Yaş
|
Freyd
|
0‐1 yaş
|
Oral dövr
|
2‐3 yaş
|
Anal dövr
|
3‐6 yaş
|
Fallos dövr
|
6‐12 yaş
|
Latent dövr
|
12‐20 yaş
|
Genital dövr
|
Birinci mərhələ: Oral (körpəlik dövrü) dövr (0 ‐ 2 yaş): Yeni doğulmuş uşaq
köməksiz olub, himayəyə ehtiyacı olduğundan, dərhal öz əhatəsiylə münasibətlər qurmağa can atır. Qida uşağın əsas tələbatıdır. Buna görə də uşağın əksər arzuları, maraqları, əməlləri ağız nahiyəsiylə əlaqədardır. Məhz ona görə də Freyd bu dövr üçün latın dilində ağız mənasını verən oral sözündən istifadə edir. Oral dövrdə ilk həzz mərkəzi ağız hissəsidir. Bəzən uşaq öz tələbatını ödəyə bilmədikdə (məsələn, ona əmzik verilmədikdə) qışqırıb ağlamalı olur. Belə davranış uzun müddət davam etməzsə, özünü sakitləşdirmə vərdişləri aşılayır və qəzəbdən qorunma mexanizmlərini inkişaf etdirir. 4
Amma öz tələbatını ödəyə bilmədikdə onda infantilik, asılılıq keyfiyyəti formalaşır. Bu isə böyüdükdən sonra özünü konformizm və ya neqativ davranış formasında büruzə verir.
İkinci mərhələ: Bu mərhələ cinsi yetişkənliyin başlamasına qədər davam edir və libido ‐ subyekt adlanır. Bu dövr onunla seçilir ki, uşaq öz instinktiv tələbatını ödəmək üçün heç bir xarici obyektə ehtiyac hiss etmir. Freyd bu dövrü narsizm mərhələsi də adlandırırdı. Bu mərhələdə uşaq özünə nəzər salır, ətrafdakı əşyalardan öz tələbatını ödəmək üçün istifadə edir. Narsizm özü də bir neçə mərhələdən ibarətdir. Birinci mərhələ (Anal dövr: 2–3 yaş) üç yaşa qədər davam edir. Bu dövr ayaqyolu təliminin başlandığı dövrdür. Ayaqyolu təlimini icra edərkən uşağı hazır olmadığı halda məcbur etmək və ya cəza tətbiq etmək onda iki tip təsirdən birinin inkişafına səbəb olur.56
Psixoloji cəhətdən, Freyd deyir ki, uşaqları istəmədiyi şeyə məcbur etmək olmaz. Belə halda uşağı məcbur edən ananın hərəkətini qınayır. Belə bir xüsusiyyət gələcəkdə – yeniyetməlik dövründə davakar, hirsli xarakter kimi özünü büruzə verə bilər. Bu xüsusiyyətə malik olan şəxslər əziyyətvermə, dağıtmaq, əsəbilik, pintilik, səliqəsizlik kimi zahirdən görünən davranışları özündə əks etdirə bilər.
Bir başqa halda, Freyd göstərir ki, ananın təzyiqlərinə və cəzalarına məruz qalmamaq üçün uşaq nəcisi bağırsaqlarında tutmağa üstünlük verir. Bu psixoloji təzyiq nəticəsində, uşaq ayaqyolu ehtiyacını ödəməmiş olur. Bu xarakteri inkişaf etdirən şəxslər yeniyetməlik dövrlərində də hisslərini büruzə verməkdən qaçan, ifrat tənqidçi, nizam‐intizamlı, əşya və pul yığan, lakin xərcləməyən bir şəxs kimi formalaşa bilərlər.7
Dostları ilə paylaş: |