Türkiyə Kosmik Agentliyi 18-19 yanvar 2019-cu il tarixlərində Gebzedə “Milli Kosmos Proqramı Çalıştayı¹” adlı seminar təşkil etmişdir.9 fevral 2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TUA tərəfindən hazırlanan Milli Kosmos Proqramını ictimaiyyətə təqdim etdi.
Proqramın hədəfləri aşağıdakılardır
1.2023-cü ildə Aya sərt eniş və 2028-ci ildə yumşaq eniş etmək.
2.Peyk istehsalını birləşdirmək və Regional yerləşdirmə və vaxtlama sisteminin yaradılması.
3.Kosmosa müstəqil şəkildə daxil olmaq üçün kosmodrom qurmaq.
4.Türkiyə vətəndaşının elmi missiya üçün kosmosa göndərilməsi.
5.Kosmik hava haqqında elmi tədqiqat aparmaq.
6.Kosmosdakı obyektləri yerdən müşahidə etmək qabiliyyətini artırmaq.
7.Aerokosmik sənaye ekosisteminin inkişafı
8.Cəmiyyətdə kosmos şüurunun inkişaf etdirilməsi və işçi qüvvəsinin artırılması.