Sərxan Abbasoğlu Filologiya elmləri üzrə fəlsəfə doktoru, AMEA Reyasət Heyətinin baş elmi katibi Bu gün dünyada onlarca konflikt vardır, insanlar bu konfliktlərin zəmində bir ‐ biri ilə insanlığa zidd şəkildə rəftar edir, bununla da ortaq mədəniyyətləri qarşı‐qarşıya qoyurlar. Konfliktlərin ortaya çıxma səbəblərinə nəzər salındıqda insanların öz mənliklərində uzaqlaşaraq, bir‐biri ilə əxlaqa zidd olan hərəkətlərlə rəftar etdiyini, qarşılıqlı səbir, hörmət və anlayış göstərməkdən çox uzaqda qaldığının şahidi oluruq.
Bu qarşıdurmaların səbəblərini araşdırdıqda əslində əsl qarşıdurmanın cəmiyyətdə və bu cəmiyyəti təşkil edən ailədə olduğu görülməkdir. Hər gün onlarca ailə faciəsinin, ailədaxili şiddətin, qadın və uşaq haqlarının pozulduğunun şahidi oluruq. İnsanların, insanlığın bu dərəcə şiddətə meylli olmasının səbəblərinə baxıldığında daxili şiddətə zəmin hazırlayan əxlaq pozuqluğunu görmək mümkündür.
Bu problemin ortadan qaldırıla bilməsi üçün uşaq və gənclərin yetişdirilməsi və onlara ortaq mədəni dəyərlərin öyrədilməsi çox əhəmiyyətlidir. Bu səbəblə, bizim gələcəyimiz olan uşaqların və yeniyetmələrin bir kadr kimi yetişdirilməsi və gələcəyimiz üçün hazırlanması çox əhəmiyyətlidir. Xüsusilə bu dövrdə, qloballaşmanın zərərli nəticələrindən qoruna bilmək, öz mədəniyyətimizi saxlayıb gələcək nəsillərə çatdıra bilmək üçün uşaqların və yeniyetmələrin tərbiyəsi ən vacib vəzifəmizdir. Ancaq bu sahədə çox az kitab yazılmış, məqalələr çap olunmuşdur. Mən bu kitabı oxuduğumda bu sahədəki boşluğun aradan qaldırıla bilməsi üçün çox faydalı bir əsər hazırlandığının və ictimaiyyətə faydalı bir əsər olacağını gördüyüm üçün şad oldum. Ümid edirəm ki, gələcəkdə bu tipli əsərlərə liderlik edəcək və bütün Türk Dünyasına işıq tutacaqdır. Əsərin müəllifi Hüseyn Xəlilova xüsusi təşəkkürlərimi bildirmək istəyirəm. İnanıram ki, bu əsəri oxuyan və istifadə edən hər bir kəs mənim səmimi təşəkkürlərimə qatılacaq.
Dr. Reha Yılmaz Qafqaz Universiteti, Beynəlxalq Konfliktləri Araşdırma Mərkəzinin Müdiri Uşaqlar sizə bəxş olunmuş İlahi hədiyyədir, hər hansı bir əşya və ya xəzinə deyil. O, Allah tərəfindən bizə bəxş olunan ən böyük, ən dəyərli əmanətdir. Allah dəyərli qonağını dünyada sizin evinizdə məskunlaşdırdı. O, körpəni qorumağınız üçün qəlbinizə elə bir duyğu yerləşdirdi ki, lazım olduğu zaman düşünmədən canınızı belə, uğrunda fəda edə bilərsiniz. Öz malınızı yox, Allahın əmanətini qoruyursunuz. Allahdan əmanət almaq böyük bir şərəfdir.