Hazırlayan: Hüseyn Xəlilov UŞaq və yeniyetməLƏRİN İNKİŞafinin sosiAL‐PSİxoloji MƏSƏLƏLƏRİ


Uşaq tƏrbiyƏsindƏ tƏlim nümunƏlƏri



Yüklə 1,4 Mb.
səhifə39/103
tarix07.01.2024
ölçüsü1,4 Mb.
#208355
1   ...   35   36   37   38   39   40   41   42   ...   103
UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi

5.1.1. Uşaq tƏrbiyƏsindƏ tƏlim nümunƏlƏri


İki yaşlı uşaq öz gözünü, qulağını, burnunu, dişlərini, dilini bilməli, ailə üzvlərini: ata, ana, baba, nənə, qardaş, bacını tanımalı, suyun isti və ya soyuq olmasını ayırmalıdır.
Üç yaşlı uşaq əşyaları rənglərinə görə bir‐birindən fərqləndirməli, gün ərzində “niyə?”, “nə üçün?”, “hara?” sualları ilə valideynlərinə müraciət etməlidir. İntellekti inkişaf etdirən oyunlara həvəs və maraq göstərməli, müxtəlif şəkillər göstərdikdə onları ayırmalıdır. Məsələn, “bu topdur, bu dovşandır” deməyi bacarmalı, sadə cümlələri asanlıqla söyləməlidir. Bu yaş dövründə uşaqların nitq inkişafında pəltəklik, disloliya, şirindillilik halları olur.
Dörd yaşlı uşaqlar özünün oğlan və qız olduğunu bilməli, rəqəmlər haqqında təsəvvürə malik olmalıdırlar: İki xəttin hansının uzun, hansının qısa olduğunu ayırd etməyi bacarmalı, dördbucaq, dairə şəkillərini tanımalıdır. Ona iki cisim verdikdə onların hansının ağır və hansının yüngül olduğunu müəyyən etməlidir.
“Atam məni parka apardı. Mən orada maşına, gəmiyə mindim, yelləncəkdə yelləndim” kimi böyük cümlələrlə fikrini çatdırmağa çalışmalıdır.
Süfrə arxasında sərbəst oturmalı, gün ərzində onu maraqlandıran və ya düşündürən 100‐150‐yə yaxın suallarla ata‐anasına müraciət etməli, sərbəst halda öz yatağında yatmalıdır.
Əqli imkanlarını artıran dama, şahmat, konstruktor‐quraşdırma oyunlarına maraq göstərməlidir. Əqli bacarıqlarını şeir, mahnı, rəqs yaradıcılığı baxımından nümayiş etdirməlidir. Uşağın kollektiv (bağçada, toyda, şənlikdə) arasında olarkən özünü sərbəst apara bilməsi müəyyən olunmalıdır.
Beş yaşlı uşaqlar: səhər və günortanı təyin etməli, iki şəkildən hansının gözəl olduğunu ayırd edə bilməlidir. Uşaq sol əli ilə sağ qulağını göstərə bilməlidir. İntellektual oyunlardan olan dama, şahmat, domino oyun fiqurlarının düzülüşünü və oynanılmasını göstərməlidir. Günəşin və Ayın hansı istiqamətdən çıxdığını və batdığını, tərəvəz, yeyinti və şirniyyat məhsullarının adlarını bilməlidir. Uşaq divar və qol saatlarında zamanı öyrənməyə maraq göstərməli, ildə neçə ay və neçə fəsil olduğunu deməlidir. 4 rəngi bir‐birindən ayırmalıdır. Yaxın qohumların adlarını və özlərini tanımalıdır: baba, nənə, bibi, xala, əmi, dayı və s.
Uşaq yazı stolunun arxasında əyləşib şəkillər çəkməyə maraq və həvəs göstərməlidir. Hər səhər yataqdan qalxıb, bəzi idman hərəkətlərini yerinə yetirməlidir.
Altı yaşlı uşaqlar sadə cümlələr qurmaqla yanaşı, söz ehtiyatlarını artırmalıdırlar. Yazı stolunun arxasında əyləşib yaradıcılıq qabiliyyətini inkişaf etdirən plastilin, rəsm şəkilləri çəkməyi bacarmalı və yaşına uyğun olan maraqlı işlər görməlidir. Eyni zamanda, yazı stolunun arxasında düzgün əyləşməyə vərdiş etməlidir.
Uşaq kollektivdə olarkən onun kollektivə tez və yaxud gec uyğunlaşması (ünsiyyət yaratması) müəyyən olunmalıdır. O, kollektiv haqqında olan təəssüratını söyləməlidir. Uşağın davranış və ünsiyyət forması kollektiv arasında uşaqlara əks təsir yaradırsa, uşaqda yaranmış mənfi hallar tez bir zamanda müəllim, tərbiyəçi, valideyn və yaxud psixoloq vasitəsilə aradan qaldırılmalıdır. Uşaq kollektiv içərisində olarkən onun dinamikliyi, fəallığı görünməklə yanaşı, introverd qrupa şamil olunması müəyyən edilməlidir.
Uşaqların əşyalara və hadisələrə qarşı olan psixoloji emosionallıqları üzə çıxmalı, uşaqlarda intellektin inkişafı ilə əlaqədar hesablama qabiliyyətləri öyrənilməli, onların incəsənətə olan marağı artmalıdır.45

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin