Hal-hazırda Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz yataqlarının mənimsənilməsi məqsədilə çoxlu sayda hidrotexniki qurğular istismardadır və yeniləri tikilir


Sıxılmış hava sistemi üçün CHECKLIST analizin



Yüklə 391,31 Kb.
səhifə8/17
tarix13.12.2023
ölçüsü391,31 Kb.
#175146
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
Riskin qiymətləndirilməsi mühazirə

Sıxılmış hava sistemi üçün CHECKLIST analizin
Nəticələri

Suallar

Cavablar

Tövsiyyələr

Yük tanklarına dair
Tanklardan mayenin boşaldılması zamanı vakuumun yaranmasından mühafizə sistemi lazımdırmı?

Bəli, əgər vakuumun yaranmasının qabağı alınmasa, onda tankda zədələnmələr baş verə bilər.

------

Kompressorlara dair
Kompressorların havagötürücüləri çirklənmədən, yağışdan, yanar qazlardan və sairədən mühafizə olunubmu?

Bəli, yanar qazların daxil olması imkanından başqa.
Yük tankının ventilyasiya dəlikləri də yaxında yerləşir.

Ventilyasiya dəliklərinin yerinin dəyişdirilməsi
tövsiyyə olunur.


Şəkil. CHECKLİST analizinə dair nümunə

Mühazirə №8.
Təhlükələrin təhlili (HAZOP) üsulu.

Təhlükələrin identifikasiya üsulunun biri də iş qabiliyyətinin təhlili (HAZOP) üsuludur. Bu üsul texnoloji prosesləri fasiləsiz gedən sistemlərdə işçi qabiliyyətinin itirilməsinə gətirən təhlükələrin təyini üçün yararlıdır. Burada texnoloji prosesin fasiləsiz olması əsas səciyyə daşıyır ki, bu da dəniz əməliyyatlarında texnoloji risklərin aradan qaldırılmasında sözügedən üsulun tətbiqini məqsədəuyğun edir.


HAZOP üsulu layihədə nəzərdə tutulan texnoloji rejimlərdən mümkün yayınmaların təhlilinə əsaslanır.
Bu üsulun icrası üçün təcrübəli rəhbərin başlığı altında müxtəlif sahədən olan mütəxəssislər (ekspertlər) komandası tələb olunur. Rəhbər ekspertlərin fikrini baxılan sistemin (fasiləsiz gedən prosesin) ayrı-ayrı elementlərində (nöqtələrində) olan vəziyyətlərinə müəyyən ifadələrlə yönəldir. Həmin ifadələr prosesi xarakterizə edən əsas parametrlərini adları ilə (misal üçün sərf, təzyiq, tərkib quruluşu və sairə) yüksək, aşağı, yox və bu tip sözlərin birləşməsi şəklində olur.
Komanda sistemli şəkildə hər aşkar olunmuş yayınmanın səbəbləri və gözlənilən fəsadları üzərində beyin şturmu aparır. Əgər təhlükə ciddi hesab olunarsa onun qarşısının alınması üçün müvafiq tədbirlərin keçirilməsi tövsiyyə olunur.
Beyin şturmunun hər kecirilən sessiyasının nəticələri standart formatda yazılır (aşağıdakı cədvəl şəklində).




Yüklə 391,31 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin