Sortları. Respublikamızda tərəvəz məqsədi ilə yerli nanə sortla-
rından, о cümlədən Gəncə nanəsindən istifadə olunur. Tərkibində
mentolu çox olan nanə sortlarına Krasnodar - 2, Prilüks - 5, Yüksək-
mentollu – 1, Kuban -
6, Dərman -1və s. daxildir. Sortlar bir-birindən
kolunun yığcam və dağınıq olması, gövdəsinin rəngi və hündürlüyü,
yarpaqlarının rəngi, forması və səthinin düz yaxud qabırğalı olması,
tərkibindəki efir yağı, о cümlədən mentolun çox olması, gövdəsinin
zərifliyi və xoşa gələn dadı ilə fərqlənir.
Becərilmə texnologiyası və yığım. Növbəli əkində yeri. Nanə
bir yerdə bir neçə il becərilə bilər. Onun üçün ən yaxşı sələf payızlıq
dənlilər, paxlalılar və çoxillik otlar hesab edilir.
Gübrələnməsi. Əsas gübrə kimi hektara 20-60 ton peyin
N
45
P
45
K
45
dozasında mineral gübrələrlə birlikdə yaxud da hektara
90-
120 kq hesabı ilə azot, fosfor və kalium gübrələri verilməlidir.
Torpağın hazırlanması. Payızda nanə əkən rayonlarda sələf
bitkiləri yığıldıqdan sonra torpaq 27-30 sm dərinlikdə şumlanıb ma-
la
lanır və vərdənələnir. Açıq cücərtilərin alınması üçün 1-2 yerüstü
əməliyyat aparılır. Nanə əkilməzdən qabaq torpaq kultivasiya edilir,
mala çəkilir sonra isə əkinə başlanır. Yaz əkini üçün torpaq payızdan
hazırlanır. Dondurma şumu aparılır, yazda isə malalanır və əkin
qabağı kultivasiya (10-12 sm dərinlikdə) ilə birlikdə malalanma
aparılır. Əkinqabağı hektara 8 litr hesabı ilə treflan herbisidi verilir.
151
Əkin. Acı nanə demək olar ki, toxum əmələ gətirmir. Ona görə
də onu kökümsov gövdələri ilə və yaxud da şitilinin bölünməsi yolu
ilə çoxaldılır. Kökümsov gövdələr payızda xüsusi anaclıq planta-
siyalarda 1-
ci il üçün hazırlanır. Onu KPM-2 maşını ilə qazıb çıxarır-
lar.
Sənaye texnologiyası ilə becərmədə təmizlənmiş xırdalanmış,
müx
təlif uzunluqda olan kökümsov gövdələr kövşənlə birlikdə əkilir.
Yaz əkini üçün kökümsovlar 1,3-1,5 m enində ləklərdə sax-
lanılır. Onları 15-20 sm qalınlığında yığaraq üzərini sellofan və tor-
paqla (10-
15 sm örtüb üstünə 15-20 sm qalınlığında saman tökülür.
Saxlama üçün optimal temperatur 1-3
0
C hesab edilir. Yazda ləklər
açıldıqda əkin materialı seçilir. Sağlam kökümsovlar xırdalanır və
əkin yerinə göndərilir. Kökümsovların xırdalanması və əkinə hazır-
lan
ması işi qısa müddətdə yerinə yetirilməlidir ki, onların quruma-
sına yol verilməsin. Əkin materialını (şitilləri) keçən ilki plantasiyada
bitkilərin hündürlüyü 8-12 sm-ə çatdıqda hazırlayırlar. Onun özünün
kökü və ana bitkinin kökündən kiçik bir hissəsi olmalıdır. Əkin mate-
rialı (şitillər) əllə çıxarılır. Şitillər hər 100 ədədi bir dəstə olmaqla
bağlanır, kökləri torpaqdan təmizlənir və əkmə yerinə göndərilir. Uk-
ray
nanın Şimal rayonlarında nanəni tez-tez şaxta vurduğuna görə onu
yazda ilkin yazlıqlarla eyni vaxtda əkirlər. Moldovada, Krımda və
Krasnodar vilayətində ən yaxşı əkin müddəti payızın axırı (oktyabrın
axırı, noyabrın əvvəli) hesab edilir.
Kökümsovları əl ilə və yaxud da şitiləkən maşının köməyi ilə 70
sm cərgəarası olmaqla əkilir. Əl ilə əkində dibdolduran alətlə şırım
açılır oraya bir və ya iki cərgə şitil qoyulur və torpaqla örtülür. Me-
xa
nikləşdirilmiş əkin üçün isə KRN- 4,2 kultivatoruna xüsusi qurğu
PP-
6 qondarılmaqla ondan istifadə edilir. Hektara kökümsov sərfi
1,2-
1,5 tondur. Şitillər yazda 6-8, payızda isə 10-12 sm dərinliyə
basdırılır. Əkindən dərhal sonra sahə vərdənələnir.
Şitillər isə sahəyə SKN-6A markalı şitiləkənlə hektara 100-110
min bitki olmaqla əkilir.
Əkinlərə birinci ili qulluq. Alaqları məhv etmək məqsədi ilə
cü
cərtilər alınmamışdan qabaq 2-3 dəfə malalama aparılır. Nanə əki-
nindən 3-6 gün sonra və cücərtilərin alınmasına 5-6 gün qalmış her-
152
bisid
lərdən üç xlorasetat natrium (11-17 kq/ha), prometrin (6-8
kq/ha), linuron (3-
8 kq/ha) və başqa herbisidlər tətbiq edilir. Cücər-
tilər alınandan sonra tam budaqlanma zamanı 2-3 dəfə cərgəarası
becərmələr və 1-2 dəfə alaqların əllə vurulması aparılır. Birinci kulti-
vasiya 6-8 sm, ikinci 10-
12 sm, üçüncü isə 6-7 sm dərinlikdə yerinə
yetirilir.
Yığımdan qabaq iri alaqlar və nanə sahəsini çirkləmədən qıvrım
və göyümtül nanələr məhv edilir.
Əkinlərə ikinci il qulluq. Acı nanə bir yerdə bir neçə il becərilə
bilər. Zəif çirklənmiş sahələr yığımdan 1 ay sonra N
135
P
180
K
135
doza-
sında gübrələnir. Gübrələr mala ilə torpağa basdırılır. Erkən yazda
isə yuxarıda göstərilən herbisidlərlə çilənmə və 1-2 dəfə cücərtilər
alınmasından qabaq malalanma aparılır. Belə olduqda alınmış nanə
cücərtiləri yaxşı inkişaf edir və alaqları üstələyir.
Güclü çirklənmiş sahələrdə isə ən yaxşı üsul sahənin təkrar şum-
lan
masıdır. Təkrar şum payızın axırında torpaqda kifayət qədər nəm-
lik olduqda ön kotancıqlı, diskli kəsici alətləri olan kotanla, sahənin
eninə olmaqla, 16-18 sm dərinlikdə aparılır. Kotanla eyni aqreqatda
ağır mala olmalıdır. Təkrar şumdan əvvəl əsas şum altına verilən nor-
ma
larda üzvi və mineral gübrələr verilir. Qazılıb çıxarılmış köküm-
sov
lar təmizlənir və əkin üçün istifadə edilir. Sonra torpaq ağır, dişli
vərdənə ilə vərdənələnir. Erkən yazda torpaq cücərtilər alınana qədər
və alındıqdan sonra malalanır. Cücərtilər alınmasından 5-6 gün qa-
baq yuxarıda göstərilən herbisidlər tətbiq edilir. Cücərtilər alındıqdan
sonra buketləmə aparılır. Əvvəlki cərgələrin eninə olmaqla yeni cər-
gələr açılır, 40 sm-lik kəsimlər, 20 sm-lik buketlər əldə olunur. Sonra
cərgəarası becərmələr və alaqların əllə vurulması həyata keçirilir.
Nanəyə ən çox nanə mənənəsi, tor gənəciyi, nanə yarpaqyeyəni,
nanə birəsi, xəstəliklərdən isə pas, antraknoz, unlu şeh, və septorioz
ziyan vurur. Onlarla mübarizə məqsədi ilə aqrotexniki (növbəli əkinə
əməl edilməsi, yüksək aqrotexnika və s.) və kimyəvi tədbirlər həyata
keçirilir. Pas xəstəliyinə qarşı 3-4 dəfə Bordo mayesi ilə çiləmə, un-
lu şehə qarşı isə kükürd tozu və yaxud kükürdlü preparatlarla tozla-
ma aparılır.
153
Nanə məhsulu bütövlükdə bitkinin yerüstü yaşıl hissəsi və ya
quru yarpaqları hesab edilir. Yığıma çiçəkləmə fazasında başlamalı
və onu qısa müddətdə 7-10 günə başa çatdırmaq lazımdır. Nanə JBA-
3,5 A markalı maşınla 6-8 sm hündürlükdən biçilib sahəyə tökülür.
Onların nəmliyi 30-45 %-ə endikdə yığılır və işlənməyə göndərilir.
Burada o havada quru-
kütləsi alınana qədər qurudulur və taxıl kom-
bay
nına xüsusi əlavələr edilməklə onlarda xırdalanır.
2. 6. REYHAN
Xalq t
əsərrüfatı əhəmiyyəti. Reyhan bitkisi olduqca xoşagələn
ətirli səbzə tərəvəz bitkisidir. Bu bitkinin tərkibində bir çox yararlı
elementl
ər, о cümlədən şəkər, qələvi xassəli mineral duzlar, vitamin-
l
ər və kifayət qədər efir yağı vardır. Reyhan yarpaq və çiçəklərində
olan efir yağının alınması üçün becərilir. Onun yarpaqlarında 0,5- 0,8
%, çiç
əklərində 0,4-0,9 % efir yağı vardır. Yağın əsas hissəsini de-
m
ək olar ki, 70 %- ini evqenol təşkil edir. Ona görə də ona evqenollu
reyhan da deyilir. Bu efir yağlarından bahalı ətriyyat-kosmetika və
q
ənnadı məmulatlarının hazırlanmasında, qida sənayesində, həmçinin
tibbid
ə istifadə edilir.
Reyhanda h
əmçinin karotin və rutin vardır. Reyhan bitkisi çox
ətirli olduğundan ondan təzə halda salat kimi istifadə edilir, Həm də
onu pomidor şirəsinə və müxtəlif tərəvəz konservlərinə ətir vermək
üçün işlədirlər. Qurudulmuş reyhan qış zamanı müxtəlif çeşidli
xör
əklərin hazırlanmasında istifadə olunur.
Bitkinin yerüstü hiss
əsində də bir sıra müalicə əhəmiyyətli mad-
d
ələr vardır. Bunlardan: efir yağını, vitaminləri, flavonoidləri, aşı və
qatranlı maddələri və s. göstərmək olar. Reyhanda olan boyayıcı
madd
ələr - flavonlar, xlorofill, karotin və eləcə də efir yağı tibbi
c
əhətdən çox faydalıdır. Həmin maddələrin qanazlığında, xroniki
m
ədə-bağırsaq xəstəliklərində, avitaminozda çox gözəl müalicə təsiri
var. Reyhan qida il
ə qəbul olunduqda orqanizmin maddələr müba-
dil
əsini yaxşılaşdırır, həzmi asanlaşdırır və qanın tərkibinin normal-
lığını mühafizə etməklə bərabər, böyrək və sidik yollarının iltihabını
da aradan qaldırır.
154
Tarixi, yayılması və məhsuldarlığı. Evqenollu reyhanın vətəni
c
ənubi Asiya hesab edilir. Lakin bu bitki Cənubi Avropa ölkələrinə
d
ə çoxdan məlumdur. Azərbaycanda, xüsusən Abşeron kəndlərində
reyhan
ətirli tərəvəz bitkisi kimi çoxdan bəri geniş miqyasda becə-
rilir. Rusiyada onu 1937-ci ild
ən becərməyə başlamışlar. Hazırda ən
çox Gürcüstanda bec
ərilir. Burada onun əkin sahəsi 1000 hektara
yaxındır. Vegetativ kütlə məhsuldarlığı hektardan 6-10 ton-dur.
Botaniki t
əsviri və bioloji xüsusiyyətləri. Dalamazkimilər (La-
miaceae) f
əsiləsinin reyhan (Ocimum) cinsi özündə 150-yə qədər
növü birl
əşdirir. Efir yağlı bitki kimi isə təkcə bir növü evqenollu
reyhan (O. gratissimum L. ) bec
ərilir
(r
əngli şəkil 31)
.
Bu bitkinin bir-birind
ən fərqlənən bir neçə növ müxtəlifliyi vardır.
Onlardan aşağıdakıları göstərmək olar:
1. Xırda yarpaqlı, yığcam kol və qırmızımtıl həm də xırda çiçək
salxımı əmələ gətirən reyhan;
2. İri yarpaq və çiçək, həm də hündür kol əmələ gətirən reyhan;
3. Qaşığabənzər iri yarpaq əmələ gətirən reyhan;
4. D
əstəyəbənzər, alçaq boylu və yığcam kol əmələ gətirən
reyhan.
Reyhanın əsasən yaşıl və qonuru-bənövşəyi rənglərini becərirlər.
Bu formaların hər ikisi orta yığcam, orta boylu kol əmələ gətirir.
Onlar m
əhsuldar həm də olduqca çox ətirli olur.
Evqenollu reyhan 80-100 sm hündürlükd
ə çoxillik yarımkol bit-
kidir. İstiliyə həddən artıq tələbatı olduğuna görə birillik şitiləkinli
bitki kimi bec
ərilir. Mil kök sisteminə malikdir. Şitili əkildikdə isə
saçaqlı kök sistemi əmələ gətirir. Gövdəsi düz durandır, dörd tillidir,
güclü budaqlanandır. Bütün budaqları tüklüdür və sünbül şəkilli
çiç
əklə qurtarır. Gövdəsinin üzəri qırmızıya çalan bənövşəyi rəngli-
dir.
Yarpaqları qarşı-qarşıya düzülmüş, saplaqlı, sadə, iri, uzunsov
yumurta şəkilli, kənarları güclü diş şəkillidir. Rəngi açıq yaşıldan
tünd yaşıladək və çəhrayı - bənövşəyi rəngdən tutqun bənövşəyiyə
kimi olur.
N
əzəri cəlb edən çəhrayı və ya ağ rəngli çiçəkləri var. Çiçəkləri
xırdadır, yarım köbə şəklində toplanmışdır. Kasacığı, zınqırovşəkilli,
155
iki dodaqlı, çirkli-yaşıl rəngdədir. Ləçəkləri töküləndir. 4 erkəkciyi, 1
dişiciyi vardır. Dördyuvalı yuxarı yumurtalığa malikdir. Meyvəsi
tünd q
əhvəyi rəngli xırda qozcuqdur. Meyvəsi yetişəndə dörd hissəyə
ayrılır. Hər bir hissəsi oval formalı, üzəri hamar, qara-qonur rəngli
birtoxumlu qozcuqdan ibar
ətdir. İsladıldıqda sürüşkən olur.
Toxumları xırda, uzunsov ellipsvarı formalı və tutqun qara-qonur,
b
ənövşəyi rənglidir. Bir qramda 800-1200 ədəd toxum olur.
Reyhan
birillik qısa gün bitkisi olub, işıq sevən, istiliyi və rütubəti
çox sev
ən bitkidir. Onun toxumları 15
0
C temperaturda cüc
ərməyə
başlayır. Cücərməsi üçün optimal temperatur 30-35
0
C hesab edilir.
Vegetasiya
ərzində 23-25
0
C istilik olmalıdır. Toxumları işıqda yaxşı
inkişaf edir. Reyhan iyul ayından başlayaraq sentyabr ayına kimi
çiç
əkləyir.
Bitkil
əri normal böyüməsi üçün 19 ± 5
0
C istilik t
ələb edir. Tor-
paq v
ə havanın rütubətliyi 70-80 % olduqda keyfiyyətli ərzaqlıq
m
əhsul yetişdirir. Qida maddələrinə tələbkardır.
Reyhan n
əmliyə çox tələbkardır. Onun toxumu cücərmə zamanı
öz kütl
əsindən 1,5-2 dəfə artıq su sərf edir.
Toxumu cüc
ərdiyi bütün müddət ərzində torpağın nəmliyi nəmlik
normasının 90-100 %-i həddində olmalıdır. Belə nəmlik sonrakı
vegetasiya m
ərhələlərində də optimal hesab edilir.
Reyhan qumsal v
ə yüngül gillicəli qara torpaqlara tələbat göstərir.
Ağır, soyuq, qrunt suları səthə yaxın yerləşmiş torpaqlar reyhan üçün
yararsız torpaqlar hesab edilir.
Reyhan qida madd
ələrinə və çox tələbkardır. Hektardan 20 ton
kütl
ə məhsulu verərsə, torpaqdan 110 kq azot, 22 kq fosfor və 211 kq
kalium aparır. Qida maddələrinin çox hissəsi qönçələmədən texniki
yetişkənliyə qədər olan müddətdə sərf edilir.
Sortları. Reyhanın rayonlaşdırılmış sortlarına misal olaraq
Yubileynıy, Kelasurı-1 və yerli Gəncə sortlarını göstərmək olar.
Yerli G
əncə sortu. Bu sort tərəvəzlərin konservləşdirilməsi və
qurudularaq istifad
ə olunması üçün yararlıdır. Bitki yığcam kollu
olub, hündür boyludur (25-30 sm). Gövd
əsi və yarpaq saplağı açıq,
yarpaq ayası isə yaşıl rəngli olur. Yarpaq ayası yastılaşmış ürək for-
malı olub, uc hissəsinə getdikcə sivriləşir. Kolu, rəngi və ətri olduqca
156
xoşagələndir. Ərzaqlıq məhsulunu 25-30 gündən sonra verir.
Ərzaqlıq hissəsini biçməyib toxum üçün saxladıqda 35-50 günə
çiç
əkləyir və toxumların yetişməsinə kimi 60-70 gün tələb olunur.
Vegetasiya müdd
ətində 10-15 dəfə biçmək olur. Hər biçimdən 7-10
sentner m
əhsul götürmək olur.
Bec
ərilmə texnologiyası və yığım. Növbəli əkində yeri. Reyhanın
suvarılan torpaqlarda yaxşı gübrələnmiş payızlıq və dənli - paxlalı
bitkil
ərdən sonra yerləşdirilməsi məsləhət görülür.
Gübr
ələnməsi. Əsas gübrə kimi reyhan altına 30-40 ton peyin və
60 kq hesabı ilə azot və fosfor gübrələrinin verilməsi məsləhət bili-
nir. Şitil əkən zaman cərgələrə 20-30 kq/ha fosfor gübrəsi verilir.
Vegetasiya
ərzində üç dəfə yemləmə aparılır. Budaqlanmadan qabaq
(N
20
) qönç
ələmədən əvvəl (N
20
P
20
) v
ə çiçəkləmənin başlanğıcında
(N
30
).
Torpağın becərilməsi və əkin. Torpağın becərilməsi yazlıq bitki-
l
ərdə olduğu kimi aparılır. Əsas fikir alaqlarla mübarizəyə verilir.
Onları məhv etmək üçün əkindən qabaq treflan (8 l/ha) verilir.
Reyhan şitilləri isti parniklərdə və ya istixanalarda yetişdirilir.
Şitil dövrü 45-50 gün çəkir. Bu müddəti qısaltmaq üçün cücərdilmiş
toxumlar s
əpilir. Toxumları dağınıq və ya 6 sm cərgəarası olmaqla
c
ərgələrlə səpirlər. Bir çərçivəyə səpin norması 5 qr. götürülür.
Toxumlar 0,5-0,6 sm d
ərinliyə basdırılır. Səpindən sonra 30
0
C - y
ə
q
ədər qızdırılmış su ilə suvarılma aparılır. Parnikin və ya istixananın
temperaturu 30-35
0
C d
ə saxlanılır. Torpağın və havanın nəmliyi isə
optimal h
əddə olmalıdır. Şitili açıq sahəyə çıxarmazdan 2 həftə əvvəl
onun aşıq sahəyə uyğunlaşdırılması həyata keçirilir. Bunun üçün
suvarma azaldılır, şitilliyin havalandırılması üçün qapaqlar açılır
(gündüzl
ər). Şitilləri çıxaran zaman isə güclü suvarırlar. Bir parnik
ç
ərçivəsindən 1500-2000 ədəd standart şitil çıxır.
Şitilləri sonuncu yaz şaxtalarından sonra, torpağın 10 sm dərin-
liyind
ə 12-15
0
C istilik olduqda, şitiləkən maşınlarla cərgəarası 60-
70, bitki arası isə 25-35 sm olmaqla əkirlər.
Əkinə qulluq. Əkildikdən sonra 30-35 gün müddətində reyhan
yavaş böyüyür. Bu vaxt böyüməni sürətləndirmək üçün əsas üsul
torpa
ğın yumşaldılması və suvarılmalıdır. Sonrakı qulluq isə, torpa-
157
ğın yumşaldılmasından, cərgə aralarının və cərgələrin becərilməsin-
d
ən, alaqların vurulmasından, xəstəlik və zərərvericilərlə mübarizə
aparılmasından ibarətdir. Alaqlarla mübarizə üçün şitilləri əkdikdən
sonra propanid (11 l/ha) v
ə ya F-34 (11 l/ha) herbisidlərindən biri
çil
ənir.
Yığım. Reyhanın texniki yetişkənliyi, toxumların yetişməsi, mər-
k
əzi çiçək qrupundakı aşağı çiçəklərin çiçək altlıqlarının qonurlaş-
ması ilə eyni vaxta təsadüf edir. Yaxşı olar ki, məhsul isti və quru
havada şeh götürüldükdən sonra yığılsın. Bitkilər aşağı hissədən ot
biç
ənlərlə biçilib traktor qoşqularına yığılaraq emal müəssisələrinə
daşınır. Yığılmış məhsul təzə halda emal edilir.
1. 7.
S Ü R V Ə
Xalq təsərrüfat əhəmiyyəti. Sürvə çiçək qruplarında toplanan
efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11 - 0,3 % efir
yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58-70 %), linalol (10-
15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan
məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq səna-
yesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan
yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi –
sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir.
Tarixi, yayılması, məhsuldarlığı. Sürvə elə də çox qədimdən
becərilən bitki deyildir. O birinci dəfə 1909-cu ildə Fransada mədəni-
ləşdirilmişdir. MDB ölkələrində 1929-cu ildən becərilir. Hazırda
sürvə ən çox Moldovada, Qırğızıstanda, Krasnodar vilayətində
Krımda və s. becərilir. Onun əkin sahəsi 13 min hektara yaxındır. Çi-
çək məhsuldarlığı hektardan 30-40 sentnerdir.
Botanik
i təsviri və bioloji xüsusiyyətləri. Sürvə (Salvia sclarea
L.)
dalamazkimilər (ballıbaba) (Lamiaceae) (dodaqçiçəklilər- Labia-
tae)
fəsiləsinə daxil olan birillik, ikiillik və çoxillik, ot tipli bitkidir.
Ağaclanmış mil kökləri birinci il torpağın 90-120 sm, ikinci il 130-
150 sm dərinliyinə işləyir. Gövdəsi 30-100 sm hündürlükdə, birillik,
ot tipli, dikduran, dördüzlü, budaqlanandır. Gövdə və budaqları uzun
158
qol-
budaqlı süpürgə ilə qurtarır. Qarşı-qarşıya düzülmüş uzun sap-
laqlı, iri, oval ürək formalı, çox qırışıqlı yarpaqları vardır.
Yuxarı hissədə qırmızımtıl çiçək altlıqlarına çevrilmişdir. Gövdə
və yarpaqları gümüşü rəngli tükcüklərlə sıx örtülüdür. Çiçəkləri köbə
şəklində toplanmışdır. Hər yarımköbədə 3 çiçək vardır. Çiçəklər
ikicinslidir, bozumtul - q
atranlı kasacıqdan tutqun - göy rəngli çiçək
tacından, 4 erkəkcikdən ibarətdir. Erkəkciklərdən ikisi yaxşı inkişaf
etmişdir, ikisi isə rüşeym halındadır. Dördyuvalı yuxarı yumurtalığa
malikdir. Meyvəsi xırda, yumurtaşəkilli, tünd - qəhvəyi rəngli qoz-
cuqdur
(r
əngli şəkil 32).
1000 ədəd meyvəsinin kütləsi 3-5 qr.- dır.
