Hal-hazırda Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz yataqlarının mənimsənilməsi məqsədilə çoxlu sayda hidrotexniki qurğular istismardadır və yeniləri tikilir



Yüklə 391,31 Kb.
səhifə15/17
tarix13.12.2023
ölçüsü391,31 Kb.
#175146
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   17
Riskin qiymətləndirilməsi mühazirə

Mühazirə №15.
Boston kubu üsulu ilə sualtı kəmərlərdə risklərin qiymətləndirilməsi.
Risklərin qiymətləndirilməsi müxtəlif standartlar üzrə aparılır. Lakin qiymətləndirilmənin metodoloji ardıcıllığı demək olar ki, eynidir. Həmin ardıcıllıq aşağıda blok-sxem şəklində verilir (şək.1). Burada göstərildiyi kimi öncə ilkin mərhələdə kəmərin işçi qabilliyyətinin itirilməsinə gətirib çıxara bilən bütün halların siyahısı verilmişdir.
Sonradan hər bir belə hal üçün Boston kubu adlandırılan üsulla risklərin qiymətləndirilməsi aparılır. Həmin üsulun mahiyyəti şək. 2-də təsvir olunmuşdur. Riski hesablamaq üçün hər bir hal üçün onun baş vermə ehtimalını, onun vaciblik dərəcəsini və həmin halın aşkarlanması üçün baxışın aparılması imkanını qiymətləndirilir. Kəmərlərdə baş verə bilən defektlərin və nasazlıq hallarının baş vermə ehtimallarını və vaciblik dərəcələrini ərazidə istismarda olunan mövcud kəmərlərdə sızmaların, baş verə bilən yerdəyişmələrin, üzə çıxma və digər hallara aid çoxillik məlumatın statistik təhlili əsasında qiymətləndirmək olar.
Hər bir halın aşkarlanmasına yönələn baxışın aparılması imkanının dərəcəsini isə zəruri texniki vasitələr və avadanlıqla təchizatın mövcudluğuna ğörə qiymətləndirmək olar. Məsələn sualtı kəmərlərdə boruların mexaniki birləşdirəcilərində əmələ gələn nasazlıqlar onun işçi qabilliyətinin itirilməsinə gətirir. Belə halların baş vermə ehtimalı və onlara baxışın keçirilməsi zərurəti yüksək dərəcədədir. Lakin həmin nasazlıqların aşkar olunması imkanları çox aşağıdır. Müəyyən hal üçün baş vermə ehtimalı, vaciblik dərəcəsi və nəzarətin aparılması imkanı 3 səviyyədə qiymətləndirilir: yüksək “Y” kimi göstərilib, 3 əmsalı ılə; orta “O”- 2 əmsalı ilə; alçaq “A” isə 1 əmsalı ilə qiymətləndirilir.
Baxılan hal üçün riskin qiyməti, Şəkil 3-dən göründüyü kimi, kəmərdə həmin halın baş vermə ehtimalının, onun kəmərin işçi qabiliyyətinin itirilməsi baxımından vaciblik dərəcəsinin və bu halın aşkarlanmasının təyin etmə imkanının dərəcəsinin hasili kimi tapılır. Hesablanmış yekun əmsallarına görə kəmərlərin vəziyyətinə texniki baxış keçirtdikdə hansı hallar üçün daha yüksək risk alınırsa həmin hala daha çox diqqət yetirilməlidir.


Yüklə 391,31 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin