyi isə Peru sorttipinə aid edilir.
Bu yarımnöv ( A. asiatica) sərilən gövdəli olmaqla toxumların süku-
nət dövrü 2 ilə qədər vegetasiya müddətləri isə 5-10 ay çəkir.
36
A. fastigiata ( Arachis americana
) yarımnövünün də 2 növmüxtə-
lif
liyi vardır. Fastigiata növmüxtəlifliyi Valensiya sorttipinə, vulqa-
ris
növmüxtəlifliyi isə İspan sorttipinə aid edilir.
Bu yarımnöv ( A. americana) az və çox miqdarda dik dayanan
göv
dələr əmələ gətirir, toxumların sükunət dövrü 50 günə qədər,
vegetasiya müddəti isə 3-5 ay çəkir. Tropiklərdə ildə 2 dəfə məhsul
verə bilər.
Paxlalılar ( Fabacaea) fəsiləsinə daxil olmasına baxmayaraq Ara-
chis
cinsinin sistematikası çətinlik törədir. Əvvəlki sistemləşdirmə
böyü
mə, budaqlanma və meyvəvermə xüsusiyyətlərinə görə tərtib
edilmişdir. Mutasiya, hibridləşdirmə və seçmə nəticəsində araxisin
çox böyük müxtəlifliyi əmələ gəlmişdir. Təkcə Seneqalda araxisin
550-
yə qədər, Konqoda isə 200-ə qədər növmüxtəlifliyi vardır.
Mədəni araxis növü ( Arachis hypogaea) yabanı halda məlum de-
yil
dir. Bu növün yayılma arealı olduqca genişdir. O, tropik, subtropik
iqlimə malik olan ölkələrdə yayılmaqla bərabər mülayim (mötədil)
iqlimli ölkələrin də bəzi bölgələrində becərilə bilir. Bütünlükdə bu
cins geniş areala malik olması, müxtəlif torpaq-iqlim şəraitində ya-
yılması ilə xarakterizə edilir. Araxis coğrafi cəhətcə 10 və 28
0
cənub
enliklərində yayılmışdır.
Yabanı araxis formaları çoxillikdir. Təkcə A. monticola birillik
növdür. Arachis
cinsinin ən çox rast gəlinən yabanı növləri aşağıda-
kılardır:
1.
Sərilən gövdəli araxis - Arachis prostrata Benth.
2.
Saçaqlı (pırpızlı ) araxis - Arachis villosa Benth.
3.
Köküyumrulu araxis - Arachis tuberosa Bong.
4.
Sarımtıl araxis - Arachis lutescens Krap. et. Rig.
5.
Burkart araxisi - Arachis burkartii Handro
6.
Bentam araxisi – Arachis benthamii Handro
7.
Sürünən araxis - Arachis repens Handro
8.
Dağlıq araxis - Arachis monticola Krapov. Et Rig. (tetrap-
loid 2n = 40)
9.
Haşiyəli araxis - Arachis marginata Gardn.
10.
Paraqvay araxisi - Arachis paraguariensis Chod. et Hassl.
11.
Quaran araxisi - Arachis goaranitica Chod. et Hassl.
37
12.
Saçaqlı meyvəli araxis - Arachis villosulicarpa Hoehne
13.
Marti araxisi - Arachis martii Handro
14.
Xırda (kiçik) araxis - Arachis pusilla Benth.
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Araxis bitkisi mey-
vəsi (geokarpı) torpaq altında inkişaf edən az sayda bitkilərdən
bi
ridir. Araxisin birillik və çoxillik olmaqla 15 növü müəyyən edil-
mişdir. Yalnız Arachis hypogeae adlanan növü becərilir. Becərilən
bu forma kolşəkilli və yerə səriləndir. Azərbaycanda kolşəkilli forma
yayılmışdır. Onun hündürlüyü 50-60 sm- ə çatır. Kökü torpağın 180-
200 sm dərinliyinə, ətrafa isə 140 sm- ə qədər yayılır. Yarpağı cütlə-
ləkşəkillidir
(r
əngli şəkil 4).
Yarpaqlarının səthi mum təbəqəsi ilə örtülü olduğu üçün parıl-
dayır. Gövdəsi, budaqları, yarpaq saplağı və yarpaqaltlıqları alt tərəf-
dən tüklü olur. Çiçəkləməsi aşağıdan başlayır. Çiçəkləri gövdənin
aşağı hissəsindəki yarpaq qoltuğunda 2-2, 3-3 əmələ gəlir. Çiçəyi
qısa saplaqlıdır. Cücərtilərdən 30 gün sonra 1- ci çiçək görünür. Ve-
ge
tasiya müddətində 1 bitkidə 2000-ə qədər çiçək əmələ gəlir. Araxis
bitkisi öz-
özünü tozlayandır. Bu bitkidə az hallarda (1-6%) çarpaz
tozlanma da baş verir. Çarpaz tozlanma trips və başqa xırda həşə-
ratların köməyi ilə baş verir. Arachis cinsinin fərqli əlamətləri cütlə-
ləkşəkilli yarpaqları, yarpaq qoltuğundakı çiçəkləri, açılmayan pax-
laları və hinofor adlanan meyvə kökləri əmələ gətirməsidir. Çiçək
maya
landıqdan sonra dişiciyin yumurtalığının aşağı hissəsi uzununa
böyüyərək hinofor adlanan xırda boru şəklində xaricə çıxır. Hinofor
əvvəl yuxarıya doğru uzanır, sonra aşağı əyilərək torpağa daxil olur.
Torpağın 8-10 sm dərinliyində üfüqi vəziyyətdə yerləşir, böyüməsini
dayandırır, nəhayətində olan yumurtalıq inkişafını davam etdirərək
meyvə (paxla) əmələ gətirir. Torpağa daxil ola bilməyərək açıq
havada qalan hi
noforlar quruyaraq məhv olurlar.
Yerfındığının meyvəsi (paxlası) silindrvari, barama formalı, düz,
yaxud bir-
iki hissəsindən boğulmuş olur. Paxlasının uzunluğu 1-6 sm
olmaqla biryuvalıdır. Paxlanın qabığı boz rənglidir, üzəri az-çox
dərəcədə torlu və uzununa qabırğalıdır. Hər paxlada 1-7, əksər hal-
larda 2-
3 toxum əmələ gəlir. Toxumları yuvarlaq, uzunsov-oval, zəif
oval formalı, uzunluğu 1,0-1,8 sm, eni 0,8-1,0 sm, qalınlığı 0,5-1,0
38
sm olur. Toxum qılafı qırmızı, çəhrayı, qəhvəyi, bəzən ağ və başqa
rənglərdə olur. Mütləq kütləsi (1000 ədəd toxumun kütləsi) xırda
toxumlularda 200-
500 qr, orta irilikdə olanlarda 500-800 qr, iri
toxumlarda isə 800-1200 qramdır.
Araxis isti sevən bitkidir. Toxumları 12
0
C temperaturda cücər-
məyə başlayır. Cücərtilər –1
0
C şaxtalarda məhv olur. Bitkinin inki-
şafı üçün optimal temperatur 25-28
0
C- dir. 12
0
C-
dən aşağı tempera-
turda meyvə əmələ gəlmir. Suya ən çox çiçəkləmə fazasının başlan-
ğıcından paxlaların əmələ gəlməsinə qədər tələbkardır. Bu dövrdə
nəmliyin çatmaması çiçəkləməni dayandırır, meyvə əmələ gəlməsi
azalır və məhsuldarlıq aşağı düşür. Qida elementlərinə tələbkardır.
Bir ton əsas və əlavə məhsulla torpaqdan 62 kq azot, 11 kq fosfor və
40 kq kalium elementi aparır.
Araxis işıq sevən bitkidir. Vegetasiya müddəti 120-160 gündür.
Becərilmə zonaları. Afrikada araxisi 8 və 14
0
şimal enliliklərin-
də becərirlər. Buranın torpaq-iqlim şəraiti araxisin bioloji xüsusiyyət-
lərinə uyğundur. Bu qurşaqda 4 zona ayırd edilir:
Sahil (saxel,
sərhəd, sahilboyu) zonası. Burada 150-400 mm
yağıntı düşür. Havanın orta aylıq temperaturu 20,9-34
0
C-dir. Torpaq
qumsaldır, gil hissəciklərinə rast gəlinmir. Qum qatının qalınlığı bir
neçə metrə çatır. Toz şəkilli (tərkibində 3-4% gil olan) qırmızımtıl
rəngli torpaqlara rast gəlinir. pH 6-7-yə bərabərdir. Bu torpaqlar ara-
xis üçün əlverişli hesab olunur.
Sahi
l zonasında araxis üçün torpağın hazırlanması martın ortala-
rından başlanıb, iyunun ortalarına qədər davam edir. Səpin iyunun
ortalarında aparılır. Yığım isə sentyabrın ortalarında başlayıb yanva-
rın ortalarına qədər davam edir. Yığım yağışlar başladıqda dayandı-
rılır. Sahil zonasında araxisin tezyetişən sortları əkilib becərilir.
Sudan zonası. Bu zona 7-8
0
şimal enliklərində yerləşməklə eni
700 km-
ə qədər olan ərazini əhatə edir. Bu zona Seneqalın, Namibi-
yanın, Qvineyanın və Malinin çox hissələrini əhatə edir. Havanın
orta aylıq temperaturu 21,3-35,4
0
C-
dir. Torpaqları ferrallit tipli (qır-
mızı-qonur rəngdə) olmaqla turşuluğu (pH) 5,6-6,0 arasında, humus
qatının qalınlığı 15-25 sm, tərkibində humus 1%-ə qədər olur. Sudan
zonasında araxisin orta yetişən sortları kiçik sahələrdə becərilir.
39
Qvineya zonası. Bu zona Seneqalın bir hissəsini Qvineyanın
cənub rayonlarını Nigeri və başqa ölkələri əhatə edir. Bu zonada il
ərzində 1500 mm-ə qədər yağıntı düşür. Havanın orta illik tempe-
raturu 25-26
0
C-
dir. Torpaq qırmızı və sarı ferrallit tipli olub, humus-
la zəngindir. pH 5-dən aşağıdır. Bu zonada araxisin tezyetişən və
gecyetişən sortları birlikdə becərilir.
Subkanar zonası. Bu zonaya Seneqalın sahil rayonları və Kabo-
Verde daxildir. İldə 400-800 mm yağıntı düşür. Havanın orta aylıq
temperaturu 21,3-28,0
0
C-
dir. Əsas torpaqları bataqlaşmış, duzlaşmış
və manqır torpaqlardır. Bu zonada araxis kiçik sahələrdə becərilir.
Qərbi Afrikada becərilən araxis sortları 3 sorttipində birləşdirilir.
Virciniya, Valensiya və İspan sorttipi. Qərbi Afrika ölkələrində xisi
sorqo, qarğıdalı, pambıq və s. bitkilərlə qarışıq səpirlər.
Növbəli əkində yeri. Hindistanda araxis bir sahədə 3-4 il becə-
rilir. Quraqlıq şəraitdə (Tamilnad ştatı) araxis növbəli əkində darıya-
bənzər taxıllarla, qarğıdalı, pambıq, küncütlə, suvarılan sahələrdə isə
çəltik, kartof və tərəvəz bitkiləri ilə növbələşdirilir. Araxisdən sonra
əkilən dənli bitkilərin məhsuldarlığı 30 %-ə qədər, pambığın məhsul-
dar
lığı isə sorqodan sonra əkilənlərə nisbətən 45% artır. Hindistanda
araxisin kolşəkilli və sərilən gövdəli tipə daxil olan çoxlu sortları be-
cərilir.
Təmiz araxis əkinlərində isə aşağıdakı növbəli əkin sxemləri
həyata keçirilir:
1.
Araxis - sorqo-araxis-sorqo-araxis -
5 il dincə qoyma (herik)
2.
Sorqo -
tüklü darı (Pennisetum alopecuroides) 2 il - araxis 2
il -
10 il dincə qoyma (herik).
3.
Viqna - sorqo 2 il - araxis -
tüklü darı - araxis – 10-15 il herik.
4.
Sorqo - araxis - sorqo - araxis -5 il herik (d
incə qoyma).
Azərbaycan şəraitində araxisi köküpöhrəli və kökümsovgövdəli
alaqlardan təmiz, cərgəarası becərilən qarğıdalı və payızlıq taxıllar-
dan sonra əkmək məsləhət görülür.
Torpağın əsas becərilməsi kövşən yerinin üzlənməsi və don-
dur
ma şumunun aparılmasından ibarətdir. Kövşənlik 5-7 sm dərinlik-
də üzlənir, aldadıcı suvarma aparılır, sentyabr- oktyabr aylarında 25-
30 sm dərinlikdə şum aparılır. Qışda dekabr-fevral aylarında şum
40
arat edilir.
Səpinqabağı tədbirlər. Araxis səpiləcək torpaqlar 10 sm-ə
q
ədər dərinlikdə becərilir. Bitki əkiləcək sahəyə hektara 10-15 ton
peyin, 2-
3 sentner superfosfat və 1 sentner kalium gübrələri verilir ki,
bu da məhsuldarlığı 2,3 ton/ha-ya qədər yüksəldir. Araxis gübrə
veril
mədən becərildikdə hektardan 1,2-1,3 ton paxla əldə olunur.
Səpin üçün iri və ağır toxumlar götürülür. Səpindən qabaq to-
xum
lar mikroelement və rizotorfinlə işlənilir. Araxis paxlaları səpil-
dikdə onlara göbələk mitselləri əlavə edildikdə simbioz böyümə baş
verir. Göbələk mitselləri paxlaların böyüməsinə kömək edir. Ona
görə də toxumların rizotorfinlə işlənilməsi vacibdir.
Səpin müddəti, üsulu və norması. Səpin torpaqda temperatur
+13-15
0
C olduqda aparılır. Araxisi qarğıdalı və pambıq bitkiləri ilə
eyni müddətdə səpmək mümkündür. Araxisi qarğıdalı yaxud pambıq
səpən aqreqatlarla da səpmək olar. Səpin gen cərgəli üsulla aparılır.
Səpin sxemi 40-50-60-70 x 10-15 sm-dir. Hektarda optimal bitki
sıxlığı 100-120 mindir.
Toxumun səpin norması 30-80 kq/ha-dır. Tezyetişən sortlar (İs-
pan və Valensiya tipli) hektara 160-180 min ədəd norması ilə, gecye-
tişən (Virciniya tipli) sortlar isə hektara 110 min toxum olmaqla səpi-
lir. Toxumlar 5-
8 sm dərinlikdə, nəm torpaqlarda isə 3 sm-ə qədər
dərinlikdə basdırılır. Nəm torpaqlara həmişə təmizlənmiş toxumlar
səpilir.
Dostları ilə paylaş: |