Sürvənin yazlıq, payızlıq və ikiillik formaları vardır. İstehsalatda ən
çox payızlıq tipinin sortları yayılmışdır.
Sürvə aşağıdakı inkişaf formalarını keçirir. Cücərti, filqə yarpaq,
gövd
ələmə, çiçəkləmə, texniki yetişkənlik, toxumun yetişməsi.
Sürvə istiliyə çox tələbkar deyildir. Onun toxumları 10-12- də
cücərməyə başlayır. Cücərtiləri - 6 - 8
0
C şaxtaya dözür. Yaşlı bitki-
lər isə -28
0
C -
dən şaxtaya davamlıdırlar. Yayda isə havanın isinmə-
sinə yaxşı münasibət göstərirlər. Adətən çiçəklənmə zamanı havanın
temperaturu nə qədər yüksək olarsa məhsulun yağlılığı o qədər
yüksək olur.
Sürvə işıqsevən bitkidir. İşığın çatışmazlığından bitki həddindən
artıq uzanır və birinci ili çiçək əmələ gətirmir. Sürvə uzun gün bitki-
sidir.
Sürvə quraqlığa davamlı bitkilər sırasına aiddir. Eyni zamanda
nəmliyə də həssaslıq göstərir. Toxumların cücərməsi zaman nəmliyə
daha çox tələbat göstərir.
Toxumlar öz kütləsindən 3,5 meyvə yanlıqları isə 40 dəfə çox su
u
durlar. Filqə yarpaq fazasında sürvə quraqlığa davamlıdır. Gövdə-
ləmə fazasında isə nəmliyə tələbatı kəskin artır. Bu dövrdə nəmliyin
çatışmazlığından məhsuldarlıq azalır. Torpağın həddindən artıq nəm
olması isə göbələk xəstəliklərinin artmasına səbəb olur.
Sürvə üçün neytral və zəif qələvi reaksiyalı qələvi və karbonatlı
qara torpaqlar əlverişli hesab edilir. Gilli, bataqlaşmış, turş, habelə
qrunt suları üzdə olan torpaqlar sürvə üçün yararsız hesab olunur.
159
Sortları: Sürvənin rayonlaşmış sortlarına misal olaraq Vozne-
senskiy-
24, Tezyetişən Krım, S-785, Moldavskiy - 69 və s. göstər-
mək olar.
Becərmə texnologiyası və yığım. Növbəli əkində yeri. Sürvə
üçün payızlıq dənli bitkilər, yaşıl yem və quru ot üçün əkilmiş birillik
otlar, silosluq qarğıdalı yaxşı sələf hesab edilir.
Torpağın əsas becərilməsi. Birillik otların və payızlıq dənli
bitkilər altından çıxmış tarla diskli yumşaldıcılarla 6-8 sm dərinlikdə
üzlənir. Kökü pöhrəli alaqlarla sirayətlənmiş sahələrdə becərmə, ga-
va
hınlı kotanla 10-12 sm dərinlikdə yumşaltmadan (üzləmədən) baş-
layır. Alaq cücərtiləri alındıqdan sonra 25-27 sm dərinlikdə şum apa-
rılır. Şumlama ilə eyni zamanda sahə hamarlanır və vərdənələnir.
Alaqların əmələ gəlməsinə və kök qalıqlarına qarşı torpaq kultivasiya
edilir və ya malalanır.
Gübrələnmə. Sürvə gübrələnməyə yaxşı münasibət göstərir.
Əsas gübrə kimi aşağıdakı normalar məsləhət görülür: Adi və karbo-
natlı qara torpaqlarda N
60
P
60,
podzollu və qələvi qara, həmçinin boz
meşə torpaqlarında N
60
P
60,
K
60
, Krasnodar şəraitində N
60
P
60,
K
40
,
Krımda N
60
P
60
.
Səpinlə birgə verilən gübrələri cərgələrin yanına P
10
dozasında vermək məsləhət görülür. Filqə (ləpə) yarpaq və gövdələ-
mənin başlanma fazasında effektiv yemləmə dozası N
30-60
P
40-60
hesab
edilir. Sürvəyə ikinci il erkən yazda N
50
P
60
norm
asında yemləmə
güb
rəsi verilir.
Dostları ilə paylaş: |