Hal-hazırda Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz yataqlarının mənimsənilməsi məqsədilə çoxlu sayda hidrotexniki qurğular istismardadır və yeniləri tikilir


Şək. 1 Dəniz obyektlərində baş verən insidentlərin coğrafi



Yüklə 391,31 Kb.
səhifə13/17
tarix13.12.2023
ölçüsü391,31 Kb.
#175146
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   17
Riskin qiymətləndirilməsi mühazirə

Şək. 1 Dəniz obyektlərində baş verən insidentlərin coğrafi
vəziyyətindən asılı olaraq paylanması

Cədvəl
Dəniz obyektləri üçün əsas təbii təhlükələrin statistikası

Təbii Təhlükələr

Dünya

Avropa

Pis hava şəraiti

546

279

Şimşəklər

17

13

Zəlzələlər

5

3

Fırtınalar

513

7

Şaxtaların düşməsi

4

1

CƏMİ

1085

303


Şək. 2. Zədələnmə dərəcələrinin statistikası

Ayrıca olaraq, stasionar platformalarda təbii təsirlərdən yaranan zədələnmələrin statistikasına baxaq. Buradan aydın olur ki, stasionar platformalar üçün əsas təhlükəni dalğa amili təşkil edir. Belə ki, hündür dalğalar qazma qurğusunu tutsa, aşma təhlükəsi qaçılmazdır. Küləyin gücündən də platformaların və qazma qurğusunun aşması müşahidə olunub. Bundan başqa şaxtadan quyuları atqı xətlərində təbii qazın donmasının baş verməsi və nəticədə xəttin tam dağılması müşahidə olunmuşdur.


Metal dayaq blokları olan platformalarda baş verən qəzaların üçdə ikisi fırtına nəticəsində baş vermişdir və platformanın dağılması ilə müşahidə olunmuşdur. Bu əsasən kiçik dərinliklərdə baş vermişdir. Fırtına nəticəsində həmçinin boruların birləşmə yerlərində, dik borularda, quyuağzı avadanlıqlarda ciddi zədələnmə hallarına rast gəlinmişdir.
Bəzi hallarda ciddi zədələnmələr blokun ayaqlarının dəniz dibinə bərkidilməsi yerlərində qruntun yuyulması və sürüşməsi hesabına baş vermişdir. Belə ki, fırtınaların təsirindən bu yerlər əlavə yüklənməyə məruz qalır.
Az da olsa helikopter meydançasında kicik zədələnmələrdən başlayaraq tam dağılmaya qədər müşahidə olunmuşdur.
Onu demək lazımdır ki, beton dayaq blokları olan platformalar daha dayanıqlı olur və demək olar ki, təbii təsirlərdən onların tam dağılması hallarına rast gəlinmir.
Statistikadan bəlli olmuşdur ki, platformaların dağılması halları o zaman baş verir ki, ərazidə müşahidə olunan külək və dalğa parametrləri hesabi qiymətləri aşmış olur. Bunun üçün ərazidə meteoroloji vəziyyətə dair göstəricilər yenilənməlidir. Misal üçün, Meksika körfəzində fırtınalar nəticəsində bir neçə platformaların aşmasından sonra layihələndirilmə zamanı hesablanmalar aparıldıqda küləyin sürəti və dalğanın hündürlüyü hesabi qiymətləri xeyli artırılmışdır.


Yüklə 391,31 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin