Hal-hazırda Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz yataqlarının mənimsənilməsi məqsədilə çoxlu sayda hidrotexniki qurğular istismardadır və yeniləri tikilir



Yüklə 391,31 Kb.
səhifə11/17
tarix13.12.2023
ölçüsü391,31 Kb.
#175146
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
Riskin qiymətləndirilməsi mühazirə

Mühazirə №11.
BOWTIE dıaqramının qurulması.

Bu üsul yüksək riskli ssenarilərdə hadisələrin gedişini təsvir edən qrafiki bir üsuldur. Həmin təsvirə BOWTIE diaqramı deyilir və bunun adı təsvirin formasından götürülüb (Şəkil). Sözügedən diaqram yalnız riskləri yox, həmçinin qabaqlayıcı və yumşaldıcı tədbirləri də təsvir edir. Diaqramın üstünlüyü qəza hadisələrinin gedişatını bir neçə ssenari üzrə göstərir.


Təhlil bir necə mərhələlərlə aparılır:

  • risklərin təsviri;

  • nəzarətin aparılması;

  • vəziyyəti gərginləşdirən amillərin qiymətləndirilməsi və idarə olunması.

Riskin təsviri.
Diaqramın qurulması təhlükənin qeyd olunmasından başlayır. Adətən ciddi fəsadlara gətirib çıxara bilən təhlükələr götürülür.
Növbəti addımda əsas hadisə (Top Event) seçilir. Əsas hadisə elə vəziyyətin yaranmasını əks etdirir ki, fəsad özünü hələ göstərməyib, lakin vəziyyət nəzarətdən cıxıb və gözlənilən ciddi təhlükənin qarşısını almaq olmur.
Bundan sonra analitik əsas hadisənin baş verməsinə gətirən halları (Threat) qeyd edir. Buraya texnoloji və insan xətalarını, ətraf mühit amillərini və digərlərini aid etmək olar.
Diaqramın sağ tərəfində Əsas Hadisənin mümkün fəsadları qeyd olunur.
Beləliklə analitik hadisələrin mümkün gedişatını diaqramda izləyə bilir. Threat-dan başlayaraq Əsas Hadisədən keçərək, Fəsadlara qədər çəkilən xətt (yol) qəzanın mümkün ssenarisini əks etdirir.
Təhlilin məntiqi sonluğu hadisələrin arzuolanmaz gedişatını bir qədər yumşaldılması, yavaşıdılması üçün hansı tədbirlərin görülməsi ilə tamamlanır.



Şəkil. BOWTIE diaqramı
Risklərə nəzarət birinci mərhələdə təhlükəsizlik baryerləri (səddləri) vasitəsilə aparılır. Təhlükəsizlik baryeri dedikdə hadisələrin arzuolunmaz gedişatın qabağının alınması və yaxud yumşaldlmasına yönələn vasitələr başa düşülür. İlkin mərhələdə riski qəbul olunan səviyyədə saxlanılması üçün bu baryerlər nəzarət baryerləri adlanır.
Lakin heç bir baryer tam şəkildə etibarlı olmadığı səbəbindən, onların aşması səbəblərinə aydınlıq gətirilməlidir. Bunun üçün eskalasiya (sürətlənmə) amilləri müəyyən olunur və eskalasiya amilləri baryeri qoyulur.
Beləliklə, BOWTIE diaqramının qurulması ilə risklərin ilkin mərhələdə yaranması, və hadisələrin sonrakı gedişatında Əsas Hadisənin baş verməsinə və yekunda hansı mümkün fəsadlara gətirib çıxarılmasına qədər gedən yolu tam şəkildə izləmək, hansı yerlərdə mühafizə baryerlərinin qoyulması imkanı yaranmış olur. Odur ki, hal hazırda bü üsuldan layihələr üzrə HSE hesabatlarırnın hazırlanmasında geniş istifadə olunur.

Yüklə 391,31 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin