Fallos Dövr (3–6 yaş): Freydə görə bu dövr cinsi kimliyin əsasının qoyulduğu dövrdür. Uşağın diqqəti tədricən ağız nahiyəsi və anusdan cinsiyyət orqanlarına yönəlir. Bu mərhələdə cinsiyyət orqanları yeni həzz mənbəyinə çevrilir. Oğlan və qızlarda cinsi fərqlər özünü bariz şəkildə göstərir. Freyd fallos mərhələsini qızlar üçün daha böhranlı hesab edir. Bu mərhələdə valideynlərlə münasibətdə gərginlik yaranır. Bu, qızlarda anaları, oğlanlarda isə ataları ilə münasibətdə xüsusilə kəskin şəkildə meydana çıxır. Uşaq öz həmcinsi olan valideynlərdən həm qorxur, həm də onu əks cinsdən olan valideynlərinə qısqanır.3 Artmaqda olan intellektual fəallıq maraqları ödəmək, təşəbbüs göstərmək, sadə məsələləri həll etmək imkanı verir. Adətən valideynlər müəyyən çərçivədə bu təşəbbüsü təqdir edir və uşaqda ləyaqət hissini tərbiyə edirlər. Beləliklə, fallos mərhələ şəxsin özünə qarşı münasibətin formalaşması ücün mühüm əhəmiyyət kəsb edir. Bu mərhələ anormal keçərsə, narsistik tip şəxsiyyət formalaşır. Bu tipə qeyri‐yeniyetməlik hissi, ən xırda hadisələrə qarşı həssaslıq, başqalarının rəyindən hədsiz asılılıq xasdır.8 Latent (Gizli) Dövr (7–12 yaş):Cinsi maraq və istəklərin gizlədildiyi bu dövrdə uşaqlar ehtiras və hisslərini nəzarət altında saxlamağa çalışırlar. Uşaq bir tərəfdən cinsi istək və maraqları olduğunu hiss edəcək, digər tərəfdən də bu enerjisini başqalarına, insanlararası əlaqələrə və dərs oxumağa istiqamətləndirəcəkdir. Bu dövrdə uşaqlarda özünə inam hissi artmağa başlayır, dostlar qazanır və bununla əlaqədar cəmiyyətdəki rollarını öyrənib mənimsəməyə başlayır. Bu dövrdə uşaq özünü, öz cinsinin nümayəndələri ilə eyniləşdirməyə çalışır. Müxtəlif oyunlarda iştirak edərkən, qrup daxilində fəaliyyətə xidmət edən müxtəlif rituallar, qaydalar işlənilir. Qrupdaxili davranış standartlarının ödənilməsi, ünsiyyət vərdişlərinin yaxşı mənimsənilməsinə xidmət edir.910 Üçüncü mərhələ – Genital Dövr (12 yaşdan yuxarı):Bu dövr 12 yaşından başlayıb insanın gənc yeniyetməlik dövrünə qədər davam edir. Fizioloji və psixoloji cəhətdən püxtələşməyə başlayan gənclərdə hormonların təsiri ilə bir sıra proseslər baş verir.
Bu dövrdəki əsas problemlərdən biri olaraq, ana‐ata ilə mübahisə edən övladın özünü sübut etmək üçün öz yoldaş çevrəsiylə daha çox münasibətdə olması nəzərə çarpır. Bu yaşda uşaqlar sosial fəaliyyətlərə qatılmağa üstünlük verirlər.
Gənc özünü tanıyıb püxtələşərkən cəmiyyət də gəncdən müəyyən davranışlar gözləyir. Gənc bu rolları da mənimsəməyə çalışır. Cəmiyyət rollarından biri də heç şübhəsiz, peşə roludur. Gənc özünə ən uyğun sənəti seçmək üçün əmək sərf edir.
Genital dövrü müvəffəq bir şəkildə keçən şəxslər digər insanlarla sağlam münasibətlər qura bilir, həyatdan zövq alan, yaradıcı və xoşbəxt bir insan olurlar. Bu dövrdəki müvəffəqiyyətsizlik isə gəncin cəmiyyətdə və fərdi sferada sağlam, bacarıqlı bir şəxsiyyət kimi formalaşmasına əngəl olur11.
Bu dövrə məxsus uşaqlar yaradıcı, öz güclərini istifadə etməyi bacaran, ətrafla normal münasibətdə olan, insanları sevən və hörmət edən təbii insan tipidirlər.12