Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ


Mənlik bütünlüyünə qarşı ümidsizlik duyğusu (65 yaş və yuxarı)



Yüklə 1,4 Mb.
səhifə22/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   18   19   20   21   22   23   24   25   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

Mənlik bütünlüyünə qarşı ümidsizlik duyğusu (65 yaş və yuxarı): Mənlik bütünlüyünə qarşı ümidsizlik qarışıqlığı yaşlılıq dövründə üzə çıxır. Bu dövr, bir sözlə, yaşamla hesablaşma dövrüdür. Sağlam, məhsuldar, sakit bir şəxsiyyət formalaşdıraraq mənalı həyat keçirən insanlar fiziki, psixoloji və sosial məhdudiyyətlərə baxmayaraq, həyatlarının bu dövründə xoşbəxt və dincdirlər. Amma bundan əvvəlki dövrlərini sağlam yaşamayan insanlar isə bu dövrdə tündxasiyyət, qeyri‐sosial biri olaraq yaşayırlar. Nəticədə ömürlərinin boşa keçdiyini düşünsələr də, bu dövrdə ölüm qorxusuyla, ümidsizlik hissiylə yaşamağa davam edirlər20.

1.3. Maslov vƏ tƏlƏbatlar iyerarxiyası


Humanist psixologiyanın təşəkkül tapmasında, inkişaf etməsində A.Maslovnun (1908‐1970) xidmətləri əvəzsizdir. Elə bu səbəbdən də onu humanist psixologiyanın “mənəvi atası” adlandırırlar. Humanist psixologiyanın başlıca məsələlərini: özünüfəallaşdırma, şəxsiyyətin inkişaf mexanizmləri və tələbatın növləri problemlərini də A.Maslov işləmişdir.
Maslou Viskonsin Universitetini bitirmiş və 1934‐cü ildə psixologiya elmləri doktoru dərəcəsi almışdır. Onun psixologiyaya marağında və konsepsiyalarının inkişafında Avropa filosoflarının, xüsusilə ABŞ‐a emiqrasiya etmiş alimlərin böyük təsiri olmuşdur. M.Vertqeymerlə tanışlığı isə Maslovun “şəxsiyyətin özünüfəallaşdırması ”ideyasına güclü təkan vermişdir. 1951‐ci ildə Maslov Brenden Universitetinə dəvət olunur. 1968‐ci ildən ömrünün sonunadək psixologiya böl‐



  1. Yenə orada

  2. Ramiz Əliyev “Psixologiya” (səh. 71)

Maslov sağlam bir şəxsiyyətin inkişaf edə bilməsi üçün lazımlı olan ehtiyaclardan ibarət bir tələbatlar iyerarxiyası ortaya çıxarmışdır.
Maslova görə, insanların davranışlarını istiqamətləndirən onların tələbatlarıdır, ehtiyaclarıdır. Tələbatlar iyerarxiyasında insanın ilk və əsas məqsədi, əsas ehtiyac olaraq bilinən qidalanma, bəslənmə və özünü təhlükədən qorumaqdır (təhlükəsizlik). Sevgi, kiməsə məxsusolma, aidolma, qəbuledilmə kimi digər ehtiyaclara isə, vacib iki ehtiyacımızı (bəslənmə və təhlükəsizlik) ödədikdən sonra meyil edirik. Bu ehtiyaclarımızı da ödədikdən sonra özünə hörmət üçün əsas şərt olan tanınma, dəstəklənmə, yararlı olmaq ehtiyaclarımız ortaya çıxır. Bunlardan da yuxarıda özünüformalaşdırma ehtiyacı mövcuddur.
Tələbatlar iyerarxiyasında “özünüformalaşdırma səviyyəsinə gələnə kimi mütləq əvvəlki tələbatları ödəməlisən ki, sonrakılara nail olasan” deyilsə də, bəzi istisnalar mövcuddur. Məsələn, günlərlə ac qalan insanın şeir yazmağa, ya da sənətin digər sahələriylə məşğul olmağa marağı olmaz desək də, tarixdə əhəmiyyətli dərəcədə vacib, gözəl əsərləri olan bəzi filosof və elm adamları bu halları özləri xüsusi olaraq istəyirdilər. Günlərcə ac olsalar belə, dünya şöhrətli əsərlər yarada biliblər.
Maslov özünü formalaşdırmaqda olan insanın xüsusiyyətlərini aşağıdakı kimi sıralayır.
Əvvəlcə onu deyək ki, tələbatlar iyerarxiyasında ən üst sırada duran özünüformalaşdırma anlayışına görə, insanın davranışlarını istiqamətləndirən əsas motiv özünüformalaşdırma istəyidir. Bu mənada özünüformalaşdırma heç şübhəsiz, insan üçün həyatı boyu davam edir.21

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin