N. Tusiyə görə, insanın ideallaşmasının qarşısında duran ən böyük maneə nədir?
Əxlaqlı şagird dedikdə nə başa düşürsünüz? Biliklərinizi yoldaşlarınızla paylaşın.
Uşaqlarda dini inanc necə olur və bu onlara necə öyrədilməlidir?
Uşağa cəza vermək onun əxlaqını düzəldərmi? Fikrinizi nümunə ilə izah edin.
J. Piaje uşaqların qaydaları dərk etməsini hansı istiqamətlərdə təhlil etmişdir?
Empatiya termini sizin üçün nə məna kəsb edir?
édƏbiyyat
Gül Şendil, “Çocuk, Ergen ve Anne‐Baba”, Melisa nəş. – 2003
Erol Güngör “Ahlak psikolojisi ve sosyal ahlak”, Özener nəş. İstanbul ‐ 2000
Journal of Qafqaz university №22, 2008
Qurani‐Kərim, Loğman surəsi.
Uğur İlyas Canbolat “Çocuklarda cinsel eğitim konusunda yapılan yanlışlar ve doğrular nelerdir?” http://www.ugurcanbolat.com/?p=1181#more‐1181
Дмитрий Устинов “Манипулятивное влияние и Защита”, http://www.ustinow.ru/?s=1&d_id=11
Editor Alim Kaya, Mehmet E. Sardoğan, Tevfik Fikret Karahan “Eğitim psikologisi” Pegem A nəş. Ankara – 2007
Ağababa İbrahimov “Sağlam övlad, düzgün tərbiyə, təmiz nitq”, Misri, Bakı, 2004
Nəsirəddin Tusi, “Əxlaqi‐Nasiri”, Kişe Mehr nəş. ‐ 2002
IV FéSİL Koqnitiv inkişaf dövrlƏri
4.1. PiajeyƏ görƏ Koqnitiv inkişaf dövrlƏri
Genetik psixologiyanın əsasını məşhur İsveçrə psixoloqu Jan Piaje, (1896‐1894) qoymuşdur. Piaje gəncliyində biologiya və riyaziyyata dərin maraq göstərmişdir. İlk elmi əsərini də 11 yaşında biologiya üzrə yazmışdır. Elə o vaxtdan da Biologiya Muzeyində əmək fəaliyyətinə başlamışdır. Universitetdə oxuyarkən o, fəlsəfə və biolologiyanı öyrənmişdir. 1918‐ci ildə molyuskalardan bəhs edən dissertasiya müdafiə edərək doktorluq dərəcəsi alır. Universiteti bitirdikdən sonra Sürixə gedir, K.Yunqun əsərləri və psixoanalizlə tanış olur. Bu təcrübə ona lazım idi. Belə ki, o, eksperimental labarator metodla psixoanalizdə istifadə olunan sərbəst söhbət metodunu sintez etməklə bioloji tədqiqatlar aparmaq istəyirdi. Bu metodu işləyib hazırlamaqla o, uşaqların təfəkkürünü öyrənmək istəyirdi. Sonrlar bu metod klinik söhbət metodu kimi məşhurlaşdı.37