1.2.2. Eriksona görƏ psixo-sosial inkişaf dövrlƏri
Təməl inama qarşı inamsızlıq (0 – 1 yaş):Sağlam şəxsiyyətin ən vacib komponentlərindən biri həm başqalarına, həm də özünə qarşı inam hissini inkişaf etdirməkdir. Bu dövr doğumla başlayıb birinci ilin sonunda bitir. Bu dövr ərzində uşaq ətrafına və digər insanlara inanmağı və ya inanmamağı öyrənir. İnam və ya inamsızlıq əsas ehtiyacların qarşılanıb‐qarşılanmamasıyla bağlıdır.Uşaq yemək, qayğı, fiziki təmas kimi təməl ehtiyaclarının qarşılanmasında başqalarına bağlıdır. Əgər bu ehtiyaclar kafi səviyyədə və uyğun şəkildə qarşılanarsa, uşaq dünyanı etibarlı olaraq qəbul edir. Əks təqdirdə, uşaq dünyanı və insanları etibarsız olaraq qəbul edəcək. Bu dövrdə uşağa qayğı göstərən valideynə və ya dayəyə olan inam və ya inamsızlıq gələcəkdə başqalarına da yönələcək.
12 Dr.
141‐142)
Buradakı əsas məqsəd uşağa yaşadığı dünyanın etibarlı bir yer olduğunu hiss etdirməkdir. Bu zaman uşaqda üç aspektə görə inam hissi yaranır. Tanışlıq, tutarlılıq və davamlılıq. Əgər uşağa diqqət göstərən, qayğısına qalan ona tanışdırsa, bir‐birini tamamlayan davranışlar göstərirsə və davamlı olaraq diqqət göstərirsə, onda inam hissi oyatmaq çox asandır. Beləliklə, uşaq bir‐birinə uyğun olan hər şeyə inanacaqdır. Çünki tutarsız olanlar onsuz da etibarsızdır. Uşaqlar məhdudiyyətlərdən daha çox, birbirinə uyğun olmayan, mənasız hərəkətlərdən yorulurlar, narahat olurlar15.
Avtonomluğa qarşı utanma və şübhə (2 – 3 yaş): Bir yaşından üç yaşına qədər davam edən bu dövrdə uşaqlar avtonomluq və fərdiləşmə cəhdlərinin verdiyi inam və utanma duyğularını birgə yaşayırlar.
Bu dövrdə ana‐atanın uşağa hədsiz nəzarət etməsi uşağın öz bacarıqlarına qarşı şübhəyə düşməsinə və bunun nəticəsində də utanmasına səbəb olur. Bu dövrü uğurla keçən uşaqlar gözütoxluq, özünəinam və özünüqiymətləndirmə kimi keyfiyyətlər qazanmış olurlar. Bunun öhdəsindən gələ bilməyən uşaqlar isə kimdənsə asılı olaraq yaşamağa vərdiş etməklə yanaşı, hədsiz utancaq olurlar. Özlərinə heç inanmırlar, bacarıqlarına daim şübhəylə yanaşırlar. Çünki sərbəst olaraq bir işin öhdəsindən gəlmək üçün ona şərait yaradılmayıb.
Uşaq bu dövrdə yalnız özünün həyata keçirdiyi işlərdən, davranışlardan hədsiz zövq alır. Gördüyü işə heç kimin qarışmasını istəmir. Məsələn, pilləkənlərdən enərkən, ana, ya da ata uşağın yıxılmaması üçün əlini tutmağa çalışanda, o, inadla “dəymə, özüm düşəcəyəm” deyir.
Bu dövr ərzində uşağın davranışlarına məhdudiyyət qoymaq, onun özü üçün məşğul olduğu işə qarışmaq, görməli olduğu işləri onun yerinə həyata keçirmək uşağın öz bacarıqlarına şübhə etməsinə səbəb olduğu kimi, onun davranışlarını dəstəkləmək də onda avtonomluq duyğusunu artırır1617.