Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ



Yüklə 1,4 Mb.
səhifə24/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   20   21   22   23   24   25   26   27   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Nümunə (uşaqlara görə):

  • Azər, oğlum, dərsdən gələndən sonra yeməyini ye və dərslərinə başla.

  • Baş üstə, ana! (Azər dərsdən gələndən sonra ona verilən tapşırıqları yerinə yetirdi).

İdarə olunmayan uşaqlar isə ailə və cəmiyyət içərisində məsələni öz bildikləri kimi həll etmək istəyirlər. Məsləhətə və tövsiyələrə o qədər də önəm vermək istəmirlər. Çünki cəmiyyət içərisində uğur qazanmaq üçün inad etməyə üstünlük verirlər. İdarə olunmayan uşaqlarda maraqlı xüsusiyyətlərdən biri də onlara qarşı edilən müraciətin hansı formada olmasına həssaslıqla yanaşmalarıdır. Yəni bir sözü tez‐tez xatırladaraq və ona əmr formasında göstəriş verilməsini xoşlamırlar.
Nümunə:

  • İlqar, oğlum, bu nədir, mən sənə nə tapşırmışdım? Deməmişdimmi ki, dərsdən gələndən sonra çörəyini ye və dərslərinlə məşğul ol? Bu vaxta qədər niyə bunları yerinə yetirməmisən?!

İlqar, valideyninin bu sözlərindən heç də təsirlənmir, öz bildiyinə davam edir.

Başqa bir nümunə:

  • Rəhim, gəl, səninlə masa arxasında əyləşib söhbət edək. Rəhim, mənim ağıllı balam, sən məktəbdən gələndən sonra neçə vaxtdır ki, dərslərinlə məşğul olmursan. Dərslərinlə ciddi məşğul olmasan, biliyinin səviyyəsi azalacaq, sinif yoldaşlarından geridə qalacaqsan, dərslərinin zəifləməsi məni narahat edər, çox kədərlənərəm. İnanıram ki, sən bunlardan bir nəticə çıxaracaqsan.

Rəhim valideyni ilə etdiyi bu söhbətdən sonra diqqətini bir yerə cəmləyib dərslərini nizama salmağa başladı.
Xarakter tiplərinin başqa təsnifatları da var. Məsələn, insanın həyata, cəmiyyətə, mənəvi dəyərlərə münasibəti əsasında qurulmuş xarakter tipologiyası çox məşhurdur. Onun müəllifi bu tipologiyanı xarakterin sosial tipologiyası adlandıran E. From, adamları bir şəxsiyyət kimi dörd tipə ayırır: mazoxist, sadist, konformist, tənha.
E. Fromun fikrincə, mazoxist tipə malik olan adam uğursuzluqlarla qarşılaşan adamdır. Bu uğursuzluqda o yalnız özünü günahkar sayır.
Sadist tip öz uğursuzluqlarının səbəbini özündə deyil, başqa adamlarda, cəmiyyətdə görür. O, adamlar və dünyanı düşmən kimi qavrayır, onları məhv etməyə cəhd göstərir. Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa cəhd göstərir.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin