Mühazirə №12.
Dəniz tikililərinə təbii faktorların təsirləri.
Qasırğalar, tufanlar, zəlzələlər, şimşəklər və sairə təbii fəlakətlər dəniz hidrotexniki qurğularda qəzaların baş verməsinə, işçi personala xətaların yetirilməsinə səbəb ola bilər. Ayrıca olaraq, ətraf mühitə təhlükəli maddələrin tullantıları baş verə bilər ki, bunlar Natech adlanırlar. Dəniz tikililərində təbii fəlakətlərdən yaranan təhlükələri diqqətdən keçirək.
Keçmişdə baş vermiş qəzaların təhlili bədbəxt hadisələrin necə və nə üçün baş verməsi sualına aydınlıq gətirilir. Baş vermiş qəzaların məlumat bazasının təhlili əsasında onları ayrı-ayrı kateqoriyalara bölmək olar (misal üçün, təbii fəlakətlərə görə, qurğunun tipinə görə və sairə). Belə ki, Worldwide Offshore Databank (WOAD) məlumat bazasından, hansı ki 1970-ci ildən başlayaraq, bu günə qədər baş verən 6000- dən çox qəzalari əhatə edir, təbii hallarla bağlı altçoxluğu ayrılmışdır. Bu alt çoxluğa 1085 insident daxil olunmuşdur və toplanmış məlumatın statistik təhlili aparılmışdır.
Aşağıdakı şəkildə cografi vəziyyətdən asılı olaraq dəniz obyektlərində təbii fəlakətlərlə bağlı olan hadisələrin paylanması diaqramı verilmişdir (şək.1).
Şəkildən göründüyü kimi qeydə alınmış qəzaların əksəriyyəti Şimali Amerika və Avropada baş vermişdir. Bunlardan 55% Meksika körfəzinin, 25% isə Şimal dənizin payına düşür. Bu onunla bağlıdır ki, həmin ərazilər dəniz obyektləri sıx yerləşən ərazilərdir və buradan gələn məlumatlar dəqiqliyi ilə seçilir. Təhlil nəticəsində həmçinin müəyyən olunmuşdur ki, platformanın tipindən və yerləşməsindən asılı olaraq, bədbəxt hadisələr xeyli fərqlənir. Baş vermiş hadisələrin əsas səbəbi kimi ekstremal hava şəraiti və tez-tez baş verən qasırğalar, tufanlar olmuşdur.
Növbəti şəkildə (şək.2) dənizdə qeydə alınmış qəzalar üzrə zədələnmə dərəcələrinin statistikası gətirilmişdir. Zədələnmə dərəcəsinə 5 səviyyədə baxılır: şərti olaraq xırda zədələnmələlərdən başlayaraq ixtiyari bir hissənin tam itirilməsinə qədər.
Dostları ilə paylaş: |